Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2337/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – ünvan 1 ünvanına Cavabdeh tərəfindən qanunsuz olaraq yazılmış 13.000 manat borcunun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşdığı ünvan 2 ünvanına Cavabdeh əməkdaşları qanunsuz olaraq 13.000 manat məbləğində cərimə borcu yazılmışdır. O, neçə vaxdır ki, cavabdeh təşkilata şikayət-ərizələri verməkdən təngə gəlmişdir. Cavabdeh əməkdaşlarının onun yaşadığı ünvana yazdıqları borcun heç bir hüquqi əsası yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, yaşadığı mənzilə aid sayğac onun mərhum qardaşı Bünyad Bünyadova məxsus olmuşdur və borc həmin şəxsin adına yazılmışdır. Qardaşı 10 ildən çoxdur ki, rəhmətə getmişdir. Lakin, ev ona məxsus olmaqla, onun sahibliyindədir. Qardaşının övladları (2 oğlu və 4 qızı) hərə bir işlə məşğul olurlar, bu səbəbdən iddianı öz adından vermişdir. Qardaşının evi ayrı idi, sadəcə sayğac onun adına idi. Cavabdeh İB-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında göstərmişdir ki, iddia tələbləri təmin edilməli deyil. Belə ki, iddiaçının subyektiv hüququ yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Bünyad Bünyadov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 432 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyriqanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Bünyad Bünyadov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyriqanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Bünyad Bünyadov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.952 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyriqanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Bünyad Bünyadov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyriqanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Bünyad Bünyadov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.908 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Bünyad Bünyadova aid olan **********00141 saylı abonentin saldosundan görünür ki, abonentin 2020-cü ilin yanvar ayı üzrə 252 manat, 2020-ci ilin fevral ayı üzrə 252 manat, 2021-ci ilin iyun ayı üzrə 216 manat, 2022-cü ilin iyul ayı üzrə 29,52 manat və 2022-ci ilin oktyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.399,68 manat borcu mövcud olmuşdur. Hazırda iddiaçı məhkəmədən **********00141 nömrəli abonent saldosuna əsasən Bünyad Bünyadovun adına olan borcun silinməsini xahiş edir. İş materiallarından müəyyən edilir ki, Bünyad Bünyadov vəfat etmişdir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, silinməsi xahiş edilən borc iddiaçıya deyil, başqa şəxsin adına yazılmışdır. Bununla da məhkəmə hesab edir ki, başqa şəxsin adına yazılmış borcun silinməsinə dair iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı – ünvan 1 (abonent kodu: **********00141) ünvanı üzrə cavabdeh təşkilat tərəfindən yazılmış 13.000 (on üç min) manat borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2337/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2337/2025
14.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver