Məhkəmə qərarları › İş №2(011)-2340/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2340/2022

22.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2340/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 224,64 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 22.04.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Həmçinin iş materiallarından görünür ki, məhkəmə mülki işin obyektiv və hərtərəfli baxılması və mübahisənin vəziyyətinin müzakirə edilməsi zərurətini nəzərə alaraq, məhkəmə iclasının iddiaçının iştirakı ilə keçirilməsini zəruri hesab etmiş və bu məqsədlə 2(011)-2340/2022 saylı 30.03.2022-ci il tarixli məktubla İddiaçı rəsmi qaydada müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli Qərarı ilə “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı hazırki ərizə ilə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə və ya mübahisə istehlakçının hüququnun müdafiəsi barəsində olduğundan, iddiaçı öz seçiməsinə görə yaşadığı yer, müqavilənin bağlandığı və ya icra edildiyi yer üzrə də aidiyyəti məhkəməyə (Saatlı və Salyan rayon Məhkəmələri) də müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar