Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2372/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsiə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən 18 saylı mənzilə (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 163, M5, m4) (Abonentin kodu: **********10180) hesablanmış 1085 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən 18 saylı mənzili 02.12.2020-ci il tarixdə Alqı-satqı müqaviləsi ilə almışdır və hazırda xüsusi mülkiyyətindədir. Alqı-satqı olan zaman qaz borcunun öyrənilməsi üçün abonent kodunu yoxlamış və borcu olmamışdır. Hazırda da borc gösrsənmir. Cəmi 1 il 2 aydır ki mənzili almışdır və 16.02.2022-ci il tarixədək gəlib qaz sayğacına baxış keçirərək sayğacın işləmədiyini və yaxud nasaz işlədiyin bildirməmişdir. Lakin cavabdehin əməkdaşları quraşdırılmış qaz sayğacında nasazlıq olduğu və yeni bir sayğacla əvəz ediləcəyi barədə məlumat verərək qaz sayğacını sökmüşlər və yerinə 16.02.2022-ci il tarixində yeni qaz sayğacı quraşdırmışlar. Sayğacı quraşdırandan bir neçə gü: sonra sayğaca aid smart tipli kartı almış və ödəniş etmək istəyərkən kartın bloklu olduğu məlum olmuşdur. Bunun araşdırılması üçün cavabdeh orqana müraciət edərkən əvvəlki sayğacın düzgün işləmədiyi üçün 2017-ci ildən bugünə kimi 9805 m'1 artıq itirilmiş qaz sərf edilmişdir ki, buna görə də ona 980.5 manat borcu ödəmədiyi halda kartı açılmayacağını və mənzilə qaz axınının bərpa edilməyəcəyini bildirnişdirlər. Bu zaman mənzili yeni aldığını, hətta çıxarılmış qaz sayğacının köhnə olduğunu, istismar müddətini ötməsini bildirərək qaz borcunun silinməsini və mənzilə qazın verilməsinin bərpa edilməsiı xahiş etmiş, lakin cavabdeh orqan qazın bərpasını etməyərək məhkəməyə müraciət etməyini bildirdilər. Hazırda sayğac plomblanmış və qazın verilməsi dayandırılmışdır. Hesab edir ki, həmin borc əsassız olaraq yazılmışdır. Belə ki, sökülmüş sayğac artıq 12 ilə yaxındır ki, quraşdırılmışdır və 5 il istismar müddəti vardır. Bu da onu göstərir ki, istismar müddəti bitibsə deməli o, öz-özünə xarab ola bilər. Həm də ki, həmin sayğaca zərərin kim tərəfindən və ya necə edilməsi barədə bildirilməmişdir. Bütün bu səbəblərdən də cavabdehin qanunsuz hərəkətlərinin artıq ona qarşı əsassız yazılaraq borc kimi ödətdirmək istdədikləri onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, izahatında borcun evin əvvəlki sahibi tərəfindən qazdan istifadəyə görə yarandığını göstərdi və təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın Dövlət rəyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən 18 saylı mənzil (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 163, M5, m4) daşınmaz əmlakın Dövlət rəyestrində İddiaçı adına 27.01.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə” ******* nömrəli 16.02.2022-ci il tarixli aktdan görünür ki, yuxarıda qeyd edilən ünvan üzrə 1002AQ**********8 nömrəli sayğac **********253 nömrəli yeni sayğacla əvəzlənmişdir. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən 18 saylı mənzildə qazdan istifadə üzrə illik maksimum 300 m3 sərfiyyat hesablanmasına və borcun olmamasına baxmayaraq, 2022-ci ilin mart ayına 1085 m3 sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.4-cü bəndinə görə isə, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilə (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 163, M5, m4) cavabdeh tərəfindən qazdan istifadəyə görə 1085 manat ümumi borcdan 980,50 manat borcun heç bir hüquqi əsas olmadan hesablandığı tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə heab edir ki, iddia tələbl qismən təmin edilərək, 980,50 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə cavabdehdən ödənilməli olan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilə (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 163, M5, m4) (Abonentin kodu: **********10180) hesablanmış 980,50 (doqquz yüz səksən manat 50 qəpik) manat borcun silinməsi cavabdeh X3 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2372/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2372/2022
05.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver