Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2374/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçinin oğlu X4 xx.xx.2004-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Ərizəçinin oğluna təyin olunmuş diaqnoz ağır debillik dərəcəsində anadan gəlmə kəmağıllılıq, davranış pozuntuları və nitq qüsuru ilə bağlıdır.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri:
2. Ərizəçi oğlu xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
3. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2004-cü il təvəllüdlü X2 anasıdır. X4 xəstədir və birinci qrup əlildir. O, ərizəçinin himayəsindədir. Kənar şəxsin daimi ümumi qulluğuna ehtiyacı var. Ərizəçi ona daimi qulluq və nəzarət edir. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun adından rəsmi olaraq heç bir iş görə bilmir.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
4. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
5. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
6. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
7. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
İşə baxan məhkəmənin mövqeyi:
12. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatriya xəstəxanasının 4 saylı Poliklinikası tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Çıxarışa əsasən X4 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək stasionar müalicədə olmuş və ona “ağır debillik dərəcəsində anadan gəlmə kəmağıllılıq, davranış pozuntuları və nitq qüsuru” diaqnozu təyin edilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli arayışına əsasən Həkim Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli ilə X3 ağır kəmağıllılıq, kəskin inbesillik, kobud davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacının olması qərara alınmışdır.
15. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2023-cü il tarixli, 1725 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X4 şizofreniya ağır dərəcəli əqli gerilik davranış pozuntuları qeyd edilir, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyil, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
16. Qeyd edilənlərdən də göründüyü kimi, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X4 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.
17. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.
18. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı