Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2382/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız olaraq yazılmış borcun qaz hesabından silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “sayğac göstəricisi üzrə hesablanmış sərfiyyat borcunun ödənilməsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə (**********20000) əsassız olaraq borc kimi yazılmış olan 3553,75 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən mənzil faktiki olaraq iddiaçı və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********20000 olmaqla Cavabdeh İB tərəfindən qazla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı təbii qaza görə borc ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 05 mart 2020-ci il tarixdə cavabdehin əməkdaşları iddiaçının ünvanına gələrək qaz sayğacından kənar mənzildə təbii qazdan istifadə olunduğunu bildirmiş və buna dair 05 mart 2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Lakin iddiaçıya bu barədə məlumat verilməmişdir. Həmin aktın tərtib olunmasında iddiaçı iştirak etməmişdir. İddiaçı cavabdeh təşkilata müraciət etdikdə ona cavab olaraq tərəfindən qaz xəttinə kənar dəmir boru vasitəsilə müdaxilə olunduğu üçün ona cərimə hesablandığı bildirilmişdir. Bundan başqa yenə də 25 fevral 2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən qeyri-qanuni olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Daha sonra qanunsuz sərf olunmuş 3816 kub metr qazın ödənilməsi barədə tələb irəli sürülmüşdür. İddiaçı istifadəsində olan qaz xəttinə heç vaxt müdaxilə etməmişdir və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçıya vurulmuş 990 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2.560,78 manat pulun, ümumilikdə 3.550,78 manat və 55,51 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında 03 oktyabr 2018-ci il tarixdə AKX-00316xx/xx-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4T mexaniki markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı 2020-2022-ci illərdə sayğac göstəricisi üzrə 19166 kub metr qaz sərf etmiş, lakin dəyərini ödəməmişdir. Göründüyü kimi cavabdehin sərfiyyat üzrə cəmi 2.560,78 manat borcu vardır. Cavabdehin Cavabdeh İB-yə ödənilməli olan borc məbləği hazırda abonentin saldosu və Gazrep üzrə faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2.560,78 manat və dəymiş ziyana dair aktlar üzrə hesablanmış aktlar üzrə 990 manat, ümumi olaraq 3.550,78 manat təşkil etməkdədir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçıya vurulmuş 990 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2.829,23 manat pulun, ümumilikdə 3.819,23 manat və 55,51 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə Cavabdeh İB-nin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı mənzilə baxış keçirilən zaman təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-2382/2022 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı iddiasının ünvan 1 ünvanda yerləşən evinə (**********20000) borc kimi yazılmış olan 3.553,75 manatın Cavabdeh İB tərəfindən silinməsinin 1.509 manat hissəsində 2(011)-2382/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 01 fevral 2022ci ilə 3.819,23 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki,iddiaçıın iş materiallarına əlavə etdiyi abonent saldosundan görünür ki, 2018-ci il ərzində o, 691.20 manat məbləğində, 2019-cu il ərzində 1.429,20 manat məbləğində, 2020-ci ildə 414 manat məbləğində cərimə edilmişdir. Yenə abonentin saldosundan görünür ki, Cavabdeh İB tərəfindən məhkəmənin 22 may 2019-cu il tarixli qətnaməsi səhv icra edilərək abonentin hesabından 1.309 manat məbləğində vəsait silinib 200 manat məbləğində borc saxlanmaq əvəzinə abonentin hesabından 173.73 manat məbləğində borc silinərək digər hissəyə toxunulmamışdır. Məhkəmə hazırkı icraat üzrə 22 may 2019-cu il tarixdən sonra yazılan cərimə məbləğləri üzrə qiymət verməyi zəruri hesab edir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin fevral 2022-ci il tarixə 3.819,23 manat məbləğində borcu mövcuddur. 3.819,23 manatdan 1.509 manat məbləği çıxdıqda abonentin ümumi borcu 2.310,23 manat məbləğində olması müəyyən edilir. Bu vəsaitin 1.429,20 manat və 414 manat hissəsi 2019-cu ildən cərimə borcu təşkil edir. Ümumi borc məbləği olan 2.310,23 manatdan qanunsuz xətt olduğu istinad olunub cərimə kimi qeyd edilmiş borc məbləğlərini çıxanda iddiaçının 467.03 manat məbləğində debitor borcu olduğu aşkar edilir. Məhkəmə qeyd edir ki, nə qədər ki 1.429,20 manat və 414 manat borcun yazılmasına əsas olan kənar xətlə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı məbləğlər abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, iddiaçının abonent hesabında mövcud olan borcdan 1.843,20 manat silinməli, İddiaçı cavabdehə 467.03 manat məbləğində debitor borcu olduğu müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İB tərəfindən 55.55 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan eskpertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatıın dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh İB-nin özünə aid edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı **********20000 saylı abonent hesabında mövcud olan borcdan 1.843,20 (bir min səkkiz yüz qırx üç manat iyirmi qəpik) manat silinsin. İddiaçı Cavabdeh İB-yə 467.03 (dörd yüz altmış yeddi manat üç qəpik) manat məbləğində debitor borcu olduğu müəyyən edilsin. İddialar qalan hissədə rədd edilsin. Ödənilmiş 55.55 (əlli beş manat əlli beş qəpik) dövlət rüsumu Cavabdeh İB-nin özünə aid edisin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2382/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2382/2022
02.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver