Məhkəmə qərarları › İş №2(011)-2382/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2382/2025

11.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2382/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış buraxılışı 2002-ci il, ban nömrəsi WDB9046131R401642 olan "X15 YÜK" markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtomobilin 1\2 hissədə birgə nikah dövründə əldə edilmiş əmlak olaraq İddiaçı mülkiyyət hüquqlarının tanınması, miras kütləsinə daxil olan yerdə qalan 1\2 hissədə isə vərəsələrin paylarının müəyyən edilərək, X3 miras əmlakdakı miras payının 1/3 hissədə, Cavabdeh2 əmlakda payının 1\6 hissədə müəyyən edilərək vərəsəlik haqqında şəhadətnaməyə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X13 ilə xx.xx.2012-ci il tarixində rəsmi olaraq nikaha daxil olublar və əri dünyasını dəyişən dövrə qədər birgə nikahda olublar. Birgə nikah dövründə, yəni 2015-ci ildə “X15 YÜK” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə ediblər. X13 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. X13 vəfat edəndən sonra notariat orqanı- 6 saylı “ASAN Xidmət” Mərkəzi Notariat Kontoru tərəfindən tərtib edilmiş vərəsəlik sənədlərində səhvlik buraxılmışdır. Belə ki, qeyd olunan avtomobil tam şəkildə vərəsələr arasında bolünmüş və İddiaçı qanuni hüquqları nəzərə alınmamışdır. İddiaçı öz payına düşən miras əmlakdan qızının xeyrinə imtina etmişdir. Ancaq miras əmlakdakı payları müəyyən edən notarius səhvən miras kütləsinə bütün avtomobili daxil etmiş və buna görə də səhvən vərəsələrin payını səhv müəyyən etmişdir. Belə ki, miras kütləsinə nəqliyyat vasitəsi tam deyil, 1\2 hissədə daxil olmalı və digər 1\2 hissə İddiaçı mülkiyyəti olduğundan miras kütləsinə daxil olmalı idi. Yerdə qalan 1\2 hissə miras kütləsində isə 3 nəfər vərəsənin payı 1\2-nin 1\3 hissəsi kimi, yəni 1\6 hissə kimi müəyyən edilməli idi. Sonda İddiaçı öz çıxışını müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X12 ilkin izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan tələbləri qəbul edir, belə ki, ** GV *** nömrəli maşının üzərində payların qanunauyğun bölünməsinə razıdır. X2 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Digər cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 355944 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 353949 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və İddiaçı xx.xx.2000-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.2015-ci il tarixində verilmiş AC seriyalı, 345780 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** GV *** dövlət qeydiyyat nişanlı "X15 YÜK" markalı nəqliyyat vasitəsinin sahibi X8r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 133\2025 saylı məktubdan görünür ki, 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş 2V-1012 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən miras qoyan X6 vərəsəsi Cavabdeh2 “X15 YÜK” markalı, **-GV- *** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 1/3 hissədə pay verildiyindən notariat ofisinə ünvanlanmış ərizənin təmin olunması mümkün olmamışdır. Qeyd olunan məsələnin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 2V-1012 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X6 vərəsələri Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, X1 Ruslan Vasif oğlunun qızı, Cavabdeh2 X6 anası, İddiaçı isə onun arvadıdır, X13 və İddiaçı xx.xx.2000ci il tarixində rəsmi nikaha daxil olmuşlar, X16 xx.xx.2023-cü il tarixində vəfat etmişdir, "X15 YÜK" markalı ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixində mərhumun adına qeydiyyata alınmışdır və həmin əmlak miras əmlakı təşkil edir, notariat orqanı tərəfindən miras əmlakda miras qaoyanın anası Cavabdeh2 1/3 hissədə payına dair vərəsəlik şəhadətnaməsi verilmişdir, iddiaçı miras əmlaklarda payının müəyyən edilməsi üçün notariat orqanına müraciət etmiş, lakin notariat orqanı bundan imtina etmiş, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir, iddiaçı nəqliyyat vasitəsi üzərindəki ona miras qaydasında çatası payından qızının xeyrinə imtina etmişdir, Cavabdeh2 iddia tələbini qəbul edir və paylarının qanunla müəyyən edilmiş qaydada müəyyən edilməsinə etiraz etmir. Bununla belə miras əmlaklar üzərində payların müəyyən edilməsini, iddiaçının vərəsəlik hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, "X15 YÜK" markalı, ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 qalmış miras əmlak olmaqla, həmçinin X9, Cavabdeh2 vərəsəlik hüququnu istisna edən hallar olmadığından, nəqliyyat vasitəsinin İddiaçı ilə birgə nikahda olarkən qeyd alındığından vərəsələrin miras əmlaklara payları qanunla müəyyən edilmiş qaydada müəyyən edilməldir. Məhkəmə, iddia tələbinin “X15 YÜK“ markalı, ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində vərəsəlik paylarının müəyyən edilməsi münasibətdə qeyd edir ki, həmin əmlak X13 və X10 birgə nikahı dövründə miras qoyanın əmlakı kimi qeydə alındığından və həmin əmlakın ½ hissəsi İddiaçı çatası əmlak hissəsi olduğundan, eyni zamanda Cavabdeh2 da bu barədə iddia tələbini qəbul etdiyindən, iddiaçı isə əmlakın qalan ½ hissəsi üzərində payından qızının xeyrinə imtina etdiyindən, nəqliyyat vasitəsi üzərində İddiaçı ½ hissədə, X3 1/3 hissədə, Cavabdeh2 1/6 hissədə payları müəyyən edilməli, vərəsələrin paylarına uyğun olaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən, notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "X15 YÜK" markalı, ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X3 1/3 hissədə, Cavabdeh2 əmlakdakı miras payının 1/6 hissədə payları müəyyən edilməli, vərəsələrin paylarına uyğun olaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə düzəliş edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "X15 yük" markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı ½ hissədə, X3 1/3 hissədə, Cavabdeh2 1/6 hissədə payları müəyyən edilsin və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar