Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2406/2025 08.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddia tələbi: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görı 4502,15 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi ünvanında yerləşən 16 saylı fərdi yaşayış evində yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi ünvanında yerləşən 16 saylı fərdi yaşayış evinə dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində evə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı evində quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. Bakı regional qazm satışı departamentinə şifahi olaraq müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, sayğacın işlək vəziyyətdə deyildir. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 4502,15 manat borc yazılmış və bu pulu ödəməlidir. İddiaçı evində quraşdırılan qaz sayğacına heç bir müdaxilə etməmişdir. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsi ilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 117501 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 172306 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 mart 2006-cı il tarixdə vəfat etmişdir. Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş XXİ-ЖГ seriyalı, 323007 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası isə X2r. Abonentin saldosundan görünür ki, Tarverdi Əliyevə (abonent kodu: **********00000) 2018-ci il tarixdə 1646 manat, 2019-cu il tarixdə 734,40 manat, 2020-ci il tarixdə 718,30 manat, ümumilikdə 3098,7 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 20 fevral 2018-ci il tarixli, ******* saylı, 19 mart 2018-ci il tarixli, ******* saylı, 22 may 2018-ci il tarixli, ******* saylı, 13 iyun 2018-ci il tarixli, ******* nömrəli, 31 iyul 2019-cu il tarixli, ******* nömrəli, 30 avqust 2019-cu il tarixli, ******* nömrəli, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 13 mart 2020-ci il tarixli, ******* nömrəli aktların surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar xətt aşkarlandı” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/619 saylı, 28 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1 şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən borcun məbləği 4502,15 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun 3098,70 manat hesablandığı təsdiq edilir. Bununla yanaşı mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 20 fevral 2018-ci il tarixli, ******* saylı, 19 mart 2018-ci il tarixli, ******* saylı, 22 may 2018-ci il tarixli, ******* saylı, 13 iyun 2018-ci il tarixli, ******* nömrəli, 31 iyul 2019-cu il tarixli, ******* nömrəli, 30 avqust 2019-cu il tarixli, ******* nömrəli, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 13 mart 2020-ci il tarixli, ******* nömrəli aktların surətində “sayğacdan kənar xətt aşkarlandı” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 3098,70 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/619 saylı, 28 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00000) ünvanına hesablanmış 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 20 fevral 2018-ci il tarixli, ******* saylı, 19 mart 2018-ci il tarixli, ******* saylı, 22 may 2018-ci il tarixli, ******* saylı, 13 iyun 2018-ci il tarixli, ******* nömrəli aktlar üzrə 1646 maat borc, 31 iyul 2019-cu il tarixli, ******* nömrəli, 30 avqust 2019-cu il tarixli, ******* nömrəli, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktlar üzrə 734,40 manat borc, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 13 mart 2020-ci il tarixli, ******* nömrəli aktlar üzrə 718,30 manat borc olmaqla, cəmi 3098,7 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X3 21 mart 2006-cı il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 50,99 manat; ekspertiza xərci 64 manat. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 50,99 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə, eyni zamanda 64 manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu: **********00000) hesablanmış 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 20 fevral 2018-ci il tarixli, ******* saylı, 19 mart 2018-ci il tarixli, ******* saylı, 22 may 2018-ci il tarixli, ******* saylı, 13 iyun 2018-ci il tarixli, ******* nömrəli aktlar üzrə 1646 maat borc, 31 iyul 2019-cu il tarixli, ******* nömrəli, 30 avqust 2019-cu il tarixli, ******* nömrəli, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktlar üzrə 734,40 manat borc, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 13 mart 2020-ci il tarixli, ******* nömrəli aktlar üzrə 718,30 manat borc olmaqla, cəmi 3098,7 manat məbləğində borcu silmək Cavabdeh İB-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 50,99 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2406/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2406/2025
08.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver