Məhkəmə qərarları › İş №2(011)-2428/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2428/2023

26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2428/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X4, Cavabdehlər Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 40 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “miras əmlaka vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 40 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “miras əmlaka vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı Abbas oğluna məxsus olmuşdur. O, vəfat etdikdən sonra miras əmlak olan qeyd edilən mənzil hər birinə 1/4 hissədə pay hüququ tanınmaqla, həyat yoldaşı X5, oğlu X11 və qızı Tekdal Zöhre arasında bölünmüş, 1/12 hissədə iddiaçının pay hüququ tanınmış, qalan 2/12 hissədə pay hüququ isə açıqda saxlanmışdır. Açıqda qalan paylar 1/12 hissədə Cavabdeh1, digəri 1/12 hissədə isə Cavabdeh2 aid hesab edilmişdir. Daha sonra miras payın bağışlanması barədə xx.xx.2020-ci il tarixli müqavilə əsasında X5 və Tekdal Zöhre miras əmlakda olan paylarını X6 bağışlamışlar. Hal-hazırda, mənzilin 3/4 hissəsi üzərində X3, 1/12 hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onlara bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 və Cavabdeh2 miras əmlakda pasport qeydiyyatında olsalar da, nə İddiaçı Abbas oğlu vəfat edərkən, nə də bundan sonra miras əmlak olan mənzildə yaşamamışlar, mərhumun yas mərasimində iştirak etməmişlər və miras əmlakı hər hansı formada qəbul etməmişlər. Onların iddiası əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4365/2022 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayon, N.Tusi küçəsi, ev 31, mən.14 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarla Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yaşamadıqları müəyyən edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı Abbas oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən mənzildə olan və açıq qalmış 2/12 payın, miras əmlakın iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum İddiaçı Abbas oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən miras əmlakın açıq qalmış 2/12 hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X12 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehlərdən anası Cavabdeh1 və bacısı Cavabdeh2 ilə neçə illərdir ki, münasibətləri yaxşı deyildir. Belə ki, 2008-ci ildə atası ilə anası ayrılmış, anası bacısı ilə onu atasının yanında qoyub getmişdir. Onu atasıilə nənəsi böyütmüşdür. Babası İddiaçı Abbas oğlu 2008-ci ildə vəfat etmişdir. Miras əmlak 4 yerə bölünmüş, ¼ hissədə arvadı X5, ¼ hissədə oğlu X11 və ¼ hissədə qızı Tekdal Zöhrenin pay hüququ tanınmışdır. X30 2011-ci ildə vəfat etmişdir. X5 Tekdal Zöhre miras əmlakda olan paylarını X6 bağışlamışlar. Cavabdehlə 2008-ci ldən sonra həmin evdə yaşamamışdırlar. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz etməklə, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, X30 2011-ci ildə vəfat etmişdir. O, anası ilə birlikdə 12 ildir ki, İçərişəhərdə anasının valideynlərinin evində yaşayır. Anası ilə atası ayrılsa da rəsmi boşanmamışdırlar. Atası 2011-ci ildə vəfat etmişdir. Qeydiyyatdan çıxarılanda məlumatları olmamışdır. Onları həmin evdə döyürmüşlər. Anası ilə birlikdə mübahisəli mənzildən dəqiq hansı tarixdə çıxdıqlarını xatırlamır. Atası ilə münasibətləri yaxşı olmamışdır. X26 ilə də münasibətləri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 40 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğundan məhkəmə iclasında iştirak edə bilməyəclərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatına, iş üzrə toplanmış sübutlara və şahid ifadəsinə məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 512980 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 21 dekabr 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli miras payın bağışlanması barədə müqavilənin notarial təsdiq olunmuş surətindən görünür ki, X5 və Tekdal Zöhre Bakı şəhəri 40 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 2V-19 nömrəli reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2008ci il tarixdə vəfat etmiş İddiaçı Abbas oğlundan miras qalmış əmlakdan hər birinə ayrıayrılıqda düşən ¼ hissə, ümumilikdə 2/4 hissə miras paylarını X6 bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 148 saylı mənzil üzərində X3 ¾ hissə və İddiaçı 1/12 hissədə paylı mülkiyyəti xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır (İddiaçı Abbas oğlunun payı 2/12 hissə açıq qalır). İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)- 4365/2022 saylı qərarının surətindən görünür ki, iddiaçılar X11 və İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı Cavabdeh1 və Cavabdeh2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma barədə” iddiası təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2023-cü il tarixli X-15 №-li məktubun surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş İddiaçı Abbas oğlunun ölümündən sonra onun 1 növbə vərəsələri olan arvadı – X1, qızı – Tekdal Zöhreye və oğlu – X6 miras əmlakdan hər birinə ¼ hissə olmaqla, ümumilikdə miras əmlakın ¾ hissəsinə 2V-19 reyesytrdə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər açıq qalmış hissədən isə xx.xx.2011-ci il tarixdə miras qoyanın ölmüş oğlu – X15 çatası pay, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən irsi transmissiya qaydasında onun üç vərəsələrinə yəni arvadı – Cavabdeh1, qızı – Cavabdeh2 və İddiaçı hər birinə 1/12 olmaqla miras pay çatmalı idi. İddiaçı həmin payın 1/12 hissəsinə xx.xx.2020-ci il tarixdə qeydə alınmış 2V-22 reyestr nömrəsi ilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. Ərizə əsasında sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, “Elektron notariat” avtomatlaşdırılmış X2 və Bakı şəhəri Xətai rayonu MKTB-nın 87 saylı MKİS-nin verdiyi 43 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, X13 arvadı Cavabdeh1 və qızı Cavabdeh2 miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 nömrəli evin, 148 nömrəli mənzilində qeydiyyata olmuşlar, yaşamışlar və faktiki əmlakı idarə etmişlər. Onların hər birinə xx.xx.2011-ci ildə vəfat etmiş X10 miras qalmış paydan 1/12 hissə pay verilməlidir. Odur ki, həmin payın onlara verilməsi üçün açıq saxlamışdır. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimat”ın 99-cu bəndinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olduqda miras vərəsə tərəfindən qəbul edilmiş hesab olunur. Notariat ofisinə təqdim edilmiş yuxarıda qeyd olunan arayışa və mirası qəbul etmiş X8 ölüm akt qeydinə əsasən məlum olur ki, ölənin axırıncı yaşayış yeri miras qalmış əmlakdan ibarətdir və vərəsələr miras qoyanla həmin mənzildə qeydiyyatda olduqları və yaşadıqları üçün onlara miras əmlakdan hər birinə çatası 1/12 hissə olmaqla 2/12 hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Payı açıq saxlamış X13 arvadı Cavabdeh1 və qızı Cavabdeh2 hər birinə çatası 1/12 hissə olmaqla ümumilikdə 2/12 hissə miras payların notarius tərəfindən İddiaçı verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı MKİS-i tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli 69 №-li arayışdan görünür ki, X11 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 saylı evin, 148 nömrəli mənzilində yaşayır. Bakı şəhəri 40 saylı Notariusun verdiyi akta əsasən Cavabdeh1 və Cavabdeh2 2008-ci ilin iyun ayından göstərilən ünvanında yaşamırlar. Məhkəmə iclasında şahid qismində cəlb edilən X14 izahatında qeyd etmişdir ki, o, iddiaçının əmisidir. Mübahisəli ev 5 otaqdan ibarətdir, atası rəhmətə getdikdən sonra ev onlara qalmışdır. Qardaşının yoldaşı qızını da götürüb 2008-ci ildə anasıgilə getmişdir. İddiaçını nənəsi böyütmüşdür. İddiaçı həmişə o evdə yaşamışdır. Atasının adına açıq qalan payın qardaşı oğlu İddiaçı adına keçməsini istəyir. Mülki Məcəllənin (bundan sonra bu Məcəllənin müddəalarına istinad ediləcək) 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.(Maddə 1134.1.) Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. (Maddə 1159.2.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (1243.2) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (1243.3) Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. (1252) Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimat” ın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı Abbas oğluna məxsus Bakı şəhəri, Xətai rayon, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 148 saylı mənzil hər birinə 1/4 hissədə pay hüququ tanınmaqla, mərhumun arvadı X5, oğlu X11 və qızı Tekdal Zöhre arasında bölünmüş, 1/12 hissədə nəvəsi İddiaçı pay hüququ tanınmış, qalan 2/12 hissədə pay hüququ isə açıqda saxlanmışdır. 21 yanvar 2021-ci il tarixli miras payın bağışlanması barədə müqavilə ilə X5 və Tekdal Zöhre Bakı şəhəri 40 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 2V-19 nömrəli reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş İddiaçı Abbas oğlundan miras qalmış əmlakdan hər birinə ayrı-ayrılıqda düşən ¼ hissə, ümumilikdə 2/4 hissə miras paylarını X6 bağışlamışlar. Mübahisəli mənzil üzərində X3 ¾ hissə və İddiaçı 1/12 hissədə paylı mülkiyyəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İddiaçı və Salamov X7 Nailə Məhərrəm qızı və Cavabdeh2 mübahisə predmeti olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-4365/2022 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Eyni zamanda iddiaçının atası X16 xx.xx.2011-ci ildə vəfat etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı və onun atası X16 ilə münasibətləri olmamış, cavabdehlər 2008-ci ilin iyun ayından ünvan 4 ünvanında yaşamamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhum İddiaçı Abbas oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 148 saylı mənzilin açıq saxlanılmış 2/12 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi işdə olan sübutlarla təsdiq edildiyindən iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Abbas oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən miras əmlakın açıq saxlanılmış 2/12 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar