Məhkəmə qərarları › İş №2(011)-2429/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2429/2022

26.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2429/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı X5, cavabdehin nümayəndəsi X6 iştirakı ilə. İddiaçı X5 cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı X7 cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********30000) əsassız olaraq hesablanmış 2989,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəs. M M.Hüseyn-zadə küçəsi 10 V-də yaşayır. Cavabdehlə olan müqaviləyə əsasən həmin ev qazla təchiz edilmiş və smart-kart tipli qaz sayğacı mərhum babası İddiaçı adına quraşdırılmışdır. Babası və atası rəhmətə getmişlər. Bu yaxınlarda qaz müqaviləsini öz adına rəsmiləşdirmək istəyəndə Cavabdeh tərəfindən borcu olması bildirilmiş və babasının barəsində qazdan qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən 2989,80 manat borcun hesablanması bildirilmişdir. Lakin bu barədə ona heç bir sənəd təqdim edilməmiş, yalnız onlara müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdikdə, sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər. Cavabdeh tərəfindən aktlar tərtib edilən zaman iştirakı təmin edilməmiş, bu barədə məlumatı olmamışdır. Halbuki, Birliyin əməkdaşları heç bir zaman həyətdə olmamış, heç bir qanunsuz qoşulma halı aşkar etməmişlər. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbininmüdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının yaşadığı mənzildə qaz sayğacına müdaxilə olunduğunu, buna görə də itirilmiş qaz sərfiyyatına görə borc hesanlandığını göstərdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı saylı aktların surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 17208 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə aid abonent saldosundan görünür ki, iddiaçıya qeyd olunan aktlar üzrə 2019-cu il üçün 964,80 manat, 2020-ci il üçün 1008 manat olmaqla, cəmi 1972,80 manat borc hesablanmışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iş üzrə iddiaçı X7 ünvan 1 ünvanında yerləşən məxsus fərdi yaşayış evinə aid abonent kimi qeydə alınmış İddiaçı nəvəsidir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 10/2669-9/2959 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertə təqdim edilmiş ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni qoşulmaqla təbii qazdan istifadə halı, eləcə də qeyri-qanuni qoşulmaqla təbii qazdan istifadəyə xarakterik olan əlamətlər (qaynaq və s.) izlər aşkar edilməmiş, müdaxilə halları müəyyən edilmədiyinə görə ’'Azəriqaz” İBnə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, yaranmış borcun araşdırlması barədə onun müraciətinə baxılmışdır. Araşdırma zamanı ərizədə qeyd olunan ünvanda yerləşən mənzildə təbii qazdan müxtəlif vaxtlarda sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edildiyi və itirilmiş təbii qazın dəyəri müəyyən edilərək istehlakçı hesabınıza daxil edildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13.9-cu maddəsinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qanunun 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir və qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qaydaların 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçı X5 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar hər hansı kənar qoşulma faktının aşkar edilməməsi, bu səbəbdən də cavabdeh X3 əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı saylı aktların qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunması və bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, qeyd olunan aktlar üzrə hesablanmış borc məbləği 1972,80 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, həmin borc məbləğinin silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2022-ci il tarixli, 10/2669-9/2959 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 102 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi qismən təmin edildiyinə görə ödənilməli olan 39,72 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 102 manat cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı X5 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********30000) hesablanmış 1972,80 (min doqquz yüz yetmiş iki manat 80 qəpik) manat borcun silinməsi cavabdeh X4 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X2 dövlət rüsumuna görə 39,72 (otuz doqquz manat 72 qəpik) manat və ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar