Məhkəmə qərarları › İş №2(011)-2437/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2437/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2437/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; İşə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə tərəflərə məlumat verilsə də, iddiaçı və cavabdeh heç biri məhkəmə iclasında iştirak etməmişlər. Bu isə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar