Məhkəmə qərarları › İş №2(011)-2441/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2441/2021

26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2441/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən **********02270 saylı abunə koduna hesablanmış 400 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili K.T.İsgəndərli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən iddiaçının **********02270 saylı abonent koduna hesablanmış 384 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili K.T.İsgəndərli iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1-ci sahə, ev 1, mənzil 227 yaşayış evində quraşdırılmış İTRON G-4 markalı 1102AQ**********7 saylı qaz sayğacı Cavabdeh İB–nin nümayəndələri tərəfindən ******* saylı akt tərtib etməklə çıxarılmış yerinə yeni SMART G-4, Gallus Pay tipli **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Ona məxsus qaz sayğacına dair cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borc məbləğinin 1735,39 manat deyil, 1335 manat məbləğində hesablandığını bildiyindən Cavabdeh İB–tərəfindən məhz əsassız hesablanmış 1335 manat məbləğində borcun silinməsi üçün Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2(001)- 903/2020 saylı qətnaməsinə əsasən cavabdeh tərəfindən ona məxsus **********02270 saylı abunə koduna hesablanmış 1335 manat məbləğində borc silinmişdir. Həmin borc Cavabdeh İB tərəfindən tərtib olunmuş ******* saylı 16.03.2018-ci il tarixli akt əsasında hesablanmışdır, hazırda Cavabdeh İB tərəfindən hesablanmış 384 manat borc 2018-ci ildən sonra yaranmış məbləğdir. Onun tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtlıvaxtında sərf etmiş qazın dəyəri qismində pulu ödənilmişdir Sonda K.T.İsgəndərli iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.04.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********02270 saylı abonent hesabından 2021-ci ilin yanvar ayında 1335 manat borc silinmişdir, həmin ay üzrə 389,4 manat borc hesaba daxil olmuşdur, hesaba daxil olunan həmin məbləğin əsası cavabdeh tərəfindən tərtib akt göstərilmişdir, cari borc 389,4 manat təşkil edır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-903/2020 saylı 04.09.2020-ci il tarixli Qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı **********02270 saylı abunə koduna hesablanmış 1.335 (bir min üç yüz otuz beş) manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuş hallardan görünür ki, hesablanmış borc məbləği Cavabdeh İB tərəfindən tərtib olunmuş ******* saylı 16.03.2018-ci il tarixli aktdan irəli gəlir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçıya yaşadığı mənzil üzrə abonent hesabına akt əsası ilə itirilmiş qazın bərpası üzrə 2021-ci ilin yanvar ayı üzrə 389,4 manat borc hesablanmışdır, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı **********02270 saylı abunə koduna hesablanmış 1.335 manat məbləğində borcun silinməsi qət edilmişdir, hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib olunmuş ******* saylı 16.03.2018-ci il tarixli aktdan irəli gəlir, həmin məbləğ 2021-ci ilin yanvar tarixdə silinmişdir, hazırda iddiaçıdan tələb olunan 384 manat borc 2018-ci ildən sonrakı dövrü əhatə etməklə 2021-ci ilinin yanvar ayı üzrə hesablanmışdır və hal-hazırda da iddiaçının cari borcu kimi nəzərdə tutulur. Bununla belə, iddiaçının sayğacdan qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əsassız olaraq hesablanmş borc məbləği 389,4 manat olsa da, iddia tələbinin həcmi 384 manat olduğundan məhkəmə mübahisəyə iddia tələbi həddində baxmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən paylayıcı xətdən sayğacdan kənar qoşulma və iddiaçının qazdan qeyri-qanuni istifadə etmə halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı **********02270 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 384 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********02270 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 384 (üç yüz səksən dörd) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar