Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2444/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: Ərizəçi MT-1№2365825 nömrəli əmək kitabçasında ərizəçinin doğum tarixini 1964-cü il, atasının adının Osman kimi qeyd edlərək həmin sənədin ərizəçiyə məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2(011)-244/2024 saylı mülki iş üzrə ərizəsinə üçüncü şəxsi maraqlı şəxs Füzuli Rayon Təhsil Şöbəsi kimi dəyişdirilməsini və xx.xx.1984 cü il tarixdə tərtib edilmiş, doğulduğu il qrafasında “1963-cü” il, ata adı qrafasında isə “Müseyib qızı” yazılmış ИТ-İ ******* nömrəli xx.xx.1984 cü il tarixli əmək kitabçasının xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, 1964-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. X2 ilə ailə quraraq Füzuli rayonuna gəlin köçmüşdür. Ərizəçi bildirir ki, 2 yanvar 1984-cü ildə Füzuli rayon X7 nəzdində olan uşaq bağçasında paltaryuyan vəzifəsində işə başlamış, sonradan həmin uşaq bağçası Füzuli rayon Təhsil şöbəsinin nəzdinə keçmişdir. Bağçada paltaryuyan vəzifəsində işləməyi barədə ərizəçiyə MT-1№2365825 nömrəli əmək kitabçası verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyun 2019-cu il tarixli 05-09- 813/13 saylı məktubuna əsasən Rayon Təhsil şöbəsi üzrə 34 №-li xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bir müddətdən sonra əmək kitabçası özünə təhvil verilmişdir. Əmək kitabçasını alarkən ona məlum olmuşdur ki, doğum təvəllüdü səhvən 1964-cü il əvəzinə 1963-cü il yazılmışdır. Bundan əlavə atasının adı Osman əvəzinə səhvən Müseyib kimi qeyd edilmişdir. Əmək kitabçasındakı yanlışlığı aradan qaldırmaq məqsədi ilə Füzuli Rayon Təhsil şöbəsinə müraciət etmiş, məktuba cavab olaraq bildirmişlər ki, uşaq bağçasının müdiri vəfat etmiş, əmr kitabı və s. sənədlər isə itirildiyinə görə əmək kitabçasında düzəliş edilməsi mümkün deyildir və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Odur ki, MT-1 № ******* saylı əmək kitabçasında doğum tarixinin 1964cü il, atasının adının Osman kimi qeyd edilərək həmin sənədin ərizəçiyə məxsus olması barədə qətnamə qəbul edilməsi üçün Xətai rayon məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli Rayon Təhsil Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, ata adı qrafasında Quliyev Osman, ana adı qrafasında Hüseynova Minayə yazılmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Bəxtiyar Mustafa oğlu ilə xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan, ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, 1963-cü il təvəllüdü olan Ərizəçi Müseyib qızı 3 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdə X7 nəzdində olan uşaq bağçasında paltaryuyan vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə 34 nömrəli əmrlə Əmək Məcəlləsinin 68 –ci maddəsinin “d” bəndinə əsasən Əmək Müqaviləsinə xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Mülki işin materiallarından görünür ki, qeyd edilən faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malkidir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən müddəalara əsasən hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün əsasən 2 şərt tələb olunur: birincisi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi onu irəli sürən şəxs üçün hüquqi nəticələr yaratmış olsun, yəni şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə nəticələnsin, ikincisi, tələbi irəli sürən şəxsin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən kənar başqa qaydada əldə edə bilməsin (yaxud hüquqi əhəmiyyəti olan faktla bağlı müvafiq sənədi başqa qaydada ala bilməsin). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuş, ata adı Osmandır. ИТ-İ № ******* saylı əmək kitabçasında Ərizəçi ata adı yazılan qrafada “Osman” yerinə yanlışlığa yol verilərək “Müseyib” , həmçinin ərizəçinin doğum tarixi “1964-cü il” yerinə “1963-cü il” qeyd olunmuşdur. Bu hal ərizəçinin hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, xx.xx.1984-cü il tarixdə tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki,göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1984 cü il tarixdə tərtib edilmiş, doğulduğu il qrafasında “1963-cü” il, ata adı qrafasında isə “Müseyib qızı” yazılmış ИТ-İ ******* nömrəli xx.xx.1984 cü il tarixli əmək kitabçasının xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2444/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2444/2024
23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver