Məhkəmə qərarları › İş №2(011)-2455/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2455/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2455/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2455/2021 saylı, 08.02.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3726.72 manat, o cümlədən 2920 manat məbləğində əsas borc, 776.72 manat məbləğində hesablanmış cərimə məbləği və 30 manat ödənilmiş dövlət rüsumu tutulmaqla müəssisənin xəzinəsinə ödənilməsi və ya bankdakı hesablaşma hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2455/2021 saylı, 08.02.2021-ci il tarixli Qərardadı ilə İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin 2(011)-2455/2021 saylı, 08.02.2021-ci il tarixli qərardadından İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət 18.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin şikayətlə iddiaçı məhkəmənin həmin qərardadının ləğv edilməsini və iş üzrə növbəti prosessual hərəkətlərin həyata keçirilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi Cavabdeh qarşı qaldırılmışdır, cavabdehlə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi sahibkarlıq fəaliyyətindən irəli gəlməmişdir. Məhkəmə, şikayətə münasibətdə qeyd edir ki, iddiaçı İddiaçı ASC cavabdehlə bağlanmış müqavilənin sonuncunun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə dair dəlillər irəli sürməsinə baxmayaraq buna əsas verən sübutları şikayətə əlavə etmədiyindən, həmçinin iş materialları ilə belə hallar məhkəmə tərəfindən müəyyən olunmadığından şikayət əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından və şikayət əsassız olduğundan şikayət təmin edilməməli, baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə dair birinci instansiya məhkəmələrinin qərardadlarının 2020-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə qəbul edilməsindən asılı olmayaraq, onlardan verilmiş şikayətlərə MPM–in 3.1-ci maddəsinin tələblərindən irəli gələrək apelyasiya instansiyası məhkəmələrinin hazırda baxma səlahiyyəti olmadığından şikayətlər aidiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2455/2021 saylı, 08.02.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar