Məhkəmə qərarları › İş №2(011)-2469/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2469/2022

05.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2469/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, xx.xx.1985-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1956-cı ildə Ağdaş rayonunda anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında yaşayan və qulluq və müalicə tələb edən “Şizofreniya paranoid forma” diaqnozu olan daim kənar şəxslərin himayəsinə ehtiyacı olan xx.xx.1985-ci il təvəllüdlü oğlu X4 baxır. xx.xx.1985-ci il təvəllüdlü oğlu X6 özünü tam idarə edə bilmir. X1 xəstəliyi onun beyni ilə əlaqədardır bu öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Bu səbəbdən də xəstə oğlunu tək qoyub hansısa bir işlə məşğul ola bilmir. X6 37 yaşı olsa da xəstəliyi ilə bağlı heç bir yerdə işləmir bütün təlabatını anası olaraq ərizəçi ödəyir. Bu səbəbdən də indiyənə qədər oğlumun bütün təlabatlarmı ərizəçi ödəyir. Ərizəçinin vəkili və nümayəndəsi X8 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Vİİ-ИK seriyalı, 294309 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş AA2965647 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1985-ci il tarixdə doğulmuşdur İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, 76 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında xx.xx.1985-ci il təvəllüdlü oğlu X6 2016-ci il tarixdən “Şizofreniya paranoid forma” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə verilmiş xx.xx.2022-ci il tarixli 1480 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.1985-ci il təvəllüdlü oğlu X2 “Şizofreniya paranoid forma” xroniki psixi xəstəlik müəyyən edilmişdir. xx.xx.1985-ci il təvəllüdlü oğlu X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, X1 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə xx.xx.1985-ci il təvəllüdlü oğlu X1 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə xx.xx.1985-ci il təvəllüdlü oğlu X1 üzərində qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar