Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-248/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xx.xx.1960-cı il təvəllüdlü həyat yoldaşı X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, X6 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Ərizəçi ilə X6 xx.xx.1986-ci il tarixdə nikaha daxil olmuşlar. Ərizəçinin əri hazırda birinci qrup əlildir. O, işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) xəstəliyindən əziyyət çəkir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o xx.xx.1966-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Əhmədli Y/S, M.Hadi küçəsi, ev 72, mənzil 45-də insult xəstəsi olan xx.xx.1960-cı il təvəllüdlü həyat yoldaşı X5 baxır. Həyat yoldaşı orta beyin arteriyası hövzəsində beyin qan dövranının işemik tipli pozulmasından sonrakı davamlı və qalıq nəticələri. Motor afaziya. Sağ tərəfli sapastik hemiplegiya. Hipertoniya xəstəliyi İİİ m. Hipertonik ensefalopatiya. Keçirilmiş poliomielitin nəticəsi. Sol aşağı ətrafın süst monoplegiyası. Şəkərli diabet İİ tip. Somatik astenonevroz. ÜİX. Gərg. Stenokordiyası. Angioplastikadan s/v. İmmobilik. diaqnozları ilə özünü tam idarə edə bilmir 1-ci dərəcəli əlildir. Həyat yoldaşının 61 yaşı olsa da, xəstəliyi ilə əlaqədar heç bir yerdə işləmir. Bu səbəbdən də indiyənə qədər həyat yoldaşının bütün təlabatlarını o ödəyir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətnin Qəyyumluq və Himayədarlıq Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 38 nömrəli şəhər poliklinikası tərəfindən tərtib olunan xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xəstəyə sol orta beyin arteriya hövzəsində beyin qan dövranının işemik tipli pozuntusundan sonrakı davamlı qalıq nəticələr dioqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli, 1188 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü X4 işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. xx.xx.1960-cı il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 arvadı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-248/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-248/2022
23.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver