Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2482/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh İB-yə qarşı məhkəmə qətnaməsinin lazımi qaydada icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı məhkəmə qətnaməsinin lazımi qaydada icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İşə baxan məhkəmənin mövqeyi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-750/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbi təmin edilərək ünvan 1 ünvanda yerləşən evə (abonent kodu:**********00010) hesablanmış 3177 manat borcun silinməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkməsi tərəfindən qüvvədə saxlanılmışdır. Daha sonra İddiaçı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-750/2022 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(009)-446/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-750/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair İddiaçı ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı icra vərəqəsinin icra olunması haqqında müraciətlərinə cavabdeh tərəfindən verilmiş cavab məktubuna əsasən, müraciətə Bakı Regional Qazın Satışı Departamentində baxılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-750/2022 nömrəli qətnaməsi üzrə icra vərəqəsi icra edilmişdir. İddiaçıdan 1090 manat pul vəsaiti tutulmuşdur, lakin bu məbləğ iddia tələbi təmin edildiyindən tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalı idi. Lakin 1090 manat pul vəsaiti İddiaçı adına olan qaz istehlak kartına yüklənmişdir. Yəni, cavabdeh “Azəriqaz İB” tərəfindən 1090 manat məbləğində pul vəsaitinin iddiaçının qaz istehlak kartına yüklənməsinin heç bir hüquqi əsası mövcud deyildir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(009)-446/2022 nömrəli qərardadı ilə hazırki iddia tələbində iddiaçının mübahisələndirdiyi tələbə hüquqi qiymət verildiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğu halda, həmin tələb üzrə təkrarən məhkəməyə müraciət edilməsi yolverilməz olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153.2, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı məhkəmə qətnaməsinin lazımi qaydada icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova
Məhkəmə qərarları › İş №2(011)-2482/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2482/2023
02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver