Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2494/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış müqavilənin 3.1 və 3.2-ci maddələrinə uyğun olaraq, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üçün Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1410 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.K.Mahmudov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluquları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir, mənzillər “xxxx” MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır, mənzillər satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında mənzil-kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır, sonradan MTK öz fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən xx.xx.2018ci il tarixində İddiaçı MMC qeydiyyata alınmış və həmin MMC bu günə qədər mülkiyyətçilərə kommunal xidməti göstərməkdədir, bir çox sakin və mülkiyyətçilər kommunal xidmtətlərə görə haqqı ödəməkdən boyun qaçırırlar ki, bu da müəssisənin fəaliyyətin mənfi təsir göstərir, mülkiyyətçi Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə “xxxx” MTK-dan ünvan 1 ünvanında 90.3 kv.m sahəsi olan ev almışdır, elə həmin tarixdə də “xxxx” MTK ilə mülkiyyətçi arasnda mənzil-kommunal xidməti haqqında müqavilə bağlanmışdır, müqavilənin 3.1 bəndində nəzərdə tutulduğu kim müqavilədə göstərilən xidmətlərin icra edilməsi müqabilində hər ayın 1-dən gec olmayaraq 30 manat pulu icraçı MTK-ya nağd və ya köçürnə yolu ilə ödəməli idi, lakin Cavabdeh bu günə kimi heç bir ödəniş həyata keçirməmişdir, buna görədə icraçı olaraq İddiaçı MMC-yə müqavilə üzrə 1410 manat borcu yaranmışdır. Sonda V.K.Mahmudov iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi V.K.Mahmudov məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sifarişçi Cavabdeh və icraçı “xxxx” MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil-kommunal xidməti haqqında müqaviləsinin surətindən görünür ki, sifarişçi bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin icraçı tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1-dən gec olmayaraq 30 manat pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli müqavilə üzrə 1410 manat kommunal xidmət haqqının və 14.10 manat dəbbə pulunun qısa bir müddət ərzində ödənilməsi tələb edilmiş, əks halda öhdəlik yerinə yetirilmədikdə məsələnin hüquqi müstəvidə həll olunması üçün aidiyyatı orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMCtərəfindən verilmiş xx.xx.2021-ci l tarixli, 77 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır və 2017-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla xidmət haqqını ödəniş etmədiyinə görə 48 ay üçün 1410 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 20 saylı Əmrin surətindən görünür ki, İddiaçı MMCfəaliyyət başlaması ilə əlaqədar olaraq mülkiyyətçilərlə xx.xx.2020-ci il tarixdən etibarən mənzil-kommunal müqavilələr bağlanması, xx.xx.2020-ci il tarixdən xidmət haqqı müqavilədə mülkiyyətçilərlə razılaşdırılmış qiymətlə ödənilməsi, mülkiyyətçilərin əksəriyyətinin razılığa gəldiklərini nəzərə alaraq tutduqları yaşayış sahəsinə görə hər kv.m 0.27 manat olmaqla vahid tariflə kommunal xidmət haqqının ödənilməsi və əmrin icrasına nəzarət komendatlara və mühasibət tapşırılması əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 15 saylı arayışdan görünür ki, tələbatlara görə hesablamalar nəticəsində hər ay hər kv.m üçün 0.27 manat olmaqla yeni tarif razılaşdırılmışdır, MMC-nin xx.xx.2021-ci il tarixli 20 saylı əmri ilə xx.xx.2020-ci il tarixdən yeni tarif tətbiq edilmişdir, buna qədər “xxxx” MTKnın xx.xx.2016-ci il tarixli ümumi yığıncağının qərarı təsdiq olunmuş tarifə görə 3 otaqlı mənzillər üçün 35 manat, 2 otaqlı mənzillər üçün 30 manat, 1 otaqlı mənzillər üçün 20 manat məbləğində kommunal xidmətlərə görə ödəniş tarifi təsdiq edilmişdir və ödənişlər ona uyğun aparılmışdır. İş materiallarından görünür ki, cavabdehlə ““xxxx” MTK arasında xx.xx.2016-cı il tarixində mənzil-kommunal xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır, həmin razılaşma əsasında tərəflər arasında öhdəliklər yaranmışdır, cavabdehə öhdəliklərini icra etməsi məqsədi ilə yazılı müraciət olmuşdur, müqavilə öhdəlikləri üzrə cavabdehin iddiaçıya 1410 manat borcu yaranmışdır. Bununla belə, cavabdeh tərəfindən həmin pul məbləğinin geri qaytarılması iş materiallarından görünmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1410 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqdan 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1410 (min dörd yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul məbləği alınaraq İddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2494/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-2494/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver