Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2497/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2019-cu və 2020-ci illər üçün 450 manat kommunal xidmət haqqı borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçi iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin qulluqçuları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Mənzillər “xxxx” MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır. Mənzili satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında yaşayış kompleksində mənzi kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır. Sonradan MTK fəaliyyətini dayandırdığına görə İddiaçı MMC yaradılmışdır və həmin MMC bu günə qədər mülkiyyətçilərə kommunal xidməti göstərməkdədir. Mülkiyyətçi Cavabdeh xx.xx.2017-ci il tarixdə “xxxx” MTK-dan ünvan 1 mərtəbə 14, ünvanında 90,3 m sahəsi olan 3 saylı mənzili almış və həmin tarixdə “xxxx” MTK ilə mənzil-kommunal xidməti haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bölümünün 3.1 bəndinə əsasən, 2.1 maddəsində nəzərdə tutulmuş öhdəliklərin MTK tərəfindən yeriı yetirilməsi müqabilində hər ayın 1-ci tarixindən gec olmayaraq 30 manat məbləğ MTK-ya ödənilməlidir. Lakin, cavabdeh bu günə kimi müqavilənin şərtlərinə əməl etməyərək bir manat belə kommunal xidmət haqqını ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraçı “xxxx” MTK ilə sifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli mənzilkommunal xidməti haqqında müqavilənin surətindən görünür ki, sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə Sərhədçi yaşayış kompleksində yerləşən sahədən və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil (sahə)-komunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və mühafizəsi öhdəliyini, icraçının götürdüyü öhdəliklərin layiqli yerinə yetirilməsi müqabilində sifarişç bu müqavilə ilə müəyyən olunan aylıq ödəniş məbləğini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 52 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 17, mərtəbə 14, mənzil 3 ünvanında yaşayır və 2019-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla kommunal xidmət haqqını ödəniş etmədiyinə görə 2019-cu ilin sentyabr ayından 2020ci ilin avqust ayına kimi tarif 30 manat olduğuna görə 11 ay*30 manat =330 manat, 2020-ci ilin avqust ayından tarif dəyişdiyinə görə aylıq ödənişi 24 manat olduğu üçün 5 ay*24 manat =120 manat olmaqla borcu 450 manat təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.3-cü maddəsinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4.-cü maddəsinə görə kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli mənzil-kommunal xidməti haqqında müqavilə əsasında üzərinə götürdüyü ğhdəlikləri yerinə yetirməməsi və kommunal xidmət haqlarını vaxtında ödəməməsi, nəticədə 2019-cu ilin sentyabr ayından 2020-ci ilin avqust ayına kimi tarif 30 manat olduğuna görə 11 ay*30 manat =330 manat, 2020-ci ilin avqust ayından tarif dəyişdiyinə görə aylıq ödənişi 24 manat olduğu üçün 5 ay*24 manat =120 manat olmaqla 450 manat manat borcunun qalması təsdiq olunduğundan həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2019-cu və 2020-ci illər üçün 450 (dörd yüz əlli) manat kommunal xidməti haqqı borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2497/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2497/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver