Məhkəmə qərarları › İş №2(011)-25/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-25/2021

29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-25/2021 29.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X19, iddiaçı X12, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmış X13 nümayəndəsi və vəkili X14, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmış X2 nümayəndəsi və vəkili Vəkil, cavabdeh (həm də vəfat etmiş atasının prosessual hüquq varisi) Cavabdeh3, onun və digər cavabdeh (həm də vəfat etmiş atasının prosessual hüquq varisi) Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair”, iddiaçı X12 cavabdehlər Cavabdeh1 və İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış: 1) 18.02.2013-cü ıl tarixli, 544 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında “B” korpusu, 13-cü mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 155,08 kv.m olan mənzilin; 2) 18.02.2013-cü il tarixli, 548 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 17-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 139 kv.m olan mənzilin; 3) 18.02.2013-cü ıl tarixli, 549 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 18-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m olan mənzilin; 4) 18.02.2013-cü il tarixli, 550 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 18-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m olan mənzilin; 5) 18.02.2013-cü il tarixli, 551 saylı müqaviləyə əsasən Bakı səhəri, Atatürk pr-ti, məhəllə 3078A ümumi sahəsi 139 kv.m olan mənzilin; 6) 18.02.2013-cü il tarixli, 552 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 17-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m olan mənzilin; Cavabdeh2 ilə aralarında bağlanmış; 1) 22.01.2013-cü il tarixli, 48 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında sahəsi 200 kv.m olan Ticarət Mərkəzinin; 2) 22.01.2013-cü il tarixli, 541 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında “E” korpusu, 12-ci mərtəbə, 4 otaqdan ibarət, ümumi sahəsi 214,14 kv.m, yaşayış sahəsi 117,66 kv.m olan mənzilin; Cavabdeh3 ilə aralarında bağlanmış; 1) Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında 2 mərtəbəli Ticarət Mərkəzinin A korpusu mərtəbəsində sahəsi 39 kv.m olan Ticarət Mərkəzinə dair bağlanmış 18.02.2013-cü il tarixli, 50 saylı müqavilənin; 2) Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında 2 mərtəbəli Ticarət Mərkəzinin A korpusu mərtəbəsində sahəsi 39 kv.m olan Ticarət Mərkəzinə dair bağlanmış 18.02.2013-cü il tarixli, 51 saylı müqavilənin; 3) Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış Binasında 2 mərtəbəli Ticarət Mərkəzinin A korpusu mərtəbəsində sahəsi 39 kv.m olan Ticarət Mərkəzinə dair bağlanmış 18 fevral 2013- cü il tarixli, 52 saylı müqavilənin; 4)Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A, “B” korpusu, ümumi sahəsi 156,56 kv.m olan mənzilərinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi; Cavabdeh1 adına qeydə alınmasına dair: 1) Seriya RX saylı, ******* nömrəli; 2) Seriya RX saylı, ******* nömrəli; 3) Seriya RX saylı, ******* nömrəli; 4) Seriya RX saylı, ******* nömrəli; 5) Seriya RX saylı, ******* nömrəli; 6) Seriya RX saylı, ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müqavilələr təqdim edərək, İddiaçı MMC ilə aralarında bağlanmış, ,1)18 fevral 2013- cü il tarixli, 544 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında “B” korpusu, 13-cü mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 155,08 kv.m olan mənzilin, 2)18 fevral 2013-cü il tarixli, 548 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 17-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 139 kv.m olan mənzilin, 3) 18 fevral 2013-cü il tarixli, 549 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A möəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 18-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m olan mənzilin, 4) 18 fevral 2013-cü il tarixli, 550 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 18-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m olan mənzilin, 5) 18 .fevral 2013-cü il tarixli, 551 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 139 kv.m olan mənzilin və 6) 18 fevral 2013-cü il tarixli, 552 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında "xxxx" korpusu, 17-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m olan mənzilin, həmçinin Cavabdeh2 1) 22 yanvar 2013-cü il tarixli, 48 saylı müqaviləyə Əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında sahəsi 200 kv.m olan Ticarət Mərkəzinin, 2)22 yanvar 2013-cü ıl tarixli, 541 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yem yaşayış binasında “E” korpusu, 12-ci mərtəbə, 4 otaqdan ibarət, ümumi sahəsi 214,14 kv.m, yaşayış sahəsi 117,66 kv.m olan mənzilin. Bundan əlavə Cavabdeh3 1) 18.02.2013-cü il tarixli, 50 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında 2 mərtəbəli Ticarət Mərkəzinin A korpusu mərtəbəsində sahəsi 39 kv.m olan Ticarət Mərkəzinin, 2)18 fevral 2013-cü il tarixli, 51 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında 2 mərtəbəli Ticarət Mərkəzinin A korpusu mərtəbəsində sahəsi 39 kv.m olan Ticarət Mərkəzinin, 3)18 fevral 2013-cü il tarixli, 52 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr- ti, məhəllə 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında 2 mərtəbəli Ticarət Mərkəzinin A korpusu mərtəbəsində sahəsi 39 kv.m olan Ticarət Mərkəzinin ona satıldığını bildirmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində də göstərilmişdir ki, bu müqavilə alıcıya girov müqaviləsi kimi verilir. Razılaşmaya əsasən İV-cü bənddə göstərilən məbləğ alıcıya qaytarılır və müqaviləyə xitam verilir. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında mübahisəli mənzillərə və obyektlərə dair müqavilələr bağlanmamış və MMC tərəfindən onlara heç bir əmlak satılmamışdır, əslində Cavabdeh1, Cavabdeh2 və A. Zeynalov İddiaçı MMC-yə borc pul vermiş və həmin borcun təminatı olaraq həmin əmlaklar girov qoyulmuş və sonradan Cavabdeh1 alnmış borc pul məbləği tam olaraq ona geri qaytarılmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən mənzil və ticarət obyektləri heç bir vaxt cavabdehin sahibliyində və istifadəsində olmamış və həmin əmlaklar hazırda da başqa-başqa adamların sahiblik və istifadələrindədir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, qeyd olunan müqavilələr başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Ona görə də həmin müqavilələr etibarsız hesab edilməlidir. Bundan əlavə, cavabdehin təqdim etdiyi Seriya RX saylı, ******* nömrəli Çıxarışdan görünür kı, Bakı şəhəri, Atatürk pr-ti, məhəllə 3078A, “B” korpusu, ümumi sahəsi 156,56 kv.m oları mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə MMC arasında həmin mənzilə dair heç bir müqavilə, yəni nə alqı-satqı, nə də girov müqaviləsi bağlanmamışdır. Belə olan vəziyyətdə həmin mənzilin onun adına hansı sənədlər əsasında qeydə alınması başa düşülən deyil. Ona görə də hesab edir ki, həmin Çıxaırş da etibarsız hesab edilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili X34 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Binəqədi rayon məhkəməsinin 22.07.2013-cü il tarixli 2(001)-3986/13 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirliməsi tələbinə dair” iddiası təmin edilmiş, İddiaçı MMC ilə Zeynalovlar arasında bağlanmış 22.01.2013-cü il tarixli, 48, 541 nömrəli və 18.02.2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 nömrəli müqavilələrin 5.4-cü bəndi etibarsız hesab edilmiş və alqı-satqı müqaviləsinə əsasən hüquqlarını müdafiə etdiyi şəxlərin əldə etdiyi əmlakların naturada onlara təhvil verilməsi və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsi İddiaçı MMC-yə həvalə edilmişdir. Buna baxmayaraq, İddiaçı MMC Xətai rayon məhkəməsinə eyni tərəflər, eyni prediment, eyni əsaslar üzrə iddiaçı kimi müraciət edərək yuxarda qeyd olunan “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi” ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, İddiaçı MMC-nin qaldırdığı iddia tələbi iddia müddəti keçdiyi üçün ləğv edilməlidir. Belə ki, əqdlərin etibarsızlığı ilə bağlı iddia müddəti 1 ildir. AR MM-nin 354.1-ci maddəsinnin tələbinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Bundan əlavə, AR MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. AR MPM-in 261-ci maddəsinə əsasən Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; AR MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yekun olaraq yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianı rədd edib və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X29 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında Bakı şəhəri Atatürk prospekti 3078 A məhəlləsindəki yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m, yaşayış sahəsi 85,36 kv.m olan, 3 otaqlı 39 saylı mənzilə dair bağlanmış 18.02.2013-cü il tarixli 544 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X29 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-13020/2015 saylı 12.11.2015-ci il tarixli qətnaməsi ilə onun İddiaçı MMC-yə qarşı "xxxx" mülki iş üzrə iddia tələbi təmin edilmiş, MMC tərəfindən 257 saylı 29.01.2004-cü il tarixli müqavilə öhdəlikləri yerinə yetirilərək, Bakı şəhəri Atatürk prospekti 3078 A məhəlləsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının “ B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m, yaşayış sahəsi 85,36 kv.m olan, 3 otaqlı mənzilin ona təhvil verilməsi qət edilmişdir. İddiaçı MMC ilə aralarında bağlanmış 29.01.2004-cü il tarixli 257 saylı müqaviləyə əsasən İddiaçı MMC-nin Bakı şəhəri Atatürk prospekti 3078 A məhəlləsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m, yaşayış sahəsi 85,36 kv.m olan, 3 otaqlı mənzil müqavilənin şərtlərinə, tikinti norma və qaydalarına uyğun olaraq tikilib başa çatdırılmalı və ona təhvil verilməli idi. Müqaviləyə əsasən mənzilə görə tərəfindən ödənilməli olan 26.364 ABŞ dollarının manata məzənnəsi ilə 129.183.600 manat İddiaçı MMC-yə ödənilmiş və buna dair 29.01.2004-cü tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Binəqədi rayon məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iş üzrə verilmiş icra vərəqəsinə əsasən qətnamə yerində icra olunmuş və mənzil ona təhvil verilmişdir. Bundan sonra iş üzrə maraqlı şəxs olduğunu bildirən Cavabdeh1 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən sorğu əsasında alınmış 22.07.2016-cı il tarixli arayışdan məlum olmuşdur ki, İddiaçı MMC ilə bağlanmış 29.01.2004-cü il tarixli müqaviləyə əsasən əslində ona məxsusluğu heç bir mübahisə predmeti ola bilməyəcək mənzilə həmin MMC tərəfindən 9 il sonra, yəni 18.02.2013cü ildə Cavabdeh1 saxta, heç bir hüquqi əsası olmayan “müqavilə” verilmiş və evə dair çıxarış həmin “saxta müqavilə” əsasında əldə edilmişdir. Cavabdeh1 əvvəlcə eyni ünvandakı 30 saylı mənzilə qeydiyyat tarixi 06.03.2015-ci il olan ******* nömrəli çıxarış almış, daha sonra isə eyni ünvandakı 39 saylı mənzilə qeydiyyat tarixi 16.03.2016-cı il olan ******* nömrəli çıxarış almışdır. AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən sorğu əsasında alınmış 22.07.2016-cı il tarixli arayışla bir daha tam təsdiq olunur ki, İddiaçı MMC-nin Cavabdeh1 ilə 18.02.2013-cü il tarixdə bağladığı 544 saylı “müqavilə” bağlandığı andan saxta olmuşdur. Həmin müqavilənin saxta olması səbəbindən bu əsasla həmin şəxsə evə dair çıxarış verilməsinin heç bir hüquqi əsasları olmamışdır. Mübahisə olunan mənzilə iş üzrə maraqlı şəxs olduğunu bildirən Cavabdeh1 çıxarış(lar)nın olduğuna dair yalnız apellyasiya icraatı zamanı Binəqədi rayon məhkəməsinin 22.07.2013-cü il tarixli, 2(001)-3986/2013 saylı qətnaməsindən apelyyasiya şikayətinə baxılarkən məlum olduğundan və həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilmədiyindən hazırkı iddia tələbi ilə müraciət etmək zərurəti yaranmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 22.01.2013ciı ii tarixli, 48 saylı və Cavabdeh3 ilə İddiaçı MMC arasında bağlanmış 13.02.2013-cü il tarixli, 50, 51 və 52 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə həm başa çatmış, həm də hazırda davam edən digər soxsaylı məhkəmə mübahisələrində aralarında imzalanmış müqavilənin etibarlı olması və Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəlləsində yerləşən MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən bütün qeyri-yaşayış sahələrinin mülkiyyət hüququ ilə onun sahibliyinə və istifadəsinə təhvil verilməsi müəyyən edilmişdir. Bir sözlə, hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahələri də daxil olmaqla, bütün qeyri-yaşayış sahələri üzərində MMC-nin hər hansı bir subyektiv və obyektiv hüququ qalmamışdır. Bundan başqa, hazırkı məhkəmə mübahisəsində iştirak edən cavabdehlər iddiaçı qismində hələ 2013-cü ildə İddiaçı MMC-yə qarşı iddia tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(001)-3986/13 saylı, 22.07.2013cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, MMC ilə iddiaçılar arasında bağlanmış 22.01.2013cü il tarixli, 48, 541 nömrəli və 18.02.2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 nömrəli müqavilələrin 5.4-cü bəndi etibarsız hesab edilmiş və alqı-satqı müqavilələrinə əsasən iddiaçıların əldə etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəlləsində yerləşən cavabdeh təşkilat tərəfindən yeni inşa edilmiş yaşayış binasının "xxxx" korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlər, bundan əlavə «A 4» korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 34 saylı, həmin korpusun 18-ci mərtəbəsində yerləşən sahəsi 145,11 kv.m. olan 35 saylı, sahəsi 138,97 kv.m. olan 3 otaqdan ibarət 36 saylı mənzillər, «A 5» korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 24 saylı və həmin korpusun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv.m.olan 34 saylı mənzillər, bundan başqa «B» korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzil və «E» korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214,14 kv.m. olan 24 saylı yaşayış və qeyri yaşayış sahələrinin naturada iddiaçılara təhvil yerilməsi və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsi MMC-yə həvalə edilmişdir. Hazırda göstərilən məhkəmə işinə Ali Məhkəmənin təqdimatı əsasında Ali Məhkəmənin qərarı ilə 3-cü şəxs qismində cəlb olunmuş və iş apellyasiya instansiyası məhkəməsində davam edir. Hesab edir ki, MMC-nin iddia tələbinin qeyri-yaşayış sahələrinə aid hissədə göstərdiyi dəlillər əsasında hazırkı iş üzrə qətnamə çıxarılması həm qanunsuz, həm də əsassızdır. Belə ki, həm İddiaçı MMC, həm də Zeynalovlar süni surətdə məhkəmə mübahisələri yaratmaqla özlərinə aid olmayan əmlak hüquqlarını məhkəmə vasitəsilə müdafiə etməyə və həmin əmlaklar üzərində əsassız olaraq hüquqlar əldə etməyə cəht edirlər. Birincisi: İddiaçı MMC ilə X11 arasında mzalanmış 03.04.2006-cı il tarixli , 23 saylı müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin predmeti Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi binaların tikintisi, həmin sahədə aparılan tikintinin X11 tərəfindən maliyyələşdirilməsidir. Müqavilənin 2-ci bəndinə əsasən MMC ticarət mərkəzinin «C» korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-«A2» korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.-«E» korpusu 1-ci və 2-ci mərtəbələr 18-27- L-i oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;-«A3» korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-«B» korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.m.;-«A4» korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«A5» korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«D» korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m. təşkil edən obyektləri X7 satmışdır. Müqavilə imzalandığı andan X2 üzərinə düşən bütün öhdəliklər maddi hüquq normalarına müvafiq olaraq vicdanla yerinə yetirilsə də, MMC-nin üzərinə düşən bir sıra öhdəliklər tam yerinə yetirilməmişdir. Odur ki, 12.07.2012-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)- 2284\2012 saylı, 13.06.2012-ci İl tarixli qərardadı ilə Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin - «C» korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.; -«A2» korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.; -«E» korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.; -«A3» korpusu i-ö oxları arasında sahəsi 518,4 kv.m.; -«B» korpusu Ğ-D-35- 26 oxları arasında sahəsi 654 kv.m. ; -«A4» korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.; -«A5» korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.; -«D» korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m. cəmi sahəsi layihə üzrə 4564 kv.m. təşkil edən obyektlərin üzərinə həbs qoyulmuş və həmin obyektlərin istifadə edilməsi cavabdehə və digər şəxslərə qadağan olunmuşdur. Qərardad üzrə 13.06.2012-ci İl tarixli icra vərəqəsi verilmiş; 18.06.2012-cii il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında Qərar qəbul edilmiş , həmin tarixdə “Tələbin könüllü icrası haqqında» Bildiriş borcluya göndərilmiş və icra şöbəsinin məmurları Süleyman Məmmədov və Bəhruz Bayramovun, tələbkarın nümayəndəsinin, hal şahidlərinin və borclu İddiaçı MMC-nİn direktoru X9 iştirakı iiə 18.06.2012-ci il tarxli akt tərtib edilmişdir. 18.06.2012-ci il tarxli tərtib edilmiş aktla qeyd olunan şəxslər tərəfindən əraziyə baxış keçirilmiş və icra vərəqəsində göstərilən ümumi sahəsi 4564 kv.m. qeyri-yaşayış sahəsinə həbs qoyulmaqla, ərazidən istifadə edilməsinə qadağa qoyulmuş və saxianca X15 təhvil verilmişdir. İcra sənədində göstərilən tələb tam təmin olunduğundan, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin “İcra edilmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında» 21.06.2012-ci il tarixli Qərar qəbul edilmişdir. Bundan sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-383\2013 saylı 13.08.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkəti qanunsuz hesab edilməsi; cavabdeh tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41 825,32 abş dolları həcmində pul vəsaitinin geri qaytarılması; həmin obyektlərdə təmir və tamamlama islərinin aparılması üçün obyektlər qeyd şərtsiz iddiaçı X8 verilməklə işlərin görülməsi zamanı MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılmas gət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-214/2014 saylı 03.07.2014-cü il tarixli Qərarına əsasən qətnamələr qüvvədə qalmışdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-214/2014 saylı 03.07.2014-cü il tarixli Qərarı, eləcə də göstərilən iş üzrə apellyasiya instansiyası məhkəməsinin Qətnaməsi ləğv edilmiş və mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC və X41 qızı işdə ffştirak etməyə cəlb olunmamış, onların hüquqlarının pozulması ilə nəticələnmiş hüquq və vəzifələrinə dair məsələ həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-302/15 saylı 24.07.2015-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.08.2013-cü il tarixli qətnaməsi “iddianın qismən təmin edilərək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, -cavabdeh “Xudafərin" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması - və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçı X7 verilməsi -və işlərin görülməsi zamanı İddiaçı MMC tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmış; -"xxxx" Lizinq Şirkəti QSC-tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; -müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər X11 və İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab ediləməsi barədə iddia tələbi təmin edilməmiş; müstəqil tələb irəli sürən 3-cü şəxs X10 cavabdehlər İddiaçı MMC-yə və X7 qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC-dən 286.268 ABŞ dolları, pulun ödənilən vaxt Mərkəzi Bank tərəfinfən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Qurbanov Azər Qəhrəman oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(1021- 168/16 saylı, 01.06.2016-cı il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2015-ci il tarixli 2- 2(103)-302/2015 saylı qətnaməsinin X30 ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılaması üçün həmin məhkəməyə göndərilməsi, cavabdeh ”Xudafərin” MMC və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qalan hissələrdə təmin olunmaması, üçüncü şəxslər "xxxx" Lizinq şirkəti QSC-nin və X5 kassasiya şikayətlərinin təmin olunmaması, qətnamənin qalan hissələrdə cavabdehə və üçüncü şəxslər Qurbanov Azər Qəhrəman oğluna, "xxxx" Lizinq şirkəti QSC-nin və X41 qızına münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)/15 saylı 24.07.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış binasına aid qeyri-yaşayış sahələrini X7 satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış və onun tərəfindən ödənilmiş pul vəsaitinin qəbul edilməsinə dair ona kassa mədaxil qəbzi verilmişdir. X7 aid kassa mədaxil orderi istisna olmaqla, 3-cü şəxslərə verilmiş kassa mədaxil orderləri mühasibatlıq üçotu haqqında qanunvericiliyin tələblərinə cavab vermir. Yalnız İddiaçı MMC tərəfindən X7 verilmiş kassa mədaxil orderi Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blaklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə uyğundur. X30 və X22 ilə İddiaçı MMC arasında bağlanmış müqavilələr, tarix etibarı ilə X3 İddiaçı MMC arasında bağlanmış müqavilədən əvvəl olsa da, həmin müqavilələrdə göstərilən qeyri-yaşayış sahələri onlara təhvil verilməmişdir. Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış binasına aid qeyri-yaşayış sahələri hazırda X2 sahibliyində və istifadəsindədir. Cavabdeh “Xudafərin» MMC-nin və 3-cü şəxs X5 apellyasiya şikayətlərində və sonuncunun iddia ərizəsində ilqar Ağarəhimovla İddiaçı MMC arasında bağlanmış müqavilənin borc verilmiş pulun təminatı yəni, girov kimi çıxış etməsi, borc alınmış pulun tam olaraq geri qaytarılmasına dair dəlilləri iş materialları ilə təkzib olunur. X3 İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsi yazılı qaydada bağlandığından və həmin müqavilədə göstərilən razılaşdırılmış pul məbləği ciddi hesabat sənədi hesab olunan kassa mədaxil orderi əsasında İddiaçı MİMC-yə verildiyindən, pulun geri qaytarılmasına dair hər hansı bir yazılı sübut olmadığından bu müqavilənin borc müqaviləsi olması və verilmiş pulların geri qaytarılmasına dair şahid ifadələri kifayət qədər mötəbər sübut hesab oluna bilməz. X3 İddiaçı MMC arasında bağlanmış alqısatqı müqaviləsinin 5.3-cü bəndinə əsasən alıcıya verilən bu sahələr firma rəhbərinin razılığı və iştirakı olmadan satıla, girov qoyula, notariat qaydada mənzilin hüquqları başqa şəxsə verilə bilməməsi, 5.4-cü bəndinə əsasən isə bu müqavilənin alıcıya, yəni X7 girov kimi verildiyinin birmənalı şəkildə qeyd edildiyini apellyasiya şikayətində göstərildiyi halda, İddiaçıMMC ilə X3 arasında bağlanmış 23 saylı 03.04.2006-cı il tarixli qeyri-yaşayış sahələrinin satılmasına dair alqı-satqı müqavilənin 5.3-cü və 5.4-cü bəndlərində belə bir qeydlərin olduğu müəyyən edilməmişdir. Əksinə, 5.3-cü bəndində göstərilmişdir ki, icraçı «Alıcı»-nı mərtəbələr üzrə tikinti planı ilə tanış edir. Həmin müqavilənin 5.4-cü bəndində isə göstərilmişdir ki, «Alıcı» birtərəfli qaydada müqaviləni pozduğu halda ödənilmiş vəsaitlər, onun obyekti yeni «Alıcı»-ya verildikdən sən ra geri qaytarılır və müqaviləyə xitam verilir. İddiaçı MMC ilə bağladığı müqavilənin şərtlərinə X11 əməl edərək, müqavilədə nəzərdə tutulmuş məbləği bir dəfəyə İddiaçı MMC-yə ödəmiş, obyektləri isə qəbul etməkdən imtina etmədiyinə görə həmin məbləğ ona qaytarılmamışdır. İddiaçı MMC tərəfindən “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blaklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə cavab verən kassa mədaxil orderinin X7 təqdim edilməsi, həm də qeyri-yaşayış sahələrinin X7 təhvil verilməsi onun iradə ifadəsini göstərməklə, onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin mötəbər və etibarlı olmasına dəlalət edir. İşin həqiqi hallarından mübahisəsiz şəklidə təsdiq olunur ki, iddiaçı müqavilədə nəzərdə tutulan 600 000 abş dollarını cavabdehə ödəmiş, cavabdeh isə tərəflər arasında bağlanmış müqavilədə göstərilən 4564 kv.metr qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verilməsinə dair vəzifənin daşıyıcısı olmasına baxmayaraq, həmin qeyri-yaşayış sahəsində tamamlama və təmir işlərinin aparılmasına mane olmaqla müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, bununla da müqavilənin 2-ci maddəsinin, eyni zamanda yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-168/l6 saylı, 01.06.2016-cı il tarixli qərarında göstərilir ki, tərəflərin hüquq və öhdəlikləri onların arasında bağlanmış 2006-cı il 03 aprel tarixli podrat müqaviləsindən irəli gəlmişdir.Həmin müqavilənin etibarlılığına təsir edə bilən hər hansı hal apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilməmişdir. İkincisi, həmin müqavilənin 5.3-cü və 5.4-cü bəndləri şikayətdə göstərildiyindən fərqli məzmundadır və orada (həmçinin müqavilənin digər bəndlərində) tərəflərin hər hansı bir girov hüququ və öhdəliklərinə dair şərtlər nəzərdə tutulmamışdır. Deməli, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı MMC ilə aralarında bağlanmış 03.04.2006-cı il tarixli, 23 saylı müqavilə ilə və eləcə də həmin müqavilədə göstərilən qeyri-yaşayış sahələrinin alınmasına görə tərəfindən MMC-yə 600.000 ABŞ dollarının ödənilməsi ilə bağlı faktlar müəyyən edilmişdir. Odur ki, hazırkı məhkəmə prosesində İddiaçı MMC-yə münasibətdə həmin faktların MMC tərəfindən mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1326\2016 saylı, 25.11.2016-cı il tarixli qətnaməsi ilə 10 ədəd qeyri-yaşayış sahələrinin "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilməsi vəzifəsi İddiaçıMMC-nin üzərinə qoyulması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 163\2018 sayli, 06.03.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamə iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş və ilk iddia tələbinin tam rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-351/18 saylı, 19.09.2018-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-163\2018 saylı, 06.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərdən başqa, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli, 2(007)-2883/2018 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Ağarəhimov iiqar Ağarəhimoviçə qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-470\2019 saylı, 08.02.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15.08.2018-cu il tarixli, 2(007)-2883/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən həmin faktların hazırkı məhkəmə prosessində MMC tərəfindən mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Həmçinin, həmin əmlakların daxili kommunikasiya xətlərinin çəkilişinə, təmir edilməsinə və sair bu kimi işlərin yerinə yetirilməsinə külli miqdarda pul vəsaiti xərcləmişdir. Odur ki, həm Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3986\13 saylı, 22.07.2013-cü il tarixli qətnaməsindən birmənalı şəkildə görünür ki, iddiaçı Cavabdeh2 ilə «”Xudafərin” MMC arasında bağlanmış 22.01.2013-cıı il tarixli, 48 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəlləsində yerləşən yaşayış binasının "xxxx" korpusunda ticarət mərkəzində sahəsi 200 kv.m. olan obyekt hər kv.m. üçün 3 500 manat ödəmək şərti ilə Cavabdeh2 satılmışdır. 22.01.2013-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 48 Ne-li müqaviləyə əsaəsn borcu yoxdur. Cavabdeh3 ilə İddiaçıMMC arasında bağlanmış 3 ədəd, 18.02.2013-cü il tarixli, 50 NQ ii, 51 N9-li və 52 Na-li müqavilələrə əsasən- Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəlləsində yerləşən yaşayış binasının "xxxx" korpusunda ticarət mərkəzində hər birinin sahəsi 39 kv.m. olan obyektlərə görə hər kv.m. üçün 2 000 manat ödəmək şərti ilə Cavabdeh3 satılmışdır. 3 ədəd 18.02.2013-cü il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh3 50 N°-li, 51 Ns-li və 52 Ns-li müqavilərə əsaəsn borcu yoxdur. Bundan başqa, Binəqədi rayon Məhkəməsinin qətnaməsinin 5-ci səhfəsinin axırıncı abzasında göstərilir ki, «... X23 notariat qaydada təsdiq edilmiş və məhkəməyə təqdim olunmuş ərizəsində qeyd edir ki, o, 2012-ci ilin aprel ayından 2013-cü ilin iyul ayına qədər MMC-nin direktoru vəzifəsində çalışmışdır. MMC tərəfindən inşa edilmiş 4 ədəd qeyri-yaşayış sahələrini alqı-satqı müqavilələri əsasında iddiaçılara satmışdır.Həmin müqavilələr alqı-satqı müqaviləsidir. Məhz, göstərilənlərə əsaslanaraq, məhkəmələr hesab etmişdir ki, qeyri-yaşayış sahələri ilə bağlı müqavilələrin 5.4cü bəndləri etibarsız hesab edilməli və alqı-satqı müqavilələrinə əsasən iddiaçıların əldə etdikləri qeyri-yaşayış sahələrinin naturada artıq mülkiyyətçisi olduqlarından, həmin sahələr naturada iddiaçılara təhvil verilməli və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh İddiaçı MMC-yə həvalə edilməlidir. Deməli, İddiaçı MMC-nin cavabdehlərə qarşı qeyri-yaşayış sahələri ilə əlaqədar hazırkı iddia tələbi formal xarakter daşımaqla yanaşı, onların qanunsuz və əsassız mövqelərinin məhkəmədə müdafiə edilməsi üçün təhrif olunan dəlillərə əsaslanır. İddiaçı X31 cavabdehlər Cavabdeh1, İddiaçı MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun hüquqi nəticələrinin etibarsiz hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Atatürk prospekti 30/78 "xxxx" ünvanında yerləşən yaşayış binasının “A5” korpusunun 12-ci mərtəbəsində 138,97 kv.m ibarət, 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən həmin mənzilə dair verilmiş çıxarışın etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı X31 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Atatürk prospekti 30/78 "xxxx" ünvanında yerləşən yaşayış binasının “A5” korpusunun 12-ci mərtəbəsində 138,97 kv.m ibarət, 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X31 iddia tələbini onunla əsaslandırmışdır ki, 11.12.2003-cü il tarixli 165 saylı müqavilə ilə İddiaçı MMC-dən Cəmiyyətin Bakı şəhəri Atatürk prospekti 30/78 "xxxx" ünvanında (köhnə ünvanı Atatürk pro-ti 3078-ci məhəllə) inşa etdiyi çox mənzilli yaşayış binasının “A5” korpusunun 12-ci mərtəbəsində 138,97 kv.ııı ibarət 3 otaqlı mənzilini almış və 11.12.2003-cü il tarixli kassa mədaxil orderi ilə mənzilin tam dəyərini- 115.762.500 manat, o dövrün valyuta məzənnəsi ilə 23.625 ABŞ dollarını ödəmişdir. Qeyd olunan mənzil sonradan MMC tərəfindən digər şəxslərə də satıldığından məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.07.2015-ci il tarixli 2(001)-8528/2015 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və onun həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. 23.11.2015-ci il tarixdə qətnamənin icrası təmin edilərək mənzil ona təvbil verilmiş və o, həmin mənzilə köçürülmüşdür. Cavabdeh1 2016-ci ildə ona məlum olmayan əsaslarla həmin mənzilə 06.03.2016-ci il tarixli çıxarış almış və maraqlı şəxs kimi Binəqədi rayon məhkəməsinin 30.07.2015-ci il tarixli 2(001)-8528/2015 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün məhkəməyə müraciət etmiş, Binəqədi rayon məhkəməsinin 28.07.2016-ci il tarixli 2(001)-8528/2015 saylı qərardadı ilə apellyasıya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya məhkəməsinin 04.11.2016-ci il tarixli qərardadi ilə təmin edilmiş, Binəqədi rayon məhkəməsinin 30.07.2015-ci il tarixli 2(001)-8528/2015 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya məhkəməsinin 30.03.2028-ci il tarixli 2(103)-835/2018 saylı qərardadi ilə Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarlarının olmasına baxmayaraq Cavabdeh1 mübahisəli mənzilin giriş qapısının qıfılını qıraraq onu dəyişmiş və onun mənzilindən istifadəsinə imkan vermir. Eyni zamanda Cavabdeh1 adına həmin mənzilə mülkiyyət hüququna dair DƏDRX-dən çıxarış olduğundan sahibliyində və istifadəsində olan mənzilə mülkiyyət hüquqlarını DƏDRX-də qeydiyyata aldıra və mülkiyyət hüququna dair çıxarış ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Üçüncü şəxs X39 İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsini öz mənzilinə aid olan hissə də aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X53 prospekti, korpus E, 24 saylı mənzili 16.09.2016-cı il tarixli. ******* saylı alqı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* ömrəli, 28.09.2016-cı il tarixli çıxarışa əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2297 nömrəli reyestr kitabının 213768 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin mənzil mülkiyyətinə keçdikdən sonra mübahisəli olması, yəni Xudafərin MMC tərəfindən binada olan mənzillərin digər şəxslərə satılması faktln araşdırılması ilə bağlı İdarədə cinayət işinin istintaqı aparılması, cinayət işi ilə bağlı şahid kimi idarəyə dəvət edilməsi və dindirildikdən sonra dərhal istintaq zamanı cavabdehlər Cavabdeh2. X24 qarşı həmin mənzilin “alqı-satqı müqavilədən imtinanın təsbit edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, xüsusi jərardad çıxarılması” barədə iddia tələbi ilə Bakı şəhəri, Səbail rayon məhkəməsinə nüraciət etmiş, məhkəmənin 09.03.2018-ci il tarixli, 2(009)-132/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X53 prospekti, korpus E, 24 saylı mənzilin Cavabdeh2 tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə görə onun həmin müqavilədən imtina etməsi təsbit olunmuş, həmin mənzilin dəyəri kimi ödədiyi 170.000 manat, həmin məbləğin gecikdirmə faizi olan 12.537 manat məbləğində pul Cavabdeh2 tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2. X35 apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya məhkəməsinin 22.06.2018-ci il tarixli, 2(103)-5992/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 09.03.2018-ci il tarixli, 2(009)-332/2018 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və həmin hissədə də iddiası təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin kassasiya şikyəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.11.2018-ci il tarixli, 2(102)-7412/18 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22.06.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə aktları ilə həmin mübahisəli mənzilin qanunvericiliyin tələblərinə riayət edilərək tərəfindən qanuni əsaslarla əldə edildiyindən və qanuni əsaslarla mülkiyyətində olması bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, İddiaçı MMC hazırki tələblə məhkəməyə müraciət edərkən onun ilk növbədə iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması məhkəmədə araşdırılmalıdr. Belə ki, Binəqədi rayon Məhkəməsində sədrlik edən Abbas Rzayevin sədrliyi ilə keçirilmiş məhkəmə prosesində cavabdeh tərəf olaraq mübahisəli mənzilin Cavabdeh2 naturada təhvil verilməsi və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsi İddiaçı MMC-yə həvalə edilmişdir. Qətnamədən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti vermiş, Binəqədi rayon Məhkəməsinin 22.07.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Lakin İddiaçı MMC apellyasiya şikayəti təmin edilməmişdir. Yenidən İddiaçı MMC eyni tələblə müqavilə öhdəliyini və çıxarışın etibarsız hesab edilməsini mübahisələndirməklə iddia tələbi irəli sürmək burda Xudafərin MMC deyil, hüquqları pozulan 3cü şəxslərin tələbi əsasında iddiaya baxılmalı və həll olunmalıdır. İddiaçı "xxxx" MMC-nin cavabdehlərə qarşı qaldırdığı iddia tələbinin mülkiyyətində olan mənzilə dair hissəsinə gəlincə qeyd edir ki, mübahisəli mənzilə dair hər hansı bir İİİ şəxsin hüquqlarına toxunmadığından iddia tələbi təmin edilməməlidir. Mənzilinə iddia olunan İİİ şəxs X16r, o, da öz növbəsində eyni tələblə, yəni “müqavilənin və çıxarışın etibarsız hesab edilməsinə” dair Bjnəqədi rayon məhkəməsində ona qarşı qarşılıqlı iddia irəli sürmüş, onun X17 qarşı “mənzildən çıxarma” ilkin iddia tələbi ilə birgə Binəqədi rayon məhkəməsinin hakimi Fuad Abdiyevin icraatında olmaqla baxılır. Bundan əlavə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli, 1(101 )- 72/2019 saylı X1 şahid qismində ifadəsi alınmış və həmin Hökmün 91-ci səhifəsində onun mənzili deyil, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X53 prospekti, korpus E, 23 saylı mənzilə dair hüquqlarının pozulması müəyyən edilmiş, eləcə də “Xudafərin" MMC-nin direktoru İlham Məhərrəmova ünvanlanmış Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin 01.03.2018-ci il tarixli, ********* nömrəli məktubun 25-ci bəndində həmin cinayət işi üzrə E korpusun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.metr olan 4 odaqlı 23 saylı mənzil üzrə X25 yaşayış sahənin birinci mülkiyyətçisi tanınmışdır. Onun mənzili isə E korpusun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 214.14 kv.metr olan 4 odaqlı 24 saylı mənzil olduğu halda hətta "Xudafərin” MMC-yə həmin məktub ünvanlandığı və bu Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli, 1(101 )-72/2019 saylı Hökmün 91-ci səhifəsində öz əksini tapdığı halda iddiaçı yenə də İİİ şəxsləri işə cəlb etməklə cavabdehlərə, eləcə də onun mülkiyyət hüququnu pozan iddia tələbini əsassız irəli sürmüşdür. Hesab edir ki, "xxxx" MMC eyni tələblə Cavabdeh2 və digərlərinə qarşı qaldırdığı iddia onun üçüncü şəxs kimi mülkiyyət hüququnu pozduğundan mənzilinə dair müqavilənin və çıxarışın etibarsızlığı iddiası təmin olunmamalıdır. Yuxanda göstərilən əsaslara görə iddiaçı "Xudafərin” MMC-nin “müqavilələrin və Çıxarışın etibarsız hesab edilməsinə” dair tələbinin onun mənzilinə aid olan hissədə təmin edilməməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili X36 iddia tələbini müdafiə edərək təmin olunması, digər iddia ərizələrinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X31 iddia tələbini müdafiə edərək təmin olunması, İddiaçı MMC-nin iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaların təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında cavabdeh (həm də vəfat etmiş atasının prosessual hüquq varisi) Cavabdeh3, onun və digər cavabdeh (həm də vəfat etmiş atasının prosessual hüquq varisi) Cavabdeh1 nümayəndəsi və vəkili X20 iddia tələblərini qəbul etməyərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmış X13 nümayəndəsi və vəkili X32 iddia tələbini müdafiə edərək təmin olunması, İddiaçı MMC-nin iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaların təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə əvvəlki iclaslarında iştirak etmiş müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmış X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməməli, iddiaçı X12 cavabdehlər Cavabdeh1 və İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri isə təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2013-cü il tarixli, 2(001)-3986/13 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddiası təmin olunmuş, İddiaçı MMC ilə iddiaçılar arasında bağlanmış 22.01.2013-cü il tarixli, 48, 541 nömrəli və 18.02.2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 nömrəli müqavilələrin 5.4-cii bəndinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələrinə əsasən iddiaçıların əldə etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəlləsində yerləşən cavabdeh təşkilat tərəfindən yeni inşa edilmiş yaşayış binasının "xxxx" korpusunda hər biri 39 kv/m olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv/m olan obyektlər, bundan əlavə «A 4» korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 34 saylı, həmin korpusun 18-ci mərtəbəsində yerləşən sahəsi 145.11 kv/m olan 35 saylı, sahəsi 138.97 kv/m olan 3 otaqdan ibarət 36 saylı mənzillər, «A 5» korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 24 saylı və həmin korpusun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv/m olan 34 saylı mənzillər, bundan başqa «B» korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155.08 kv/m olan 39 saylı mənzil və «E» korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214.14 kv/m olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada iddiaçılara təhvil verilməsi və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13020/2015 saylı 12.11.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 cavabdeh İddiaçı MMC-yə qarşı "xxxx" iddia tələbi təmin edilmiş, MMC tərəfindən 257 saylı 29.01.2004-cü il tarixli müqavilə öhdəlikləri yerinə yetirilərək, Bakı şəhəri Atatürk prospekti 3078 A məhəlləsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının “ B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m, yaşayış sahəsi 85,36 kv.m olan, 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX Bakı Ərazi İdarəsinin Xətai rayon Məhkəməsinə ünvanlanmlş 28.03.2019-cu il tarixli məktubundan görünür ki, Bakı səhəri, Binəqədi rayonu, X53 prospekti, korpus B, mənzil 39 Cavabdeh1 adına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3323/2014 saylı, 26.01.2015-ci il tarixli qərardadına, 544 saylı, 18.02.2013-cü il tarixli müqaviləyə və 18.02.2013cü il tarixli maliyyə arayışına əsasən 16.03.2016-cı il tarixdə ilkin qeydiyyata alımışdır və hazırda mülkiyyətindədir. Eləcə də, Bakı səhəri, Binəqədi rayonu, X53 prospekti, korpus B, mənzil 39 ilə Bakı səhəri, Binəqədi rayonu, X53 prospekti, korpus B, mənzil 30 sənədlərə əsasən eyni mənzildir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.02.2020-ci il tarixli, 2(103)-1120/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2013-cü il tarixli, 2(001)-3986/13 saylı qətnaməsindən İddiaçı MMC, X29, X11 və X25 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh2 08.02.2020-ci il tarixdə vəfat etdiyi müəyyən olunduğundan, birinci dərəcədən vərəsələri olduqları müəyyənləşdirilən qızı Ülviyyə Qasımova, həyat yoldaşı Bilqeyis Zeynalova, həmçinin oğulları olan digər iddiaçılar onun prosessual hüquq varisləri, Akif Həmzəyevin iddia etdiyi mənzilin mülkiyyətçisi olduğu müəyyən edilən X39 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışlar. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC Cavabdeh3la 18.02.2013-cü il tarixdə 50, 51, 52 saylı; Cavabdeh1la 544, 548, 549, 550, 551, 552 saylı; 22.01.2013-cü il tarixdə Cavabdeh2la 48 və 541 saylı müqavilələr bağlamış, həmin müqavilələrdə MMC-nin Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə inşa olunmuş yaşayış binasının “A" korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 35 saylı, sahəsi 138,97 kv.m. olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv.m. olan 34 saylı mənzillərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi kv.m. olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin adı çəkilən şəxslərə təhvil verilməsi öhdəliyi müəyyənləşdirilmiş, müqavilələrin 5.4-cü bəndində isə onların alıcılara girov müqaviləsi kimi verildiyi, müqavilələrdə göstərilən məbləğlərin alıcılara qaytarılmasından sonra müqavilələrə xitam veriləcəyi təsbit olunmuşdur. İş materiallarında olan maliyyə arayışlarına görə iddiaçılar, əmlakların dəyərini MMC-ya ödəmiş və borcları qalmamışdır. İşin müəyyən olunan halları həmçinin ondan ibarətdir ki, İddiaçı MMC ilə İlqar Ağarəhimov arasında 03.04.2006-cı il tarixdə müqavilə bağlanmış, İlqar Ağarəhimov müqavilə bağlanan gün MMC-nin hesabına 600.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüş, həmçinin müqavilə üzrə MMC-nin vəzifələri müəyyən olunmuş, İlqar Ağarəhimov tərəfindən ödənilmiş 600.000 ABŞ dolları pulun müqabilində MMC, ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-“A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;-“A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-“B” korpusu G-D-35-26 oxları arasında sahəsi 654 kv.m.;- “A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi kv.m.;”A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“D” korpusu 1-9 rəqəm oxları ilə A- Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m, təşkil edən obyektləri sonuncuya satmışdır. İşin müəyyən olunan digər halına görə, İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün İlqar Ağarəhimov MMC-yə qarşı iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.08.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsinə dair MMC-nin hərəkətinin qanunsuz hesab edilməsi, MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41.825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd şərtsiz X7 verilməsi və işlərin görülməsi zamanı İddiaçı MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmişdir. İlqar Ağarəhimovun apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən (məhkəmə aktlarından) aydın olur ki, mübahisəli ərazidə İddiaçı MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binalarının 1-ci və 2ci mərtəbələrində yerləşən bütün qeyri-yaşayış sahələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş akt əsasında 14.08.2014-cü ildə onun sahibliyinə verilmişdir və həmin ərazidə başqa qeyri-yaşayış sahələri mövcud deyildir. Beləliklə, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə inşa olunmuş yaşayış binasının qeyri-yaşayış sahələrinin 03.04.2006-cı il tarixli müqavilə əsasında İlqar Ağarəhimova satılmış olduğu, sonradan isə məhkəmə qətnaməsinin icrası qaydasında məhz onun sahibliyinə verildiyi işin müəyyən olunan halıdır; bununla belə MMC, binanın “A" korpusunda yerləşən hər birinin sahəsi 39 kv.m ölçüdə olan 3 ayrı-ayrı qeyri-yaşayış sahəsini Cavabdeh3la bağladığı 18 fevral 2013-cü il tarixli 50, 51 və 52 saylı müqavilələrlə 234.000 manat pulun müqabilində sonuncuya, "xxxx" korpusunda yerləşən 200 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsini Cavabdeh2la bağladığı 22.01.2013-cü il tarixli 48 saylı müqavilə ilə 700 000 manat pulun müqabilində ona satmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı MMC ilə X29 arasında bağlanmış 29.01.2004-cü il tarixli 257 saylı müqaviləyə əsasən MMC, Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m olan 3 otaqlı yaşayış sahəsini müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə alıcıya, yəni Xuraman Əliyevaya təhvil verməyi öhdəsinə götürmüş, alıcı (Xuraman Əliyeva) həmin mənzilin müqabilində 3 gün ərzində 26 364 ABŞ dolları pulu MMC-yə ödəmişdir. Beləliklə İddiaçı MMC, Xuraman Əliyevaya 29.01.20014-cü il tarixdə satdığı mənzilə dair 18.02.2013-cü il tarixdə Cavabdeh1la müqavilə bağlamış, bu müqavilədə əmlakın borcun təminatı kimi girov qoyulduğu göstərilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllədə tikdiyi yüksək mərtəbəli yaşayış kompleksinin yaşayış və qeyri-yaşayış sahələrinin satışını və qeydiyyatının aparılmasını həyata keçirən vəzifəli şəxslərinin əvvəllər satılmış yaşayış sahələrinin yenidən satılmasına, ayrı-ayrı şəxslərin adına sənədləşdirməklə mülkiyyətçilərin hüquqularının pozulması hallarına yol verdiklərinə görə barələrində cinayət işi başlanmış, həmin cinayət işi üzrə Ağır Cinayətlər Məhkəməsinin 07.09.2015-ci il tarixli hökmünə əsasən X18, X26, X37, X6, X27 və X33 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış X21 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olduğu izah edilmişdir. Kasassiya instansiyası işi hazırkı apellyasiya baxına göndərərkən göstərmişdir ki, İddiaçı MMC ilə X.Əliyeva arasında mübahisə predmeti olan mənzillə bağlı 29.01,2004-cü il tarixli müqavilə bağlandığından sonra MMC həmin mənzili başqa şəxsə satmış və mənzili digər şəxsin sahibliyinə və istifadəsinə verməmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, müqavilə bağlandıqdan sonra X.Əliyeva mənzilin dəyərini tam ödədiyi halda, MMC Cavabdeh1la bağladığı 18.02.2013-cü il tarixli müqavilə ilə sonuncunun verdiyi 26364 ABŞ dolları məbləğində pulun müqabilində həmin mənzili ipotekaya qoymuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmiş və reyestrdə qeydə alınmamışdır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, MMC tərəfindən X.Əliyevaya satılmış Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m olan, 3 otaqlı 39 saylı mənzil başqa şəxsin hüququları ilə (mülkiyyət, istifadə sahiblik) yüklü deyildir. Kollegiya, kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə hesab etmişdir ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istinad etdikləri müvafiq müqavilələr onlarla bağlandığı zaman, MMC-nin İlqar Ağarəhimovla və Xuraman Əliyevayla daha əvvəl bağlamış olduğu müqavilələr qüvvədə olmuşdur; bu isə o deməkdir ki, MMC, iddiaçıların istinad etdikləri müvafiq müqavilələrin predmeti olan əmlaklarla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onlarla müqavilə bağlamış, həmin MMC ilə iddiaçılardan daha əvvəl müqavilələr bağlayaraq əmlakları satın almış İlqar Ağarəhimovun və Xuraman Əliyevanın müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası X13 və X2 apellyasiya şikayətləri tam, İddiaçı MMC-nin apellyasiya şikayəti isə qismən təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3986/2013 saylı iş üzrə 22.07.2013-cü il tarixli qətnaməsinin “Cavabdeh1 ilə MMC arasında bağlanmış 18.02.2013-cü il tarixli 544 saylı müqavilənin 5.4-cü bəndinin, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı MMC arasında bağlanmış 22.01.2013-cü il tarixli 48 saylı və 18 fevral 2013-cü il tarixli 50, 51, 52 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə İddiaçı MMC tərəfindən inşa olunmuş yaşayış binasının "xxxx" korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin naturada iddiaçılara təhvil verilməsi, həmin əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMC-yə həvalə edilməsi” hissələrində ləğv olunması və həmin iddia tələblərinin təmin edilməməsi, qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan və Akif Həmzəyevin və İddiaçı MMC-nin mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılması (onlara münasibətdə), İddiaçı MMC-dən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 5 manat alınaraq Xuraman Əliyevaya, 15,40 manat alınaraq İlqar Ağarəhimova ödənilməsi, MMC-nin və Akif Həmzəyevin ödədikləri rüsum məbləğlərinin onların özlərinə aid edilməsini qət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.07.2015-ci il tarixli 2(001)-8528/2015 saylı qətnaməsi nin surətindən görünür ki, iddiaçı X12 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbinə dair” iddiası təmin edilərək, İddiaçı MMC-nin üzərinə həmin MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30/78 "xxxx" ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.metr olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehəə həvalə edilməsi və həmin mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinə münasibətdə qeyd edir ki, iş üzrə tərəflər arasında mülki hüquq münasibətlər 2013-cü il tarixdə yaranmaqla, tərəflərin hüquq və öhdəlikləri (vəzifələri) 18.02.2013-cü ıl tarixli, 544 saylı, 18.02.2013-cü il tarixli, 548 saylı, 18.02.2013-cü ıl tarixli, 549 saylı, 18.02.2013-cü il tarixli, 550 saylı, 18.02.2013-cü il tarixli, 551 saylı, 18.02.2013-cü il tarixli, 552 saylı, 22.01.2013-cü il tarixli, 48 saylı, 22.01.2013-cü il tarixli, 541 saylı, 18.02.2013-cü il tarixli, 50 saylı, 18.02.2013-cü il tarixli, 51 saylı, 18.02.2013- ü il tarixli, 52 saylı müqavilələlər rəsmləşdirilmişdir. İş üzrə iddiaçı həmin müqavilələrin bağlanmasından 6 il sonra etibarsızlığını mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdəı hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb eJnəl hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququr müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, iddia müddətinin bitməsi iddianın rədc edilməsi üçün əsasdır. Lakin, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinir məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin ö: hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadar istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ik ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinir tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 354.1ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, müqavilələrin etibarsızlığı ilə bağlı iddianı irəli sürmək hüququna 1 illik iddia müddəti müəyyən edilmişdir. Mübahisələndirilən müqavilələr MMC tərəfindən imzalandığından, ona həmin müqavilələrin imzalandığı gündən müqavilənin etibarsızlığının əsasları bəlli olmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia onun verilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verildiyi üçün əsassızdır. Ona görə də məhkəmənin qənaətinə görə MMC-nin iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçı X12 cavabdehlər Cavabdeh1 və İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu Maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı X12, müstəqil tələb irəli sürən üçüncü şəxs X13, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia ərizələri üzrə tələblərin əsası kimi çıxış edən müqavilələrin predmetini təşkil edən mənzillər və qeyri-yaşayış sahələri barəsində onlarla İddiaçı MMC arasında bağalanmış müqavilələr başqa məhkəmə mübahisəsinə əsasən əsaslı hesab olunmaqla onların həmin mənzillər və qeyri-yaşayış sahələri üzərində hüquqları tanınmış və bu qətnamələr hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə inşa olunmuş yaşayış binasının qeyri-yaşayış sahələrinin 03.04.2006-cı il tarixli müqavilə əsasında İlqar Ağarəhimova satılmış olduğu, sonradan isə məhkəmə qətnaməsinin icrası qaydasında məhz onun sahibliyinə verildiyi, bununla belə MMC-nin, binanın “A" korpusunda yerləşən hər birinin sahəsi 39 kv.m ölçüdə olan 3 ayrı-ayrı qeyri-yaşayış sahəsini Cavabdeh3la bağladığı 18.02.2013-cü il tarixli 50, 51 və 52 saylı müqavilələrlə 234.000 manat pulun müqabilində sonuncuya, "xxxx" korpusunda yerləşən 200 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsini Cavabdeh2la bağladığı 22.01.2013-cü il tarixli 48 saylı müqavilə ilə 700 000 manat pulun müqabilində ona satması, İddiaçı MMC ilə X29 arasında bağlanmış 29.01.2004-cü il tarixli 257 saylı müqaviləyə əsasən MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 "xxxx" məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m olan 3 otaqlı yaşayış sahəsini müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə Xuraman Əliyevaya təhvil verməyi öhdəsinə götürməsi, X.Əliyevanın həmin mənzilin müqabilində 3 gün ərzində 26 364 ABŞ dolları pulu MMC-yə ödəməsi, MMC-nin, Xuraman Əliyevaya 29.01.20014-cü il tarixdə satdığı mənzilə dair 18.02.2013-cü il tarixdə Cavabdeh1la müqavilə bağlaması, bu müqavilədə əmlakın borcun təminatı kimi girov qoyulduğunun göstərilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.07.2015-ci il tarixli 2(001)-8528/2015 saylı qətnaməsi ilə iddiaçı X12 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbinə dair” iddiası təmin edilərək, İddiaçı MMC-nin üzərinə həmin MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30/78 "xxxx" ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.metr olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və həmin mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən müqavilələrin qanunvericiliyin tələbləri nöqteyi nəzərindən etibarsız əqd olması tam olaraq sübuta yetirildiyinə, eyni zamanda, iddia ərizələri qanunvericiliklə müəyyən edilmiş müddət daxilində verildiyinə görə, iddiaçı X12, müstəqil tələb irəli sürən üçüncü şəxs X13, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiaları təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddiası təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri Atatürk prospekti 3078 A məhəlləsindəki yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m, yaşayış sahəsi 85,36 kv.m olan, 3 otaqlı 39 saylı mənzilə dair bağlanmış 18.02.2013-cü il tarixli 544 saylı müqavilə etibarsız hesab edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 ilə arasında bağlanmış 22.01.2013-ciı ii tarixli, 48 saylı, İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 13.02.2013-cü il tarixli, 50, 51 və 52 saylı müqavilələr etibarsız hesab edilsin. İddiaçı X12 iddası təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti 30/78 "xxxx" ünvanında yerləşən yaşayış binasının “A5” korpusunun 12-ci mərtəbəsində 138,97 kv.m ibarət, 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 18 fevral 2013-cü il tarixli 551 saylı alqı-satqı müqaviləsi etibarsiz hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar