Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2503/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7580,8 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mətləb Kərimov adlı şəxs özünü Cavabdeh əməkdaşı kimi təqdim edərək, vətəndaşlardan külli miqdarda pul alıb evlərə qaz xətti çəkmək adı altında qaz xətti quraşdırmış, bir neçə gündən sonra isə əməkdaşların gəlib sayğac quraşdıracağını deyərək vətəndaşları aldatmışdır. Vətəndaşların şkayətləri əsasında o, bu hərəkətləri nəticəsində dələduzluq cinayəti əməlinə görə məhkum edilmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat vətəndaşlara əsassız cərimə yazmışdır. Bu qanunsuz hərəkətlərə görə ona 7580,8 manat məbləğində cərimə yazılmışdır. Aktlar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Tərtib etdikləri aktların bir surətini onlara təqdim etməmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçını vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddia ərizəsində qeyd edilən özünü Cavabdeh əməkdaşı kimi təqdim edən şəxs sayğac quraşdırılmazdan əvvəl qaz xətti çəksə də, həmin qaz xətti küçədə qalmış və borunun başı bağlanmışdır, yəni iddiaçının evinə kənar xətt çəkilməmiş və iddiaçının evində sayğacdan kənar qazdan istifadə edilməmişdir. Çünkü sonradan həmin şəxsin dələduz olması bəlli olmuşdur. Cavabdeh isə iddiaçı ilə aralarında müqavilə olmamasına baxmayaraq, icazəsiz iddiaçının adına abonent kodu açaraq əsassız cərimə borcları hesablamışdır. Cərimələrin hesablandığı aktlar iddiaçıya təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, abonentin saldosundan məlum olur ki, iddiaçı illərlə qazdan istifadəyə görə ödəniş etməmişdir, borcu bu səbəbdən yığılmışdır, eyni zamanda kənar xəttdən istifadə etməklə Cavabdeh İB-nə ziyan vurmuşdur, borcun əsaslı olduğunu hesab edərək, məhkəmədən iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, **********00215 saylı abonent kodu İddiaçı adınadır. 0292957, 0292220, 0294657, 0297500, 0299263, 030334, 0303810, 0313457, 0315843, 0316699, 0325442, 0343375, 0327921, 0341718, ******* saylı aktlardan görünür ki, Cavabdeh İB tərəfindən X3nın pozulması barədə 2020-2022-ci illər ərzində aktlar tərtib edilmiş, aktlarda sayğacsız qeyri-qanuni təbii qazdan istifadə barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 17712 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2952 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2952 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 1944 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 3888 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 1944 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2952 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 5040 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 5400 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 5400 m3 olması müəyyən edilmişdir Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 5400 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 5580 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 6120 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 6120 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, 2020-2022-ci illər ərzində 8020,8 manat məbləğində akt borcu hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/432 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılmış qaz sayğacı və ona bərkildilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə,iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”: 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: “X3”nın 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktda abonentin iştirakı təmin edilməmiş, aktın surəti rəsmi qaydada ona təqdim edilməmişdir. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Lakin iddiaçı aktların tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakı hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/432 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılmış qaz sayğacı və ona bərkildilmiş giriş-çıxış borusunda (halhazırda və əvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə,iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonent saldosuna əsasən iddiaçıya hesablanmış 7580,8 manat məbləğində akt borcu silinməlidir. Belə ki, aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, məhkəmə ekspert rəyi ilə qaz sayğacından kənar xəttin mövcudluğunun sübut olunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 7580,8 manat məbləğində akt borcunun istehlakçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanı (abonent kodu: **********00215) üzrə hesablanmış 7580,8 manat məbləğində borc silinsin. 95,8 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. 110 manat ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-2503/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2503/2025
17.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver