Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2511/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, ünvan 1 (abonent kodu: **********00002) üzrə İddiaçı oğluna hesablanmış 3.525 manat 12 qəpik və 216 manat, ümumilikdə 3.741 manat 12 qəpik məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədn xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şössesi ünvanda yerləşən 25 a saylı evdə anası X4 ilə birlikdə yaşayır. Həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqısı barədə" müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında qaz sayğacı quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Mütəmadi qış-payız fəsilləri üzrə ödənişləri aparılmışdır. Lakin Cavabdeh İstehslat Birliyinin əməkdaşları tərəfindən heç bir əsas olmadan 1 dörd gözlü plitəyə görə ona 3.525 manat 12 qəpik borc yazılıb. Bundan əvvəl isə 216 manat əsassız borc hesablanmışdır. Qeyd edilən borclar **********00002 saylı istehlakçı hesabına borc kimi qeyd edilmişdir. AGİS və GASREP ödəniş cədvəllərindən də, göründüyü kimi, onun istifadə etdiyi təbii qaza görə hər ay ödənişləri vaxtlı vaxtında olub. Lakin cavabdehin onun kimi ödəyiciyə bir dəfəyə 3.525 manat 12 qəpik və 216 manat borc yazması olduqca absurd bir mövqedir. Buna görə qaz təchizatını da dayandırıblar. Övladları ilə soyuq evdə yaşamaq olduqca çətindir. Heç bir yerdən gəliri yoxdur. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablandığını soruşanda, cavabdeh get məhkəməyə ver araşdırsınlar deyərək ona izah verməkdən imtina etmişdir. Məlumat üçün bildirir ki, mənzilində qaz sayğacı quraşdırılmışdır və o, təbii qazdan həmin sayğac vasitəsilə istifadə etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı X4 ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir və əsl olmayan tərəf əvəz edilmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli, 29/1710-02980 saylı “qaz sayğacının yoxlanılması barədə” aktın surətindən görünür ki, sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, bazadakı göstəricidən faktiki göstəricinin geridə olması sayğacın çıxarılmasına səbəb olmuşdur. X2 məxsus **********00002 saylı abonent kodu üzrə abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsi üzrə abonentin 2020-ci ilin mart ayına 216 manat, 2023-cü ilin yanvar ayına 3.525,12 manat borcu mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2020-ci ilin mart ayına 216 manat, 2023-cü ilin yanvar ayına 3.525,12 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, sayğacın düzgün işləməməsinə görə iddiaçı məsuliyyət daşımadığından qeyd edilən ünvanda borcun tələb edilməsi əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya 2020-ci ilin mart ayına 216 manat, 2023-cü ilin yanvar ayına 3.525,12 manat hesablanmış borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddianın qiyməti 1000 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 57,41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanı (abonent kodu: **********00002) üzrə X2 hesablanmış 3.525,12 (üç min beş yüz iyirmi beş on iki qəpik) və 216 (iki yüz on altı) manat ümumilikdə 3.741.12 (üç min yeddi yüz qırx bir manat on iki qəpik) məbləğində borc silinsin. 57,41 (əlli yeddi manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2511/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2511/2023
24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver