Məhkəmə qərarları › İş №2(011)-2530/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2530/2024

01.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2530/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-2530/2024 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri Xətai Rayon Məhkəməsi 01 mart 2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB tərəfindən hesablanmış 777.60 manat borcdan 670.00 manat məbləğində borcun silinməsi və borca görə tutulmüş 107.60 manat məbləgində pulun iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. . İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, o, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus evdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abunə kodu iddiaçıya məxsus olan qaz sağacı abunə kodu iddiaçıya məxsus olan Smart-kart tipli qaz sağacı çıxarılıb yoxlamaya aparılmışdır. Sonradan abunəçiyə Akt təqdim edilmişdir. Aktda qaz sayğacının kənar təsir nəticəsində xarab olması qeydə alınmış və nəticədə iddiaçıya 777.60 manat məbləğində borc yazılmışdır və həmin məbləğin 107.60 manatı iddiaçıdan Cavabdeh İB-yi tərəfindən artıq tutulmüşdur. . İddiaçı onu da qeyd etmişdir ki,sözü gedən qaz sayğacı çıxarılan zaman üstündəki plomblar yerində olub , iddiaçı tərəfdən sayğaca heç bir müdaxilə olunmayıb və oluna da bilməzdi. Abunəcinin işlətdiyi qaza görə daim ödəniş etməsi və cavabdehə heç bir məbləğdə borcu qalmaması abonentin saldosundan aydın şəkildə görünür . . Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək, iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Cavabdeh etiraz ərizəsi ilə məhkəməhə müraciət edərək, iddia ərizəsinə dair iddia icraatı qaydasında əlavə araşdırmalar aparılmaqla baxılmasına zərurət yarandığını qeyd etmiş və mülki işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdi. İşin halları - İstehlakçı İddiaçı barəsində 31 avqust 2023-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir; - Aktda, qaz sayğacında hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi qeydə alınmışdır; - 31 avqust 2023-ci tarixli ******* saylı Akta əsasən abonent İddiaçı 777.60 manat məbləğində borc hesablanmışdır (**********00060 kodlu abonent saldosu). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. 13.8 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materıallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının maddələrına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia bu hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 777.60 manat manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddianın 777.60 manat məbləgində cərimədən artıq tutulmüş 107.60 manatın iddiaçıya geri qaytarılmasına dair hissəsi əsasızdır. Məhkəmə işin materiallarını araşdıraraq, hesab edir ki, iddianın bu hissəsinin təminini mümkün edən sübutlar məhkəməyə təqdim edilməmiş, işin materiallarına əlavə olunmamışdılar. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. - Cavabdeh İB tərəfində, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu:**********00060) hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 00 qəpik) manat məbləğində borc silinsin; - 107.60 (yüz yeddi manat altmış qəpik) manat məbləgində pulun iddiaçıya qaytarılması tələbinə dair iddia təmin edilməsin; - Azəriqaz” İB-dən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova İş № 2(011)-2530/2024 Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Bakı şəhəri Xətai Rayon Məhkəməsi 01 mart 2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, qət etdi: İddia qismən təmin edilsin. - Cavabdeh İB tərəfində, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu:**********00060) hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 00 qəpik) manat məbləğində borc silinsin; - 107.60 (yüz yeddi manat altmış qəpik) manat məbləgində pulun iddiaçıya qaytarılması tələbinə dair iddia təmin edilməsin; - Azəriqaz” İB-dən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova İş № 2(011)-2530/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi 01 mart 2024-cü il Bakı şəhəri Hakim Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:35-də başlandı. Sədrlik edən iş materiallarını araşdıraraq qətnamə qəbul edir. Prosessual hərəkət saat 12:40-da qurtardı. Protokol 01 mart 2024-cü il tarixdə tərtib edildi. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar