Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2555/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi, ev 89 (abonent kodu: **********00001) ünvanı üzrə yazılmış 3.209,10 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi, ev 89 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı vaxtıvaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Həmin ünvanda quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının yaşadığı ünvana gəlmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdilər. Sayğac sözügedən ünvandan çıxarıİdıqdan sonra Birliyə məxsus laboratoriyaya aparılmışdır. Laboratoriyada sayğac iddiaçının iştirakı olmadan müayinə olunmuşdur. Laboratoriya tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli rəyə əsasən məlum olmuşdur ki, İddiaçı məxsus ünvandan çıxarılmış qaz sayğacının plombları üzərində olmuşdur. Buna görə də 13118404 nömrəli plomblar kəsilərək qutu açılmış, sayğaca ümumi baxış keçirilmişdir. Baxış zamanı güya sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üzərinə vurulan plomblarının rəngi qoruyucu örtüyünün rəngindən fərqli olmuşdur. Daxilində əsas çap vərəqindən klapanın iş prinsipinə informasiya ötürən lenta fiziki təsir nəticəsində zədələnmişdir. Sayğacın yaddaş arxivi oxunmuş, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə “ALARM-1” rejimi aşkar olunmuşdur. Buna görə də sayğac istismara yararsız hesab olunmuşdur. Bu hal əsas gətirilərək Cavabdeh tərəfindən iddiaçıya 1.296,0 manat zərər hesablanmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşanda, cavabdeh iddiaçıya aktı təqdim edərək, kənar təsir nəticəsində iddiaçıya məxsus sayğacın xarab olmasını bildirmiş və bu əsasla iddiaçıya qeyd edilən borcun hesablanmasını demişlər. Sayğac ona məxsus ünvandan çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh sayğacın kənar təsir nəticəsində xarab olmasında iddiaçını təqsirləndirərək, əsassız borc hesablasa da, onu nəzərə, alınmamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin ediliməsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyil. Beləliklə də sayğaca vurulmuş plombların qırılmamasını nəzərə alsaq, bir daha görmək olar ki, iddiaçı tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. Bundan başqa Birliyin əməkdaşları sayğacın düzgün işləməməsini, yəni mənfiyə işləməsini əsas gətirərək 2024-cü ilin fevral ayında iddiaçıya 1.913,10 manat əlavə borc yazmışdırlar ki, bu borcun yaranması cavabdeh tərəfindən əsaslandırmamışdır. İddiaçı tərəfindən yuxarıda qeyd edilən 1.913,10 manat borcun yaranması üçün əsas olan sənədlər cavabdehdən tələb olunsa da cavabdeh sayğacın mənfiyə işləməsini əsas gətirərək həmin sənədləri ona verə bilməmişdir. Cavabdeh yuxarıda qeyd olunan borcların yaranmasını iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacında yaranmış nasazlıqlarla əlaqələndirsə də sayğacın iddiaçıya məxsus evin həyətyanı sahəsindən kənarda, yol qırağında, açıq ərazidə yerləşməsini, nəzərə almamışdır. Belə olduğu halda sayğaca yoldan keçən istənilən şəxs tərəfindən, o cümlədən Birliyin əməkdaşları tərəfindən müdaxilə oluna bilər ki, buna görə İddiaçı təqsirli hesab edərək üzərinə bu qədər borcun qoyulması heç bir halda əsaslı və qanuni ola bilməz. Ona görə də qanunverici fiziki şəxs olan istehlakçılara məxsus olan qaz sayğacının işlək vəziyyətdə saxlanılması öhdəliyinin qazpaylayıcının üzərinə qoymuşdur. İddiaçının vəkili və nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məxmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, abonent olan iddiaçı sayğacın nasazlığına görə heç bir məsuliyyət daşımır. Buna görə də cavabdeh təşkilatın hesabladığı borc tam şəkildə silinməlidir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, İddiaçı adlı abunəçinin uzun müddət ərzində ödənişləri olmamışdır, buna görə əraziyə əməkdaşlar göndərilmişdir və müəyyən edilmişdir ki, onun sayğacı qüsurludur. xx.xx.2024-cü il tarixdə sayğac yenisi ilə əvəz edilmişdir. Bu zaman sayğaca müdaxilə ilə bağlı abonentə 1296 manat borc yazılmışdır. Köhnə sayğac xx.xx.2024-cü ildə laboratoriyaya göndərildiyindən, 1 aya yaxın yoxlama aparılmışdır, yoxlama zamanı sayğacın mənfiyə işləməsi müəyyən olunduğundan “Gasrep” sisteminə 2024-cü ilin yanvar ayı üzrə mənfiyə işləmə ilə əlaqədar (istifadə edilmiş ödənilməmiş qaz sərfiyyatına görə) 1.913 manat borc hesablanmışdır. Daha sonra saldoya köçürüləndə həmin borc 2024-cü ilin fevral ayı üzrə qeyd edilmişdir. Abonentin sonuncu dəfə ödənişi 2023-cü ilin avqust ayında 291 manat məbləğində, 2023-cü ilin dekabr ayında 10 manat olmuşdur. Bu şübhə yaradır. 2022-2023-cü illərdə qış mövsümündə ödəniş yoxdur – 1 manatdır. Təqribi 2021-ci ilin avqust ayından, 2022-ci ildən qaz sayğacı mənfi hesablama aparmağa başlamışdır. Yüksək ödənişlər (307 manat, 200 manat) ona görə aparılıb, ki elektron tabloda yaranan “mənfi rəqəmlə” olan göstəricisi ləğv olunsun. Misal üçün 200 manatlıq qaz mənfi olaraq tabloda görsənibsə, 200 manat ödəniş edilib, “mənfi” göstərici tablodan silinib. Mənfi hesablama aparan sayğacdan da istifadə etmək mümkündür, çünki mexaniki hissə işləyir və hesabat aparır. Amma vətəndaş ödəniş etməməyə başlamışdır və buna görə də Cavabdeh İB-nin işçiləri sayğacı dəyişmək məcburiyyətində qalmışıar. İddiaçıya hesablanmış 1.296 manat borc sayğaca müdaxilə əsası ilə hesablanıb. Bu dəymiş ziyandır. Həmin tarix üzrə saldonun “digər ödənişlər” bölməsində yazılmış 1.913 manat borc – mənfi işləməyə görə yazılıb. Əslində həmin borc ilkin olaraq “Gasrep” vərəqəsi üzrə 2024-cü ilin yanvar ayından qeydiyyata alınıb. Daha sonra isə həmin məbləğ saldo üzrə 2024-cü ilin fevral ayında “digər ödənişlər” bölməsinə köçürülüb. Bu sayğacın mənfiyə işləməsinə görə hesablanmış debitor borcdur. Yəni, sayğacın elektron hissəsinin söndüyü, mexaniki hissəsinin isə sərfiyyatı qeydə aldığı şəraitdə abonent pul ödəmədən 1.913 manat dəyərində qazdan istifadə etmişdir. Sayğacın elektron hissəsi işləməsə də vətəndaşın dəyərini ödəmədən istifadə etdiyi qazın həcmini sayğacın mexaniki hissəsi yaddaşda saxlanmışdır. Bu hallar sayğacın yolxanılması zamanı aşkar edilmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, saldonun 2024-cü ilin fevral ayı üzrə qaz sərfiyyatı qrafasında göstərilmiş 13.970 m3 qaz sərfiyyatı - sayğaca müdaxiləyə görə hesablanmış 10.800 m3 qazın həcmi (1.296 manat; 1 m3 – 0,12 manatdan hesablanmaqla) və 3.170 m3 (380,40 manatlıq sayğac vasitəsilə hesablanan qaz həcmi) sərfiyyatın cəmidir. Həmin qrafada olan 13.970 m3 qaz sərfiyyatı sayğacın mənfi işləməsinə görə hesablanmış 1.913 manat borcla bağlı sərfiyyatı ehtiva etmir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, saldo üzrə 2024-cü ilin fevral ayı üzrə sayğacın “mexaniki göstəricisi” qrafasında göstərilmiş 3.170 m3 – yeni quraşdırılmış sayğacın ilkin sərfiyyat göstəricisidir. Yəni vətəndaş 2024-cü ilin təkcə fevral ayında 3.170 m3 – 571,50 manatlıq qazdan istifadə edib. Aprel ayında bu məbləğ 507 manat olub. İddiaçının yaşayış evində yüksək sərfiyyat var. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, köhnə sayğacın çıxarılması aktında çıxarılan sayğacın göstəricisi 20.144,6 m3; mexaniki göstəricisi – 29.019 m3 olmuşdur. Fərqi təqribi 8.875 m3 təşkil edir. Sayğac mənfi hesabladığına görə abonentə yazılmış 1.913 manat borc həmin 8.875 m3 qaz sərfiyyatına görədir. Hesablama zamanı müxtəlif dövlərin limitləri nəzərə alınır. Buna görə də bu göstəricinin dəqiq dəyərini müəyyən etmək olmur, hətta 1 m3 - 0,12 manatdan hessablandıqda 2.000 manatdan daha artıq məbləğ alınır. “M1” qrafasında göstərilən 912 m3 – vətəndaşın dəyərini ödəmiş olduğu qaz həcmidir. Laboratoriya rətindən görünür ki, sayğacın yaddaş arxivində 4 dəfə xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə “ALARM-1” rejimi aşkar olunub. Həmin rejim sayğaca müdaxilə olanda aşkar olunur. Vətəndaş 4 dəfə sayğaca medaxilə edib. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Sabunçu rayonu, Y.Əliyev küçəsi, ev 89 ünvanında yerləşən evdə quraşdırılmış **********00001 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin 0102 saylı aktına əsasən sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2024-cü il tarixli akta əsasən 10.800 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00001 saylı abonentin saldosundan görünür ki, abonentin 2024-cü ilin fevral ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.296 manat borcu mövcud olmuşdur. Cədvəlin “o cümlədən, qeyriödənişlər” bölməsindən müəyyən edilir ki, 2024-cü ilin fevral ayında ona əlavə 1.913,10 manat məbləğində borc hesablanmışdır. Həmin qrafada sayğacın mexaniki göstəricisi 3.170 m3 göstərilmişdir. İş materiallarında olan “GASREP” vərəqindən görünür ki, GPG14730074 nömrəli sayğac üzrə 2024-cü il yanvar ayı üzrə 1.913 manat məbləğində borc yazılmışdır. Ödənişlər üzrə müəyyən edilir ki, abonent 2021-ci ilin may ayında – 50 manat, 2021-ci ilin iyul ayında – 50 manat, 2021-ci ilin noyabr ayında 3 manat, 2022-ci ilin may ayında – 1 manat, 2022-ci ilin avqust ayında – 307 manat, 2022-ci ilin oktyabr ayında – 101 manat, 2022-ci ilin noyabr ayında 1 manat, 2023-cü ilin mart ayında 200 manat, 2023cü ilin avqust ayında – 291 manat, 2023-cü ilin dekabr ayında – 10 manat, 2024-cü ilin yanvar və fevral aylarında - 0 manat ödəniş etmişdir. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus (kod: **********00001) “İtron G-6” markalı sayğac çıxarılaraq əvəzinə “Stoneneywell G-6” markalı sayğac quraşdırılmışdır. Çıxarılan sayğacın elektron hissəsinin göstəricisi 20.144,6 m3; mexaniki hissəsinin göstəricisi – 29.019 m3 olmuşdur. “M1” qrafasında 912 m3, “M2” qrafasında 19.232 m3 qeyd edilmişdir. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə 0102 saylı xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilib və 13118404 №-li plomb kəsilərək qutu açılıb. Sayğaca ümumi baxış keçirilib. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir. Daxilində əsas çap vərəqindən klapanın iş prinsipinə informasiya ötürən lenta fiziki təsir nəticəsində zədələnib. Sayğacın yaddaş arxivi oxunub. xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixdə “ALARM-1” rejimi aşkar olunub. Sayğac istismara yararsızdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Təbii X5nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında sayğaca müdaxilə əsasları ilə iddiaçıya hesablanmış 1.296 manat borcun silinməsi barədə idddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin borc abonentdə 2022-ci ilin 01 may tarixindən sonra yazıldığından və istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı cavabdeh tərəfindən iş materiallarına əlavə edilmədiyindən – iddia tələbləri bu hissədə təmin edilərək, iddiaçıya 2024-cü ilin fevral ayı üçün hesablanmış 1.296 manat borc silinməlidir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2024-cü il tarixli ******* akt üzrə göstərilən sübutlar (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə hesablanmış 1.296 manat məbləğində borc məbləği silinməlidir. Sayğacın mənfi hesablamanın aparılması nəticəsində iddiaçıya hesablanmış 1.913 manat borcun silinməsi barədə iddia tələblərində münasibətdə məhkəmə qeyd edir ki, həmin iddia tələbləri təmin edilməməlidir. Belə ki, qeyd edilmiş borc cavabdeh təşkilat tərəfindən X5nın pozulması (sayğaca müdaxilə və ya kənar xətlə qoşulmaqla qaz xəttinə müdaxilə) əsası ilə deyil, sayğacın mexaniki hissəsinin hesabladığı faktiki olaraq istehlak edilmiş qaz sərfiyyatı əsasında aparılmışdır. Sayğacın elektron hissəsinin nasazlığı nəticəsində sərfiyyatın qeydə alınmamasına baxmayaraq, mexaniki göstərici hissəsində sözügedən sərfiyyat öz əksini tapmışdır və sayğacı çıxarılması barədə aktda qeydiyyata alınmışdır. (akt üzrə çıxarılan sayğacın elektron hissəsinin göstəricisi 20.144,6 m3; mexaniki hissəsinin göstəricisi – 29.019 m3 olmuşdur; qeyd olunan göstəricilərin fərqi 8.874,4 m3 təşkil edir). Həmin sərfiyyat abonent tərəfindən dəyəri ödənilmədən istehlak edilmiş qaz həcminin dəyəri olduğundan, iddia tələbləri sözügedən hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, abonentin köhnə sayğacı çıxarılarkən sayğacın mənfi hesablaması səbəbindən abonentə dəyəri ödənilməmiş, lakin müxtəlif vaxtlarda istifadə edilmiş qaz həcminin dəyəri olan 1.913 manat borc yazımışdır. Sayğacın çıxarılması zamanı elektron və mexaniki hissənin fərqi 8.874,4 m3 təşkil etmişdir. (29.019 m3 -20.144,6 m3). Həmin dövrə aid limitlər və qiymətin müəyyən edilməsi üçün sayğacın mənfi işləməsinin (qüsurlu işləməsinin) əvvəlini müəyyən etmək mümkün olmadığından, borcun hesablanması dövrünə aid qiymət üzrə (ilkin limit üzrə 1 m3 – 0,12 manat, 1.200 m3 yuxarı – 0,20 manat, 2.500 1 m3 yuxarı - 0,25 manat) hesablama aparıldıqda müəyyən edilən məbləğ 1.997,6 manat təşkil edir. (1.200 m3 – 144 manat; 2.500 m3 – 1.200 m3 = 1.300 m3 = 260 manat; 8.874,4 -2.500=6.374,4 m3; 6.374,4 m3 x 0,25 manat = 1.593,6; 1593,6+144+260=1997,6). Bu məbləğ mübahisələndirilən 1.913 manat məbləğindən daha yuxarı məbləğ təşkil etdiyindən, məhkəmə cavabdeh təşkilat tərəfindən aparılmış hesablamanı ağlabatan hesab edərək, 1.913 manat borcun silinməsi hissəsində iddia tələblərini təmin etmir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi, ev 89 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00001) İddiaçı 2024-cü ilin fevral ayı üçün sayğaca müdaxilə səbəbindən hesablanmış 1.296 (bir min iki yüz doxsan altı manat) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 32,96 (otuz iki manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2555/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2555/2025
21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver