Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-26/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh iddiaçının evinin zirzəmisinə çirkab suların axıtmasının dayandırılması, tüstü borusunun iddiaçının mənzilinin pəncərəsindən yaxın məsafədən kənarda quraşdırılması, evinin divarlarına əkdiyi sarmaşıqları qoparıb təmizlənməsi, toyuq hininin sökülməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında olan mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Demək olar ki. Cavabdeh Mircəlil oğlu onlara qonşu köçən gündən öz evində rahat yaşaya bilmir. Gəldiyi ilk günlərdən aspiratorunun turbasını sökdürdü, sonra mətbəxin üstündən dəmir lövhə (şiferlə) pəncərənin qarşısını bağladı. Sonra pəncərənin qarşısında (manqal samovar) üçün yer düzəldib tüstü borusunu birbaşa pəncərənin qabağına qoydu. Bununla da kifayətlənməyib. İddiaçının evi sərhəddən ibarətdir. Evinin bütün divarını sarmaşıq kolu ilə bağlayıb (uzunluğu 20 metr eni 5 metr) və qarşısında meyvə ağacları əkib sulayır, iddiaçının evinin zirzəmisinə müntəzəm olaraq çirkab sular axıdılır. Nəticədə onun mənzili yararsız hala düşür. Bunlar azmış kimi toyuq hinini də gətirib düz qapının ağzında tikib toyuq saxlayır. Dəfələrlə cavabdehə müraciət edərək çirkab suların axıdılmasına, tüstü borusunun iddiaçının mənzilinin pəncərəsinə yaxın məsafədən kənarda quraşdırmasına, evimin divarlarına əkdiyi sarmaşıqları qoparıb təmizləməsini, toyuq hininin sökülməsi üçün tədbirlər görməsini dəfələrlə xahiş etsə də xahişim nəticəsiz qaldı, mübahisə ilə əlaqədar Cavabdeh ilə aralarında münaqişə baş verdi. Cavabdeh Xətai rayon Məhkəməsinin hökmü ilə xx.xx.2021-ci il tarixdə ARCM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olundu. Təssüllər olsun ki. törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirmədi. Özü üçün lazımi nəticələr çıxarmadı. Bundan sonra iddiaçı məcbur olub Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının X11 X5 müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə müraciətiylə əlaqədar yaşadığı ünvana baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki. mübahisəyə səbəb olan hallar illərlə mövcuddur. Maarifləndirici söhbətlər aparılmasına baxmayaraq danışıqlar heç bir nəticə vermədi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının X11 X6 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətiylə əlaqədar yaşadığı ünvana baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki. mübahisəyə səbəb olan tüstü borusu və evin ətrafında olan divar sarmaşıqları uzun illərdir mövcuddur. Maarifləndirici söhbətlər aparılmasına baxmayaraq danışıqlar heç bir nəticə vermədi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli **********89 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi,9-cu Əhmədli küçəsi 21B saylı evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5882 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, X7 Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 21B saylı ev və Cavabdeh yaşadığı Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 21A saylı ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 79.2 və 80.1 maddəsiləridə göstərilənlərə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdehin istifadəsində olan yaşayış evi ilə iddiaçının istifadəsində olan yaşayış evinin ayrı-ayrı evlər olmasını, Cavabdeh yaşadığı Bakı şəhəri Xətai rayonu 9-cu Əhmədli küçəsi 21A saylı evdə aparılan yenidənqurma tikinti (qapı açılması, ara divarların sökülməsi, yeni arakəsmələrin tikilməsi, ümumilikdə yaşayış sahəsinin inşası və..s.) işlərinin iddiaçının istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 21B saylı evə hər hansı təsir göstərmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********63 saylı mətubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 21A saylı ev X3, X8, X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir (MA seriyalı, ******* saylı çıxarış). Mülki iş üzrə ekspert X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, mübahisəli evlər bir-birinə çox yaxındır. Baxış zamanı sarmaşıqların və şifer qoyulmasının şahidi olmuşdur. Lakin suyun axıdılmasını görmədiyini bildirmişdir. Zirzəmidə qüsurlar müxtəlif səbəblərdən yarana bilər. Ancaq suyun qəsdən axıdılmasını demək olmaz. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür: Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Məhkəmə iddiaçının toyuq hininin onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində inşa edildiyinə dair dəlili ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı mübahisəli evlərin aralarında 3 metr məsafə olmasını nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 21A saylı evin hər hansı hissəsində aparılan yenidənqurma tikinti (qapı açılması, ara divarların sökülməsi, yeni arakəsmələrin tikilməsi, ümumilikdə yaşayış sahəsinin inşası və..s.) işlərinin iddiaçının istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 21B saylı evə hər hansı təsir göstərmədiyi müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə iddiaçının onun evinin zirzəmisinə çirkab suların axıdılması, tüstü borusunun iddiaçının mənzilinin pəncərəsindən yaxın məsafədən kənarda quraşdırılması, cavabdehin onun evinin divarlarına əkdiyi sarmaşıqları maneə yaratdığını bildirsə də, iddiaçı iddia tələbinin əsasını təşkil edən qeyd edilən halı təsdiq edəcək müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı – Cavabdeh iddiaçının evinin zirzəmisinə çirkab suların axıtmasının dayandırılması, tüstü borusunun iddiaçının mənzilinin pəncərəsindən yaxın məsafədən kənarda quraşdırılması, evinin divarlarına əkdiyi sarmaşıqları qoparıb təmizləməsi, toyuq hininin sökülməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza rəyinin alınması üçün aparılmış tədqiqatın dəyəri iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh iddiaçının evinin zirzəmisinə çirkab suların axıtmasının dayandırılması, tüstü borusunun iddiaçının mənzilinin pəncərəsindən yaxın məsafədən kənarda quraşdırılması, evinin divarlarına əkdiyi sarmaşıqları qoparıb təmizləməsi, toyuq hininin sökülməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat İddiaçı dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-26/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-26/2023
13.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver