Məhkəmə qərarları › İş №2(011)-2628/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2628/2023

07.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2628/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına (abonent kodu: **********02930) əsassız olaraq yazılmış 3.974,40 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə bağladığı qaz təchizatına dair xx.xx.2013-cü il tarixli, 34037 saylı müqaviləyə əsasən qaz sayğacı quraşdırılaraq onun tərəfindən qazın sərfiyyatına görə mütəmadi şəkildə ödənişlər icra edilmişdir. Daha sonra 12 ildən artıq istismarda olan qaz sayğacının yenisi ilə əvəz olunması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək kartın aktivləşdirilməsi üçün aidiyyəti təşkilata müraciət edilməsi Cavabdeh tərəfindən ona tövsiyyə olunmuşdu. Lakin ona bildirilmişdir ki, kartın aktivləşdirilməsi üçün ona yazılmış 3.000 manatdan artıq borcu ödəməlidir. Borcun yaranma səbəblərini müəyyən etmək məqsədilə Cavabdeh İB-ııə etdiyi müraciətinə xx.xx.2022-ci il tarixində bildirilmişdir ki, qeyd olunan ünvanda təbii qazdan sayğacdan kənar qeyri- qanuni istifadə olunması aşkar edildiyindən “Təbii X8nın pozulması haqqında” aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. “Kompyüter açıqlanmasından göründüyü kimi, zərərin hesablanması 2014-cii ilin sonlarından başlanmış 2019-ci ilin dekabr ayınadək ümumilikdə 10.835 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən dəymiş ziyan həcmi cəmi 7560 m3, yəni 907.2 manat, xx.xx.2022ci il tarixli tələbnaməyə əsasən 21.600 m3, yəni 2.592 manat, xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən 3.960 m3 yəni 475.2 manat, ümumilikdə 3974.4 manat hesablanmışdır. Həmin hesabatlarda zərərin miqdarı hansı dövrü əhatə etdivi müəyyən edilməmişdir. Nə sayğacdan kənar qoşulma barədə, nə də zərərin vurulması və bərpasına dair istehlakçıya heç bir məlumat təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, ona məxsus mənzil 3 (üç) ildən artıqdır ki, X5 və onun ailə üzvlərinin əvəzsiz istifadəsindədir. Azərb. Resp. TƏBİB-nin "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10 verdiyi MŞ- 6-47/3-592/2023 saylı. xx.xx.2023-cü il tarixli tibbi arayışa əsasən xx.xx.1985-ci il təvəllüdlü X2 Dz.E 11.4. Şəkərli diabeti İİ tip orta ağır forma E 11.4. Diabetik polineyıopotiya xəstəliyi ilə qeydiyyatdadır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ona hesablanmış 7.632 manat borcun silinməsi və qazın müqavilə şərtlərinə uyğun olaraq bərpa edilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması müddətində iddiaçıya məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona əvvəl tələb olundandan daha artıq məbləğdə, 7.632 manat məbləğində borc hesablanmışdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, iddia verilərkən borcun 3.974,40 manat məbləğindən artıq məbləğdə olması barədə xəbəri olmamışdır. Məhkəmə araşdırması müddətində borcun 7.632 manat olması barədə xəbərdar olmuşdur. Ekspertizanın keçirilməsindən sonra məhkəmənin sonuncu hazırlıq iclasının keçirilməsi barədə məlumatlı olmamışdır. Buna görə də iddia ərizəsinə əlavəni ona məlum olan məhkəmə iclasında təqdim etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edənlərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xətdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 3.960 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xətdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 21.600 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2021ci il tarixli aktın surətindən görünür ki, abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xətdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 7.560 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 22.752 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 3.960 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 21.600 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 3.960 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 3.672 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İddiaçı məxsus **********02930 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2021-ci ilin noyabr ayı üzrə 806,40 manat, 2022ci ilin mart ayı üzrə 2.730,24 manat, 2022-ci ilin noyabr ayı üzrə 2.592 manat, 2022-ci ilin dekabr ayı üzrə 475,20 manat, 2023-cü ilin yanvar ayı üzrə 475,20 manat və 2023cü ilin fevral ayı üzrə 440,64 manat borcu mövcud olmuşdur. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/991 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Həmçinin qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış 7.632 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, lakin göstərilən ünvanda məhz iddiaçı tərəfindən hansı dövr ərzində təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərininmüdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X8 ilə tənzimlənir. X8 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X8”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun 7.632 manat məbləğində ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 7.519,68 manat məbləğində borc silinməlidir və hesablanmış borcla dayandırılmış qaz təchizatı bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 95,20 (doxsan beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 64 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən İddiaçı (abonent kodu: **********02930) hesablanmış 7.519,68 (yeddi min beş yüz on doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borc silinsin. “Təbii X8nın pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış borcla əlaqədar Abşeron rayonu, Hökməli kəndi ünvanı üzrə (abonent kodu: **********02930) dayandırılmış qaz təchizatı bərpa edilsin. 95.20 (doxsan beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar