Məhkəmə qərarları › İş №2(011)-2631/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2631/2022

22.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2631/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2011-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına abonentin iştirakı ilə küçədə G-4 itron-smar tipli, 1102AQ**********7 N-li sayğac quraşdırılmış, 04206390 N-li plomb vurulmuş və həmin ünvana **********00000 N-li abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” AKT tərtib edilməmiş və onunla Cavabdeh İB arasında “ Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci ildən başlayaraq Cavabdeh İB tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan onun iştirakı olmadan Maştağa qəsəbəsi, Bağ evi 172 ünvanında quraşdırılmış 1102AQ**********7 N-li sayğaca baxış keçirilmiş, sayğacın çıxış borusunda dəlik aşkar olunmuş, yeni 1802AZ**********08 N-li sayğacla əvəzlənmiş 05851306 N-li plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* N-li AKT tərtib edilmiş, lakin AKT abonentə təqdim edilməmişdir. xx.xx.2018-ci il tarixdə 1102AQ**********7 N-li sayğacın çıxış plastmas borusunun deşilməsinə görə Bakı Regional Qazın Satışı Deportmanetinin komissiyası Birliyə dəymiş zərərin 972.00 manat olması barədə ******* N-li AKT tərtib edərək onun hesab koduna qeyri-qanuni 972.00 manat borc yazılmışdır. xx.xx.2020-ci il tarixdə yenidən İddiaçı iştirakı olmadan Maştağa qəsəbəsi, Bağ evi 172 ünvanında quraşdırılmış 1102AQ**********7 N-li sayğaca baxış keçirilmiş, lakin heç bir qüsur aşkar edilməmişdir. xx.xx.2021-ci ildə əvəzetmə adı ilə yeni tipli, ZENNER G4T MEXANİKİ, **********7 N-li sayğac quraşdırılmış, 10141562 N-li plomb vurulmuş, “ Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* N-li AKT tərtib edilmiş, lakin İddiaçı ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. Bundan əlavə xx.xx.2022-ci tarixli GASREPdən məlum olur ki, o, sərfiyyata uyğun olaraq hər ay ödənişlər etmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 29755 m3 qaz sərfiyyatına görə 3577.40 manat ödəniş edilmiş və qeyriqanuni yüklənmiş 972.00 manat borca görə 118.24 manat pul tutulmuşdur. Cavabdeh İB vurulmuş ziyanı SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli, 11N-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” na əsasən hesablanmışdır.Bu hesablanma qanuni olmadığı üçün qəbul edilməməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* N-li AKTın ləğv edilməsi, həmin AKTdan irəli gələn 972.00 manat məbləğin onun hesab kodundan silinməsi, qeyri-qanuni borca görə tutulmuş 118.24 manatın cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nin nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına 2018-ci il üçün 972 manat borc hesablanmışdır. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid borca görə cavabdeh tərəfindən 118.24 manat məbləğində pul vəsaiti tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 oktyabr 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında sayğaca baxış zamanı “sayğacın çıxış plastmas borusu deşilmişdir” qüsurunun aşkar edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib edilmiş aktda iddiaçının evindən çıxarılmış sayğacda “sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 972 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh İB tərəfindən tərtib edilmiş 31 oktyabr 2018ci il tarixli, ******* nömrəli akt ləğv edilməli, iddiaçının yaşadığı mənzilə dair hesablanmış 972 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 118.24 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh İB tərəfindən tərtib edilmiş 31 oktyabr 2018-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 (abonent kodu: **********00000) ünvanı ilə bağlı hesablanmış 972 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 118.24 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar