Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2631/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Museyib qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1a və Cavabdeh2 Museyib qızından onun xeyrinə kompensasiya tutulmaqla istifadə hüququna xitam verilməsi, əks təqdirdə həmin mübahisəli mənzildən payının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilən iş materiallarından isə görünür ki, iddia tələbi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 86 saylı evin 166 saylı mənzildən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzilə payının müəyyən edilməsi barədədir, iddiaçı həmin tələblə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-5643/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-5643/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırkı iddia tələbi üzrə yeni əsaslara dair hallar iddia ərizəsində göstərilmədiyindən və buna dair subutlar ərizəyə əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı, eyni məzmunlu ərizə ilə əvvəl də məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2246/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın icraata qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilmiş, lakin iddiaçı həmin qərardadda göstərilənləri nəzərə almadan təkrarən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Museyib qızına qarşı “onun xeyrinə qarşı kompensasiya tutulmaqla istifadə hüququna xitam verilməsi, əks təqdirdə həmin mübahisəli mənzildən payının müəyyən olunması barədə” iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2631/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2631/2024
02.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver