Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2647/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Əliquqlu oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Əliquqlu oğlunun Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əliquqlu oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tələb olunan 1396,20 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evində yaşayır, təbii qazdan istifadəyə görə tərəfindən daim vaxtı-vaxtında ödənişlər aparılmışdır, cavabdeh təşkilatın əməkdaşları onun məlumatı olmadan qanunsuz aktlar tərtib edərək ümumilikdə 1396,20 manat məbləğində əsassız borc hesablamışlar, bununla bağlı yerli qaz idarəsindən ona bildirmişlər ki, guya tərəfindən sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi üçün ona cərimə hesablanmışdır. O, istifadəsində olmuş qaz sayğacına müdaxilə etməmişdir, qaz sayğacına hər ay cavabdehin əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər hər hansı bir müdaxilə halı olsaydı cavabdehin bundan dərhal xəbəri olardı. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh İB əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və nəticədə iddiaçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olunmuş, bununla bağlı akt tərtib olunmuşdur, hesab edir ki, iddia tələbi əsassızdır, məbləğin abonent tərəfindən ödənilməsi tələb edilir, borc qanuni əsasla hesablanmışdır. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktda, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadəsinin aşkarlanması barədə nöqsan qeyd edilmişdir, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 4317 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktda, abonent təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə nöqsan qeyd edilmişdir, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 1098 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktda, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə nöqsan qeyd edilmişdir, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 1574 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı Əliquqlu oğlunun gasrep sənədindən görünür ki, onun **********01850 saylı abonent hesabına 2018-ci ilin sentyabr ayı üçün 1397,80 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iddiaçının abonent saldosundan görünür ki, İddiaçı **********01850 saylı abonent hesabına aktlar üzrə 863.4 manat, 314.8 manat və 219.60 manat olmaqla, cəmi 197.80 manat borc yazılmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçıya yaşadığı evə baxış keçrilərəkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə müxtəlif tarixlərdə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə 1396,20 manat borc hesablanmışdır, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2,6.5-ci bəndlərinin, Cavabdeh xx.xx.2013-cü il tarixli “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının” 6.14-cü bəndi və “Qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının” 6.5-ci və Cavabdeh xx.xx.2009-ci il tarixli 14-S saylı sərəncamının icrası olaraq istehlakçıların öz vəsaitləri hesabına G-4 və G-6 markalı qaz sayğacları ilə təchiz edilməsinin Qiymət cədvəlinə əsasən əhali abonenti üçün nəzərdə tutulmuş Smart kart (İTRON) G-4 markalı sayğacın qiyməti 235,88 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən paylayıcı xətdən sayğacdan kənar qoşulma və iddiaçının qazdan qeyri-qanuni istifadə etmə halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı Əliquqlu oğlunun **********01850 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 1396,20 manat məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Əliquqlu oğluna məxsus Bakı şəhəri, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinin **********01850 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 1396 (min üç yüz doxsan altı) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2647/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2647/2021
09.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver