Məhkəmə qərarları › İş №2(011)-2662/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2662/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2662/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ünvanında yerləşə evə əsassız olaraq hesablanmış1481,40 manat cərimə borcunun silinməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd edilmiş borcla bağlı 2022-ci ildə Bakı şəhər Xəzər Rayon Məhkəməsində Cavabdeh İB tərəfindən iddiaçıya qarşı iddia qaldırılmış, iddia tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları müəyyən edilir ki, Cavabdeh İB-nin İddiaçı qarşı dəymiş maddi ziyanın ödənilməsi barədə iddia tələbi ilə iddia irəli sürmüş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1556/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin iddiası təmin edilmişdir. Həm Bakı şəhər Xəzər Rayon Məhkəməsinin sözügedən qətnaməsindən görünür ki, hər iki mübahisə Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 486 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 853,20 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 manat borcla bağlı olmuşdur. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1556/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə tarixdə qanuni qüvvəsini amış və həmin tarixdə də icraya göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. Şərh edilənlərdən göründüyü kimi, Cavabdeh İB İddiaçı qarşı (eyni tərəflər), eyni iddia predmeti (pul tələbi) və eyni əsasla (xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019cu il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı aktlar) iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia üzrə iddia tələbinə məhkəmədə baxılmış, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, hazırda eyni tərəflər, eyni iddia predmeti və eyni əsasla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçılarnın hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar