Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-267/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, cavabdeh X4 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən enerji ilə təmin edilir, Qaz istifadəsini ölçmək üçün C-4 markalı Smart kart tipli **********102555 sayğac quraşdırılmışdır. Cavabdeh X4 nümayəndələri ona məxsus C-4 markalı, Smart kart tipli **********152555 saylı sayğaca baxış keçirmiş və xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib etmişlər. Qeyd olunan akt əsasında qaz sayğacı yenisi ilə əvəz olunmuş sayğacın dəyəri kimi 266 manat hesablanmışdır. O aktın əsassız olduğunu, sayğacına qeyri qanuni olaraq X1 nümayəndələri tərəfindən müdaxilə olunduğunu bildirmişdir. Qeyd edir ki, həmin sayğaca giriş hissədə borunun deşilməsi maraqlarına cavab vermir. Belə ki, mübahisə predmeti olan sayğacdakı nasazlıq nəticəsində X2 heç bir ziyan dəyməmiş, tərəfindən qazın istehsalı üçün sayğacda göstərilən pul məbləği vaxtlı-vaxtında ödənilmişdir. Hal-hazırda smart kata edilən ödənişlərdən tutmalar aparılır. İş materiallarında olan sənədlərdən, o cümlədən şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh onun evinə quraşdırılmış C-4 markalı Smart tipli **********102555 nömrəli sayğacdan hər ay dövrü olaraq göstəricilər götürülmüş və istehlak edilmiş qaz haqqının ödənilməsi üçün qəbzləri Azəriqaz İB-nə təqdim etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Xəzər rayonu, Qala qəsəbəsi X6 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********102555) qaz sayğacına müdaxilə kimi 266 manat pulun və tətbiq olunmuş 995.40 manat, ümumilikdə 1261.40 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nın nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini, borcun əsaslı olduğunu, bu səbəbdən iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2019-cu il üçün 995.40 manat borcu vardır. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Xəzər rayonu, Qala qəsəbəsi X6 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/814 saylı, 18 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Xəzər rayonu, Qala qəsəbəsi X6 ünvanda İddiaçı məxsus evdə sayğacdan kənar qaz qoşulmaqla təbii qazdan istifadə halı, eləcə də qaz borusunun sayğacadək olan hissələrində sayğacdan kənar istifadəyə xarakterik izlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2019-cu il tarixli, ******* nömrəli aktda “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış qaz sayğacının müdaxilə kimi 266 manat pulun və tətbiq olunmuş 995.40 manat ümumilikdə 1261.40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/814 saylı, 18 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Xəzər rayonu, Qala qəsəbəsi X6 ünvanda İddiaçı məxsus evdə sayğacdan kənar qaz qoşulmaqla təbii qazdan istifadə halı, eləcə də qaz borusunun sayğacadək olan hissələrində sayğacdan kənar istifadəyə xarakterik izlər aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evə dair hesablanmış qaz sayğacına müdaxilə kimi 266 manat və tətbiq olunmuş 995.40 manat, ümumilikdə 1261.40 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Xəzər rayonu, Qala qəsəbəsi X6 ünvanında yerləşən evə (abonent kodu: **********102555) dair hesablanmış 1261.40 manat borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-267/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-267/2022
28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver