Məhkəmə qərarları › İş №2(011)-2677/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2677/2024

26.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2677/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında gərdi mənzil tikintisi haqqında” müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1atlarını dinləyərək, ərizənin dəlillərini araşdıraraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılmağa ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiaya Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına təkid edir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Şəki Rayon Məhkəməsinin yurisdiksiyasında olan inzibati ərazisində olduğundan, hazırkı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilən normativ hüquqi aktın müddəalarına əsasən məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında gərdi mənzil tikintisi haqqında” müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar