Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2722/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X5, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə kiçik iddiaya dair işə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında quraşdırılmış abonent hesabına (abonent kodu: **********00280) cərimə kimi yazılmış olan 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsi müəyyən edir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddiaçı iddia ərizəsini imzalamalı olduğu halda, iddia ərizəsini imzalamamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi imzalanmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə kiçik iddiaya dair ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurları aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova İş № 2(011)-5722/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X5, 02 iyul 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhərində iddiaçı X1 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, ərizənin geri qaytarılmasına dair qərardad qəbul etdim. Prosessual hərəkət saat 12:10-da başa çatdı. Protokol 02 iyul 2021-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2722/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2722/2025
10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver