Məhkəmə qərarları › İş №2(011)-2725/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2725/2024

21.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2725/2024 21.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi X6 cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı qanuni nümayəndəsi X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin etməklə, iddiaçıya münasibətdə mirasın qəbul edilməsi müddətinin uzadılması, Cavabdeh2, Cavabdeh3 və mərhum X4 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibasız hesab edilməsi və miras əmlakın, vərəsələr İddiaçı, Cavabdeh2 və Cavabdeh3 arasında payların bərabər hissələrdə, yəni miras Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzil üzərində hər birinin 1/3 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Rusiya Federasiyasının vətəndaşı X14 04 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə birinci növbə vərəsələri oğlu İddiaçı, qızları Cavabdeh2, Cavabdeh3 və anası mərhum X2muşdur. Hələ sağlığında ikən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzil üzərində mərhum X10 mülkiyyət hüququ 22 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrndə qeydiyyata alınaraq ona **********35-05101-093004 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdehlər mərhum X3 üzrə vərəsələri sayılsalar da, onların niyyəti yalnız özlərinin vərəsəliyə çağırılmasına və miras paylarının artırılmasına yönəlmiş hərəkətləri ilə iddiaçının mərhum atasının mülkiyyətində olmuş ondan miras qalan əmlakları ələ keçirməkdən ibarət olmuşdur. Belə ki, Cavabdeh2, Cavabdeh3 və mərhum X7 Bakı şəhəri 6 saylı Notariat ofisinə müraciət edərək, onlarda başqa digər vərəsənin mövcud olmadığını bildirməklə, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzildən hərəsi 1/3 hissədə olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Beləliklə, onlar Bakı şəhəri 6 saylı Notariat ofisinin xüsusi notariusunu aldadarq, Rusiya Federasiyasının Saratov şəhərində yaşayan digər vərəsə İddiaçı vərəsəliyə çağrılmasına qəsdən maneəçilik törətməklə, öz paylarının artırılmasına nail olmuşlar. Hesab edir ki, mirasın qəbul edilməsi müddəti uzadılmalı, Cavabdeh2, Cavabdeh3 və mərhum X4 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibasız hesab edilməli və mirasdan pay almış nənəsi X7 da vəfat etdiyinə görə miras əmlak, vərəsələr İddiaçı, Cavabdeh2 və Cavabdeh3 arasında paylar bərabər hissələrdə, yəni miras kütləsi üzərində hər birinin 1/3 payı müəyyən edilməlidir. Beləliklə, qanunvericilikdən, işin faktiki hallarından və işə əlavə edilmiş sənədlərdən göründüyü kimi mərhum X10 vərəsələri ləyaqətsiz vərəsələr kimi davranaraq, Rusiya Federasiyasının Saratov şəhərində yaşayan atasının ölümündən xəbərsiz olan digər vərəsə İddiaçı vərəsəliyə çağrılmasına qəsdən maneəçilik törətməklə, öz paylarının artırılmasına nail olmuşlar. Bakı şəhəri 6 saylı Notariat ofisinin xüsusi notariusu isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə və vəzifə səlahiyyətlərinə zidd olaraq, yerində olmayan vərəsə, mərhumun oğlunun məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə etməmiş, nəticədə onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İddiaçı xx xxxxxx 2016-cı il tarixdə X11 X8 birgə nikahından anadan olmuşdur. Onların nikahı 14 iyun 2017-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh2 27 iyun 2010-cu il tarixdə, Cavabdeh3 isə 14 aprel 2013-cü il tarixdə X11 Qanuni nümayəndə2 birgə nikahından doğulmuşlar. Onların nikahı 07 sentyabr 2015-ci il tarixdə pozulmuşdur. X7 X10 anası olmuş və 20 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzil hazırkı iş üzrə tərəflərin atası olan X10 mülkiyyətində olmuşdur. X14 04 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, X10 anası X1, qızları Cavabdeh2 və Cavabdeh3 ərizələrinə əsasən Bakı şəhəri 6 saylı Notariat Ofisində notariat işi açılmış və həmin əmlaka dair 06 mart 2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X4 verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzil üzərində X1 1/3, Cavabdeh2 1/3 və Cavabdeh3 1/3 hissə olmaqla, mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 ölümündən sonra Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzilə dair X4, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mirası Cavabdeh2 və Cavabdeh3 əvəzinə anaları Qanuni nümayəndə2, X1 əvəzinə isə onun bacısı X5 qəbul etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsaəsn qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin uzadılması hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı azyaşlı olmaqla anası X8 himayəsindədir. X11 X12 arasında olan nikaha 14 iyun 2017-ci il tarixdə xitam verilmişdir. İddiaçının atası olan miras qoyan X14 04 sentyabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Sorotov vilayətində vəfat etmişdir. İddiaçı tərəfə miras əmlakın olması və vərəsəlik işinin açılması ilə bağlı məlumat iddiaçının anası olan X8 Azərbaycan Respublikasında yaşayan atası tərəfindən məlumat verilmişdir. Bundan sonra iddiaçı tərəf aldığı məlumatlar əsasında aidiyyəti qurumlara müraciət etmiş və vərəsəlik işinin açılması ilə bağlı rəsmi məlumat almış və bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində notariat orqanına müraciət etməli idi. Hazırkı iş materiallarından görünür ki, iddiaçı məlumatsız olmuş və bu səbəbdən də notariusa müraciət etməmişdir. Nə iş materialları ilə, nə aparılmış araşdırma nəticəsində iddiaçı tərəfin məlumatlı olmasını təsdiq edən hər hansı dəlil aşkar edilməmişdir. Təhlil edilmiş notariat işinin sənədlərindən də görünür ki, X10 ikinci nikahı və bu nikahdan doğulan uşaq barədə notariat orqanına hər hansı məlumat verilməmişdir. Odur ki, istinad olunanlar nəzərə alınaraq iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müddət uzadılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2, Cavabdeh3 və mərhum X4 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibasız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən vərəsəliyə ilk növbədə miras qoyanın birinci dərəcəli qohumları çağırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı miras qoyanın oğlu olmaqla birinci növbəli vərəsələri sırasındadır. Odur ki, notariat orqanında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən onun adının nəzərə alınmaması və şəhadətnamənin onun adı nəzərə alınmadan verilməsi qanunauyğun deyil. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh3 06 mart 2023-cü il tarixdə, X4 07 mart 2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin miras əmlakın, vərəsələr İddiaçı, Cavabdeh2 və Cavabdeh3 arasında payların bərabər hissələrdə, yəni miras Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzil üzərində hər birinin 1/3 payının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, şəhadətnamədən göründüyü kimi miras əmlak Cavabdeh2, Cavabdeh3 və X7 arasında bölüşdürülmüşdür. Hazırda X1 20 avqust 2023-cü il tarixdə vəfat etməsi nəzərə alınaraq onun payına münasibətdə vərəsələrin müəyyən edilməsi və miras əmlakın bölüşdürülməsi hazırkı məhkəmə baxışının həddində mümkün deyil. Odur ki, tərəflər istinad olunan tələblə bağlı notariat orqanına müraciət etməlidirlər. Beləliklə, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilməli, X9 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzilin İddiaçı tərəfindən qəbul edilməsi üçün müddət uzadılmalı, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 06 mart 2023-cü il tarixdə, X4 07 mart 2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X9 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küşəsi, ev 8 ünvanında yerləşən 16 nömrəli mənzilin İddiaçı tərəfindən qəbul edilməsi üçün müddət uzadılsın. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 06 mart 2023-cü il tarixdə, X4 07 mart 2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar