Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2742/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh İB-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00055) Cavabdeh İB tərəfindən yazılmış 2.778 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00055) baxış keçirilmiş, sayğacda heç bir müdaxilə aşkar edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları heç bir müdaxilə edilməməsi ilə bağlı akt tərtib etmişlər. Sayğac birliyin əməkdaşları tərəfindən laboratoriyaya aparılmışdır. İddiaçıya məlumat verilmişdir ki, onun yaşadığı evə qaz sayğacına müdaxilə adı altında 2.778 manat borc yazılmışdır. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, cavabdeh İddiaçı ödənilməmiş 2.682,36 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmadan öncə, daha dəqiqliklə 02/2022 və 03/2022-ci il tarixlərdə “kustar üsulla özbaşına qaz xətti çəkib təbii qazdan qanunsuz istifadə etdiyi üçün” barəsində 2 dəfə akt tərtib edilmiş və Cavabdeh İB-yə ümumilikdə 2.799,36 manat məbləğində maddi zərər vurduğu müəyyən edilmişdir. İddiaçı daha sonra Cavabdeh İB-yə müraciət etmiş, 15 iyul 2022-ci il tarixdə onunla təbii qazın alğı-satqısına dair müqavilə bağlanmış, faktiki yaşadığı ünvana abonent hesabı verilmiş, həmin abonent hesabında 15 iyul 2022-ci il tarixinə mövcud olan 2.799,36 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İddiaçı 2022-ci il tarixdə həmin borcdan ümumilikdə 117 manat məbləğində ödəniş etmişdir. Hazırda onun Cavabdeh İByə ödənilməmiş 2.682,36 manat borcu qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 ilkin iddianı müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, 2022-ci ildən həmin ünvanda yaşayır. Qaz xətti onun evinin qarşısından keçsə də, evin içərisinə daxil olmamışdır. Həmin ev qanunsuz tikili olduğundan ora qaz xəttini öz hesabına çəkməli olmuşdur. Lakin maddi durumu buna yol vermədiyindən o, bu xətti öz vəsaiti hesabına çəkə bilməmişdir. Bu səbəbdən məcbur qalıb həmin ünvanda bütün tələbatlarını elektrik enerjisindən istifadə etməklə ödəmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış keçirilən zaman təbii qazdan sayğacsız istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilə 2.799,36 manat borcu yaranmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçının yaşadığı evə 2022-ci ilin iyul ayında qaz sayğacı quraşdırılmışdır. İddiaçının nümayəndəsinin verdiyi izahatlarla müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ilin əvvəllərindən o evdə yaşamağa başlamışdır. Cavabdeh təşkilatın tərtib etdiyi aktlara əsasən iddiaçının kustar üsullarla evinə çəkdiyi qaz xəttindən sayğacsız istifadə etdiyinə görə ona cərimə borcu yazılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının evinin yaxınlığından keçən qaz xətlərinin iddiaçının evinə getməsinə, iddiaçının həmin xətdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, şəkildə boruların olduğu görünsə də, bu borulardan qazın keçməsi və iddiaçının həqiqətən də istifadə etməsini müəyyən etmək mümkün deyil. Belə ki, şəkillərin nə vaxt çəkilməsi də qeyri-müəyyəndir. Eyni zamanda, iddiaçının təqdim etdiyi video görüntüdən müəyyən edilir ki, onun evində qazla çalışan cihazlardan yalnız dörd gözlü qaz plitəsi mövcuddur. İddiaçının yaşadığı ünvanda kombi və ya qazla çalışan digər qızdırıcılar mövcud deyildir. Eyni zamanda, iddiaçı öz izahatında bildirir ki, ona məxsus evdə məişət tələbatlarını ödəmək üçün o, elektrik enerjisindən istifadə etmişdir. Məhkəməyə təqdim etdiyi elektrik enerjisinin sərfiyyatına dəlalət edən saldodan görünür ki, onun kifayət qədər böyük məbləğdə "xxxx" ASC-yə borcu vardır. İşin bu cür hallarında məhkəmə hesab edir ki, ilk olaraq iddiaçının sayğacdan kənar qazdan istifadə etməsi iş materialları ilə sübuta yetirilmir. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı sayğacdan kənar qazdan istifadə etmiş olsaydı belə ona yazılmış cərimə məbləği əsassız olaraq şişirdilmiş bir məbləğdir. Belə ki, iddiaçının evində mövcud olan dörd gözlü qaz plitəsini istinad olunan həcmdə qaz sərf etməsi mümkünsüzdür. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə istinad olunan borcun etirafı ilə bağlı vediyi əriəyə münasibətdə məhkəmə qeyd edir ki, nə qədər ki, Cavabdeh İB təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirdiyinə görə və vətəndaşların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus olmadığından vətəndaşlar bir növ Cavabdeh İB-dən asılı vəziyyətdə olurlar. Hazırkı iş üzrə iddiaçı ö ünvanına qaz xətti çəkilib sayğac quraşdırılması üçün belə bir şərtlər üzləşmişdir ki, ərizəyə imza etməsə, yaşadığı ünvana syağac quraşdırılmayacaq. İstinad olunanlara əsasən məhkəmə iddiaçının verdiyi ərizəni etibarlı hesab etmir. Beləliklə, məhkəmə keçirdiyi araşdırma nəticəsində belə qənaətə gəlir ki, iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə məhkəmə xərclərinə də öz qətnaməsində qiymət verməlidir. Hazırkı mülki iş üzrə ilkin iddia tələbi təmin edildiyindən Cavabdehndən 47.78 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş 46.83 manat dövlət rüsumu Cavabdeh İBnin özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00055 saylı abunə koduna hesablanmış 2.778 (iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində borc silinsin. Cavabdehndən 47.78 (qırx yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş 46.83 (qırx altı manat səksən üç qəpik) manat dövlət rüsumu Cavabdeh İB-nin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2742/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2742/2023
08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver