Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-276/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İlkin idda üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehlər, qarşlıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qeyrisinə qarşı mənzildən çıxarılma; İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh1 İddiaçı və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçı həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzili cavabdehlərdən pul verib almışdır. Sonra həmin mənzillə bağlı "xxxx" MTK-nın sədri X3 ilə həmin mənzilə pay hüququnun oldə edilməsi barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlamışdır. “Hidayət N" MTK tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli maliyyə arayış verilmişdir. Arayışda sözügedən mənzilin xx.xx.2022ci il tarixdə iddiaçı tərəfindən alındığı və bu güna qədər heç bir borcunun olmaması qeyd edilmişdir. Lakin cavabdehlər ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxmaq istəmirlər, iddiaçı müxtəlif bəhanələr gətirirlər. Dəfələrlə cavabdehlərə aldığı mənzilə köçmək istədiyi bildirsə də onlar imtina etmişlər. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməyi qarara almışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 01 sentyabr 2022-ci il tarixli "xxxx" MTK ilə İddiaçı Hafiz oğlu arasında bağlanılmış Müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, ilkin iddia üzrə İddiaçı qeyri-qanuni yolla əldə etdiyi müqavilənin yoxlanması barədə xüsusi qərardad çıxarılaraq Prokrorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 avqust 2013-cü il tarixdə X4 ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14- cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135kv.m olan 229 nömrəli mənzili Cavabdeh1 adına pay hüququnun əldə edilməsi barədə müqavilə bağlanmışdır. Avqust 2022-ci il tarixdə müqavilə əsasında adına olan sözgedən mənzili satmaq qərarına gəlmişdir. İddiaçı ilə görüşərək mənzilini 170000 (yüz yetmiş min) manata satmağa dair danışıqlar olmuşdur. Bu məqsədlə ilkin olaraq 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində MTK-nın məsləhəti ilə ərizə verərək paylarından imtina barədə ərizə almışlar. Mənzili alan şəxslə eyni rayondan olduqlarından ona inanmışlar. İddiaçı onlara pul vermək niyyətinin olmadığını, aldatdığını bildikdə alqı-satqı fikrindən imtina etmişlər. Sonradan ərizədən istifadə edilməməsi üçün xx.xx.2022-ci il tarixdə 14 saylı notariat ofisinə gedərək paydan imtina barədə verdikləri ərizəni ləğv etdirmişlər. Sonradan məhkəmədən bildiriş gələndə bəlli oldu ki, İddiaçı hansı yollasa qanunsuz müqavilə əldə edərək ona aid olan mülkiyyətində olan S.Ə. Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14-cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135 kv.m olan 229 nömrəli mənzili ələ keçirmək istəyir. İddiaçı adına olan müqavilədən iddiaçının xəbəri yoxdur. Aldadıldığımdan heç bir razılığı olmamışdır mənzilin satışına. Hansı yolla və məqsədlə qanunsuz olaraq MTK iddiaçı ilə Müqavilə bağlayıb məlum deyildir. 01 Sentyabr 2022-ci il tarixli qeyriqanuni yolla əldə etdiyi müqavilənin yoxlanması barədə xüsusi qərardad çıxarılaraq Prokrorluğa göndərilməsi və etibarsız hesab edilməsi barədə qərar qəbul edilməlidir. İlkin iddia üzrə cavabdehlər, qarşlıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 qarşlıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 01 Sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İlkin idda üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşlıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianın rədd, qarşlıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasında qarşılıqlı iddiaya etiraz edərək məhkəmədən qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 onun adına olan ünvan 1 ünvanında fiziki şəxs X6 tərəfindən inşa cdilımş yüksək mərətəbli evinin. 3 blok. 14-cü mərtəbədə yerləşən, üınumi sahəsi 135 kv.m olan 3 otaqlı 229 nömrəli mənzil va paydan imtina edir. Həmin nənzilin İddiaçı adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və X7ma qarşı heç bir iddiası olmayacaq. Həmin ərizəyə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16317 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh2, əri Cavabdeh1 adına olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi. 2319- cu məhəllə ünvanında fiziki şəxs X6 tərəfindən inşa edilmiş yüksək mərtəbli evinin, 3 blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi İ35 kv.m otun 3 otaqlı 229 nömrəli mənzil və paydan imtina etməsinə etiraz etmir- Həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və X2 qarşı heç bır iddiası olmayacaq. Həmin ərizəyə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Mülki iş materiallarında olan Cavabdeh3 xx.xx.2022-ci il tarixli ayarışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzil xx.xx.2022-ci il tarixdə almış və bu günə qədər heç bir borcu yoxdur. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3 sədri X3 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzili 170000 manat qiymətinə İddiaçı satmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-17019 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ- 16318 reyestr nömrəli ərizədən imtina etdiyini bildirmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16817 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 14 saylı notariat ofisində 8İ-16317 reyestr nömrəli ərizədən imtina etdiyini bildirmişdir. Mülki iş materiallarında olan Cavabdeh1 (payçı) ilə X6 (icraçı) arasında bağlanılmış 1xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, icraçı Xətai rayonu, S.Ə,Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin İİİ blok, XlV mərtəbə, ümumi sahəsi 135 kv.m. olan 229 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəti bir kv.m. sahə üçün 445 manat təşkil edir. Cəmi 135 kv.m.sahə üçün 60000 manat təşkil edir. Mülki iş üzrə şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı 2022-ci ilin sentyabrın 3-də ev məsələsi ilə bağlı14 saylı notariusa gedəndə orda tanımışdır. Cavabdeh1, Cavabdeh2 qudasıdır. 2013-cü ildə xahiş etmişlər ki, evi alsınlar qudaları olsun. Sonra pula ehtiyacı olduğundan evi banka qoymaq istəyib. Lakin evin çıxarışı olmadığı üçün banklar qəbul etməyib. Kamalın atası Akif ona zəng etmiş ki, evi almağa müştəri var. İddiaçı atası Akif ilə eyni kənddə yaşayıblar, uşaqlıqdan bir-birlərini tanıyırlar, həm də yoldaşının qohumudur. Müqaviləni Venera xanım yazıb vermişdir. Müqavilənin şəklini gpöndərəndə demişlər ki, səhvlik var, iki peçat olmalıdı. Venera xanıma müraciət edəndə isə 15 günlük xaricə gedəcəyini, yalnız gələndən sonra peçat vuracağını bildirmişdir. Akif də demişdir ki, düzgün peçatı vurub oğluna göndərsin. Müqavilə imzlananda o, Hafiz və onun yoldaşı olmuşdur. Sonra onlar imtina ərizəsi almışlar. O da demişdir ki, əgər pulu verməsələr sənədləri verməyəcək. Sənədləri vermədən çıxmışlar. Onlar müqaviləni sentyabrın 1-də almışlar, bunlar isə notariusa ayın 3-də getmişlər. Bir həftə gözləmişlər ancaq pul verməmişlər. Onlar da gedib imtina ərisələrin ləğv etdirmişlər. Bir həftə sonra xəbər biliblər ki, iş məhkəmədədir. Müqavilələrdə nə Hafizin, nə də onun oğlunun qolu var. Pulu kim verib, kimə verilib xəbəri yoxdur. O bir manat da pul almayıb. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, mənzilin tikilib təhvil verilməsi barədə X6 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində podrat müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə X6 "xxxx" MTK-nın nümayəndəsi kimi çıxış etmişdir. Bu işin faktiki halları və "xxxx" MTK-nın nümayəndəsi və vəkilini etiraf edici ifadələri ilə öz təsdiqini tapır. Daha sonra 2022-ci ilin avqust ayında İddiaçı ilə Cavabdeh1 sözügedən mənzilin alqı-satqısı barədə razılığa gəlmişdirlər. Həmin razılaşmanın rəsmiləşdirilməsi məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, mənzildən və paydan imtina barədə ərizə imzalamışdırlar. Lakin Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixidnə notariusa ərizə ilə müraciət edərək yuxarıda qeyd edilən ərizələrdən imtina etdiklərini qeyd etmişdirlər. Buna baxmayaraq, yuxarıda qeyd edilən imtina ərizələri təqdim edildikdən 2 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı pay xx.xx.2022-ci il tarixdə isə "xxxx" MTK tərəfindən 170000 manat müqabilində İddiaçı istifadəsinə verilməsi ilə bağlı "xxxx" MTK ilə X8 arasında müqavilə bağlanılmışdır. Məhkəmə aradırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, mübahisəli mənzil ilə bağlı müqavilə ilkin olaraq "xxxx" MTK-yə X9 arasında bağlanılmış, mənzilin dəyəri də "xxxx" MTK-yə sonuncu tərəfindən ödənilmişdir. Daha sonra, mənzil X9 tərəfindən Cavabdeh1 satılmış, sonuncu ilə "xxxx" MTK-nın nümayəndəsi arasında mübahisəli mənzil ilə bağlı müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən mübahisəli mənzilə görə hər hansı bir məbləğdə pul vəsaiti "xxxx" MTK-yə ödənilməmişdir. Eyni zamanda İddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri olaraq Cavabdeh1 170000 manat məbləğində pul vəsaitinin ödənildiyi iddia edilsə də, İddiaçı bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə istinad edilən bu halı mövcud olmayan kimi rədd edir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 770-1.4-cü maddəsinə əsasən tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İstinadə edilən qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh1 mübahisəli mənzilin dəyəri olaraq 170000 manat məbləğində pul vəsaitini ödədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və "xxxx" MTK ilə İddiaçı arasında müqavilə mənzilin əsl sahibi Cavabdeh1 tərəfindən mənzildən İddiaçı xeyrinə imtina edilməsi ilə bağlı ərizə verilməmişdən 2 gün əvvəl bağlanıldığından, "xxxx" MTK-nın həmin məznilə dair sərəncam vermək və mənzil ilə bağlı mübahisələndirilən əqdi bağlamaq hüququ olmamışdır. Belə ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 3 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilin sonuncunun istifadəsinə verilməsi haqqında müqavilə bağlanılan zaman müqavilənin etibarlı olması üçün əqdin subyektiv tərkibinə aid olan şərtə əməl edilməmişdir. Belə olan halda, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 3 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilin sonuncunun istifadəsinə verilməsi haqqında müqavilə etibarsız hesab edilməlidir. Digər tərəfdən, İddiaçı mübahisəli mənzilə dair sahiblik hüququnu əldə etmədiyinə görə onun Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçı həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb etmək hüququ yoxdur. Belə ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçı həmin mənzilə köçürülməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə ilkin iddiası rədd edilmli, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçı həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh3 arasında ünvan 3 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-276/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-276/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver