Məhkəmə qərarları › İş №2(011)-2777/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2777/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2777/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ev 12, mənzil 41-də yaşayan X1 xx.xx.2019-cu il tarixli 097 saylı alqı-satqı müqaviləsinə əsasən 1900 manat əsas borc, 950 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 2200 manat əsas borc, 1050 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.V.Alışanov iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli 97 saylı alqı-satqı müqaviləsinə əsasən 1900 manat əsas borc, 350 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsi üzrə 2200 manat əsas borc, 350 manat cərimə borcu olmaqla, ümumilikdə 4800 manat borcun və ödənilmiş dövlət rüsumu qismində 30 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.V.Alışanov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ilə cavabdeh T.B. Məmmədov arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 184 manat ödəməklə 2200 manat məbləğində “İphone X” markalı telefon satılmışdır, borclu T.B. Məmmədov bağlanmış müqavilənin şərtlərini kobud sürətdə pozaraq aldığı 2200 manat məbləğində “İphone X” markalı mobil telefondan istifadə etsə də, əsas borcdan cəmi 300 manat ödəyərək qalan 1900 manat borcu ödəməsindən boyun qaçırır, halbuki xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ödəniş müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir, İddiaçı ilə cavabdeh T.B. Məmmədov arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 200 manat ödəməklə 2200 manat məbləğində “İphone X” markalı telefon satılmışdır, borclu T.B. Məmmədov bağlanmış müqavilənin şərtlərini kobud sürətdə pozaraq aldığı 2200 manat məbləğində İphone X markalı mobil telefondan istifadə etsə də, əsas borcdan heç bir manat ödəmədən qalan 2200 manat borcu ödəməsindən boyun qaçırır, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ödəniş müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir, iddiaçı dəfələrlə cavabdehlə danışıqlar aparsa da, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır, cavabdehə yenə də güzəşt edərək hesablanmış cərimə məbləğinin azaldılmasına razıdır, buna görə də, cavabdeh hər müqavilə üzrə cərimə kimi 350 manat, ümumilikdə 4800 manat məbləğində pul ödəməlidir. Sonda A.V.Alışanov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh T.B. Məmmədov ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini tam qəbul edir, xx.xx.2019-cu il tarixli 97 saylı alqı-satqı müqaviləsi üzrə 1900 manat əsas borc, 350 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsi üzrə 2200 manat əsas borc, 350 manat cərimə borcu olmaqla, ümumilikdə 4800 manat borcu olduğunu etiraf edir, ödənişlər yaranmış maddi çətinliklərdən dolayı tərəfindən həyata keçirilməmişdir, həmin borcu ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 97 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İphone X markalı telefon Cavabdeh satılmışdır. Satılan əşyanın qiyməti 2200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 97 saylı alqı-satqı müqaviləsinə əlavədən görünür ki, İphone X markalı telefonu üçün kreditin məbləği 2200 manat, aylıq ödəniləcək məbləğ 184 manatdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 8 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İphone X markalı telefon cavabdehə satılmışdır. Satılan əşyanın qiyməti 2200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əlavədən görünür ki, İphone X markalı telefonu üçün kreditin məbləği 2200 manat, aylıq ödəniləcək məbləğ 200 manatdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi X4 tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, cavabdeh iddia tələbini etiraf edir. Bununla belə, cavadbehin etirafının işin həqiqi hallarının gizlədilməsinə yönəlməsi, cavabdehin etirafının aldatma, zor, hədə təsiri altında və ya yanılma təsiri nəticəsində baş verməsi və iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən İddiaçı iddia tələbinə dair cavabdeh T.N.Məmmədovun etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxxxxx 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. X5 formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 97 saylı alqı-satqı müqaviləsi üzrə 1900 manat əsas borc, 350 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsi üzrə 2200 manat əsas borc, 350 manat cərimə borcu olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 97 saylı alqı-satqı müqaviləsi üzrə 1900 manat əsas borc, 350 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsi üzrə 2200 manat əsas borc, 350 manat cərimə borcu olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar