Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2809/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bağ evi ünvanına (abonent kodu: **********00030) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 5913 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-nin regional qaz satıjı departamentinin işçiləri 2019-cu ilin yanvar ayından başlayaraq qanunsuz və əsassız olaraq Maştağa qəsəbəsi, Südçülük ərazisində yerləşən ona məxsus bağ evində qazın guya onun tərəfindən qanunsuz istehlak edilməsi ilə əlaqədar dəfələrlə cərimə etmişlər. Bu barədə beş müxtəlif akt tərtib edilmişdir. Əldə etdiyi aktlar bunlardır, ola bilsin aktların sayı çoxdur, həmin aktlara görə guya o artıq olaraq 15000 kub metir qaz sərfiyatı yazmışlar, bu səbəbdən də 5913 manat cərimə etmişlər. Bütün bunlar ona bu günlərdə «ASAN Xidmət» Mərkəzində olarkən məlum olmuşdur. Bütün tərtib olunan aktlarda qeyd edilib ki, guya o aktı imza etmkdən imtina etmişdir. Əslində bu aktların tərtib edilməsindən xəbəri olmamışdır. Ona xəbərdarlıq etmədən və iştirakı təmin etmədən iki dəfə qaz sayğacı əsassız olaraq dəyişdirilmişdir, özləri tərəfindən sayğacın plombu sındırılmışdır ki, bu əsasdan da cərimə yaza bilsinlər. 70 yaşı vardır, 2017-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra evdə tək yaşayır, 130 manat sosial müavinət alır, bu qədər, yəni aktlarda göstərilən qədər qaz sərfiyyat edə bilməz. Ola bilsin ki, cavabdehlərin qanunsuz aktlar tərtib edərək onu xeyli miqdarda cərimə etmələrinə səbəb mərhum həyat yoldaşı ilə münasibətlərinin pis olması olmuşdur. Cavabdeh tərəfindən əsassız və qanunsuz cərimələnməsi onunla sübut olunur ki, həmin evdə cəmi 1 ədəd 4 gözlü qaz pilitəsi vardır. Buna baxmayaraq cavabdeh ən böyük cəriməni də qış aylarına yazmışdır. Cavabdehin nümayəndələri özləri etiraf edirlər ki, bu qanunsuz aktları və aktlar əsasında yazılmış cərimələri çox vaxtı iş otaqlarında yazırlar, heç yerli baxış keçirmirlər. Göründüyü kimi cavabdeh təşkilatın özbaşınalığı bu gündə davam edir və həmin özbaşınalığın qarşısının alınması zərurəti günü-gündən artır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 əməkdaşları tərəfindən tərtib olunmuş 30.07.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdə qeyri-qanuni olaraq sayğacdan kənar istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. X2 30.07.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 6840 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(008)- 1065/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz" İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5165,40 manat məbləğində zərərin, 30 manat dövlət rüsumunun ümumilikdə isə 5195,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 17.04.2012-ci il tarixli 7 saylı nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı" barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə 16.02.2017-ci il tarixli, ******* saylı akt üzrə 583,20 manat, 07.03.2017-ci il tarixli, ******* saylı akta əsasən 82,20 manat, 11.12.2017-ci il tarixli, ******* saylı akta əsasən 605,60 manat, 26.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 831 manat, 23.02.2018-ci il tarixli, ******* saylı akta əsasən 284,40 manat, 19.04.2018-ci il tarixli, 58/1326 saylı akta əsasən 79,20 manat, 29.08.2018-ci il tarixli ******* saylı akta əsasən 460,80 manat, 28.09.2018-ci il tarixli ******* saylı saylı akta əsasən 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylıakta əsasən 66,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 31.01.2019-cu il tarixli ******* saylı akta əsasən 133,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 100,80 manat, 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən 252 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat və 30.03.2020-ci il tarixli, ******* saylıakta əsasən 295,20 manat ziyan məbləği hesablanmışdır. Qətnamə ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 16.02.2017-ci il tarixli, ******* saylı akt üzrə 583.20 manat dəymiş zərər və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi olmaqla, cəmi 598,20 manat məbləğində pul tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Məhkəmə, iddia tələbinin digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsində təmin olunmaması qənaətinə gələrkən tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olduğunu, belə olan halda, iş üzrə mövcud sübutları tədqiq edib iddia tələbinin tam təmin edilməsi üçün onları yetərli və mötəbər sübut kimi qəbul edilməli olmamasını nəzərə almışdır. 12.10.2021-ci il tarixli, 10/4573 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük Sovxozunda İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın qeyri-qanuni olaraq sayğacdan kənar istifadəsi halı aşkar edilmədi. Daşıyıcı qaz xətti üzərində bir hissədə qaynaq yeri vardır, həmin qaynaq yerində sayğacdan kənar qaz xəttinin vaxtilə olub-olmadığını müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın sayğacdan kənar istifadəsi halı aşkar edilmədiyindən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı.. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 5913 manat təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bağ evində quraşdırılan qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız aktlar tərtib edib bu aktlar əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən bağ evində qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 12.10.2021-ci il tarixli, 10/4573 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 102 manat təşkil etməklə dövlət büdcəsnin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə cavabdehdən ödənilməli olan 79,13 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 102 manat tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bağ evi ünvanına (abonent kodu: **********00030) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 5913 (beş min doqquz yüz on üç) manat borcun silinməsi cavabdeh X4 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 79,13 (yetmiş doqquz manat 13 qəpik) manat dövlət nəfinə tutulsun. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2809/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2809/2021
16.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver