Məhkəmə qərarları › İş №2(011)-2809/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2809/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2809/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş 28 fevral 2023-cü il tarixdə ******* saylı, 31 mart 2023-cü il tarixdə, ******* saylı, 29 aprel 2023-cü il tarixdə ******* saylı, 30 may 2023-cü il tarixli ******* saylı, 14 iyul 2023-cü il tarixli ******* saylı, 30 avqust 2023-cü il tarixli ******* saylı, 30 iyun 2023-cü il tarixli ******* saylı, 29 sentyabr 2023-cü il tarixli ******* saylı və 30 oktyabr 2023-cü il tarixli ******* saylı aktları qanunsuz hesab etməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış 4.315,56 manat məbləğində pulun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin mühəndisləri tərəfindən 28 fevral 2023-cü il tarixdə ******* saylı, 31 mart 2023-cü il tarixdə, ******* saylı, 29 aprel 2023-cü il tarixdə ******* saylı, 30 may 2023-cü il tarixli ******* saylı, 14 iyul 2023-cü il tarixli ******* saylı, 30 avqust 2023-cü il tarixli ******* saylı, 30 iyun 2023-cü il tarixli ******* saylı, 29 sentyabr 2023-cü il tarixli ******* saylı və 30 oktyabr 2023-cü il tarixli ******* saylı akt tərtib olunaraq guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlandı kimi qeydlər aparılmışdır. İddiaçı səhər tezdən işə gedir, axşam isə işdən evə dönür. Aktın hansı qaydada və hansı şəraitdə yazılmasından məlumatı yoxdur. İddiaçının oğlu Qarabağ müharibəsi veteranıdır. Vətən uğrunda gedən döyüşlərdə canfəşanlıq göstərmiş və Qarabağın alınması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Belə ki, 28 fevral 2023-cü il tarixdə ******* saylı, 31 mart 2023-cü il tarixdə, ******* saylı, 29 aprel 2023-cü il tarixdə ******* saylı, 30 may 2023-cü il tarixli ******* saylı, 14 iyul 2023-cü il tarixli ******* saylı, 30 avqust 2023-cü il tarixli ******* saylı, 30 iyun 2023-cü il tarixli ******* saylı, 29 sentyabr 2023-cü il tarixli ******* saylı və 30 oktyabr 2023-cü il tarixli ******* saylı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca ümumi baxış keçirilmiş, qaz itkisi və müdaxilə olunması kimi aktda qeyd etməklə iddiaçıya qarşı əlavə borc olaraq 35963 m3 qaz işlətdiyi göstərilmişdir. İddiaçının qaz sayğacının göstəricisinə uyğun cüzi məbləğdə borcu var idi. Lakin qeyri-qanuni qazdan istifadə barədə iddiaçıya həmin günə qədər heç kim, heç bir irad bildirməmişdir. Sayğacda hər hansısa müdaxilə aşkar edilmədiyi halda və xəbəri olmadığı halda sayğaca kim tərəfindən müdaxilə olunmasına özlərinin nəzarət etməli olduqları halda, sayğacda hansısa kənar qoşulma olmasının dərhal qarşısının alınması özlərinin vəzifəsi olmasını bildirmişdir. İddiaçı Cavabdeh İB-yə gedərək hər dəfə yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qaydada qaz sərfıyyatına görə ödənişləri ilə eyni qaydada etdiyini və sayğaca müdaxilə etmədiyini bildirmişdir. Bundan başqa qaz sayğacında hər hansısa qüsur aşkar edildiyi zaman iddiaçının və 2 hal şahidinin iştirakı ilə aktın tərtib edilməsini bildirmişdir. Sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın evin içində olmamasını və küçədə hər bir müdaxilənin özləri tərəfindən edildiyini iradla onlara bildirmişdir. Dəfələrlə sayğaca baxış keçirilmiş, lakin iddiaçıya bu barədə irad bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də Cavabdeh İB-nin əməkdaşları etmişdir. İddiaçı heç vaxt sayğaca müdaxilə etməmişdir. Bu barədə Birliyə əməkdaşlarının qanunsuz hərəkətləri barədə məlumat vermiş və yalnız qanunsuz olaraq heç bir borcu olmadığı halda sayğacdan kənar olaraq 35963 m3 qaz işlətdiyini və dəyərini ödəməyini bilmişlər və pul ödənildikdən sonra borcun silinə biləcəyi deyilmişdir. Bundan sonra isə hər ay iddiaçıya cərimə olaraq 150-400 manat məbləğində əlavə pul yazılır. Bu borcun yaranması səbəbləri şübhəlidir. İddiaçı mütəmadi olaraq qazdan istifadəyə görə xidmətin pulunu ödəmişdir. Qeyd olunan borc həqiqətə uyğun olmayan, yəni guya sayğaca hər hansısa müdaxilənin olması kimi akt tərtibi ilə öz əksini tapmışdır. Əgər sayğaca iddiaçı tərəfindən hər hansısa müdaxilə olsaydı, qaza mütamədi olaraq yoxlayan nəzarətçi qüsurun olduğunu və ya sayğac çıxarılarkən hər hansısa müdaxilənin olması barədə şübhələrinin olduğunu aşkar etmiş olardı. Tərəflərin izahatları: İddiaçı məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan görünür ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixdə ******* saylı, 31 mart 2023-cü il tarixdə, ******* saylı, 29 aprel 2023-cü il tarixdə ******* saylı, 30 may 2023-cü il tarixli ******* saylı, 14 iyul 2023-cü il tarixli ******* saylı, 30 avqust 2023-cü il tarixli ******* saylı, 30 iyun 2023-cü il tarixli ******* saylı, 29 sentyabr 2023-cü il tarixli ******* saylı və 30 oktyabr 2023-cü il tarixli ******* saylı aktlar tərtib edilmiş, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi halı əsas gətirilərək abonentin hesabına cərimə yazılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilin yanvar ayında 4.20 manat, fevral ayında 2.073,60 manat, mart ayında 492.48 manat, aprel ayında 371.52 manat, may ayında 336.96 manat, iyun ayında 336.96 manat, iyul ayında 168.48 manat, avqust ayında 168.48 manat, sentyabr ayında 133.92 manat və oktyabr ayında 228.96 manat olmaqla, ümumilikdə 4.315,56 manat borc hesablanmışdır və həmin borc məbləği cavabdeh tərəfindən iddiaçıdan tələb edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamış, cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının abonent hesabına 2022-ci ilin fevral ayında 2.073,60 manat, mart ayında 492.48 manat, aprel ayında 371.52 manat, may ayında 336.96 manat, iyun ayında 336.96 manat, iyul ayında 168.48 manat, avqust ayında 168.48 manat, sentyabr ayında 133.92 manat və oktyabr ayında 228.96 manat olmaqla, ümumilikdə 4.311,36 manat məbləğində cəriməni qanunsuz hesab edir. Məhkəmə iddiaçının abonent hesabına 2022-ci ilin yanvar ayında hesablanmış 4.20 manat borca münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin borcun hansı akta əsasən nə səbəbdən hesablanmasını müəyyən etmək mümkün olmamış, buna dəlalət edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə həmin borcun iddiaçıdan tələb edilməsini qanunsuz və əsassız hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək akt tərtib edilsə də və həmin akt abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurması halı sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00085 saylı abunə koduna 2022-ci ilin yanvar ayında hesablanmış 4.20 manat, fevral ayında hesablanmış 2.073,60 manat, mart ayında hesablanmış 492.48 manat, aprel ayında hesablanmış 371.52 manat, may ayında hesablanmış 336.96 manat, iyun ayında hesablanmış 336.96 manat, iyul ayında hesablanmış 168.48 manat, avqust ayında hesablanmış 168.48 manat, sentyabr ayında hesablanmış 133.92 manat və oktyabr ayında hesablanmış 228.96 manat olmaqla, ümumilikdə 4.315,56 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 63.16 manat məbləğində rüsum tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00085 saylı abunə koduna 2022-ci ilin yanvar ayında hesablanmış 4.20 manat, fevral ayında hesablanmış 2.073,60 manat, mart ayında hesablanmış 492.48 manat, aprel ayında hesablanmış 371.52 manat, may ayında hesablanmış 336.96 manat, iyun ayında hesablanmış 336.96 manat, iyul ayında hesablanmış 168.48 manat, avqust ayında hesablanmış 168.48 manat, sentyabr ayında hesablanmış 133.92 manat və oktyabr ayında hesablanmış 228.96 manat olmaqla, ümumilikdə 4.315,56 (dörd min üç yüz on beş manat əlli altı qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 63.16 (altmış üç manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar