Məhkəmə qərarları › İş №2(011)-2814/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2814/2025

25.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2814/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh3 qarşı “miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində vəfat etmiş X1 miras qalmış buraxılışı 2013-cü il, ban nömrəsi WF0DXXGAKDDM75531olan "FORD FİESTA MİNİK" markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1 miras qalmış “Ford Fiesta minik” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində vərəsələr arasında paylarının müəyyən edilməsi və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, həyat yoldaşı X8 13.0.2024-cü il tarixində dünyasını dəyişmişdir. Onun ölümündən sonra İddiaçı birgə nikah dövründə əldə etdikləri və X3 adına olan **-RU-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013-cü il olan “FORD FİESTA MİNİK” markalı nəqliyyat vasitəsini qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik yolu ilə öz adına keçirtmək istəyib, bununla bağlı Bakı şəhəri 34 saylı Notariat Ofisinə müraciət edib. Notariat Ofisindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün birgə nikahdan olan övladlarının müvafiq ərizəsinin tələb olunduğu bildirilmişdir və İddiaçı bununla əlaqədar övladlarına müraciət etmişdi. Onların birgə nikahdan 4 övladı var. Övladlarından ikisi tələb olunan ərizəni notarial qaydada rəsmiləşdirib vermələrinə baxmayaraq, digərləri- Cavabdeh2 və Cavabdeh1 vərəsəlik işinə dair mərhumun övladı olaraq öz münasibətlərini bildirməkdən yayınırlar. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 yazılı ərizə təqdim edərək izahatında bildirdi ki, anası X1 miras qalmış "Ford Fiesta minik" markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona çatası hissəsindən atasının xeyrinə imtina edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan tələbləri qəbul etmir, belə ki maşınının iddiaçıda qalmasına və ya satılmasına etiraz edir. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İİ 384319 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda ölmüşdür. İş materiallarında olan 303880 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 xx.xx.1975-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RU-*** dövlət qeydiyyat nişanlı, "FORD FİESTA MİNİK" markalı nəqliyyat vasitəsinin sahibi X5r. İş materiallarında olan **********279 saylı, xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, X4 xx.xx.2024-cü il tarixində vəfat etmiş anası X1 miras qalmış nəqliyyat vasitəsinin ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan **********742 saylı, xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixində ölmüş anası X1 miras qalmış avtomobilin ona çatası hissəsindən imtina edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixində Bakı şəhəri Əhaliyə Məişət Xidməti İdarəsi tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh2 qaçqın statusu ilə 1992-ci ildən Xətai rayonu, Q. Məmmədov küçəsi, keçid 1723, 2 nömrəli yataqxanada, Mənzil 47də yaşayır. İş materiallarında olan AA seriyalı, 082938 saylı, xx.xx.2004-cü il tarixində Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1948-ci ildə Laçın şəhərində doğulmuş, 1992-ci ildən məcburi köçkün kimi Xətai rayonunda yaşayır. İş materiallarında olan Bakı şəhəri 34 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” Qərardan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən İddiaçı, Cavabdeh1, Cavabdeh2 arasında mübahisə olduğu üçün Hüseyn İddiaçı imtina edilmiş, bu qərardan notariat kontorunun yerləşdiyi rayon məhkəməsinə şikayət verilməsinin mümkün olduğu bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh3 X3 uşaqları, İddiaçı isə onun əridir. İddiaçı və X8 xx.xx.1975-ci il tarixində rəsmi nikaha daxil olmuşlar, X8 xx.xx.2024-cü il tarixində vəfat etmişdir, "FORD FİESTA MİNİK" markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində X3 adına qeydiyyata alınmışdır, iddiaçı həmin nəqliyyat vasitəsini vərəsəlik yolu ilə öz adına keçirmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 34 saylı Notariat Ofisinə müraciət etmiş, lakin Notariat Ofisi iddiaçının övladlarının hamısının müvafiq ərizəsinin tələb olunması səbəbi ilə bundan imtina etmiş, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərdən X4 və Cavabdeh3 anaları- X1 miras qalmış “Ford Fiesta minik” markalı, **-RU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin onlara çatası hissəsindən atalarının- İddiaçı xeyrinə imtina etmişlər, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddia tələbini qəbul etmirlər və miras paylarının müəyyən edilməsini tələb edirlər. Bununla belə iddiaçının vərəsəlik hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, "FORD FİESTA MİNİK" markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 qalmış miras əmlak olmaqla, həmçinin İddiaçı vərəsəlik hüququnu istisna edən hallar olmadığından, nəqliyyat vasitəsi X8 ilə birgə nikahda olarkən qeyd alındığından, X6 və Cavabdeh3 miras əmlakın onlara çatası hissələrindən atalarının xeyrinə imtina etdiklərindən, İddiaçı 8/10 hissədə, X2 və Cavabdeh1 hər birinin 1/10 hissədə payları müəyyən edilməlidir və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1274-cü maddəsin əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "FORD FİESTA MİNİK" markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı 8/10 hissədə, X7 və Cavabdeh1 hər birinin 1/10 hissədə payları müəyyən edilməlidir və həmin paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Ford Fiesta minik” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı 8/10 (onda səkkiz) hissədə, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/10 (onda bir) hissədə payları müəyyən edilsin və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar