Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2828/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü Qafarova Səkinə M.Mustafa qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Hal-hazırda xx.xx.1953-cü il təvəllüdlü bacısı Qafarova Səkinə M.Mustafa qızı ruhi xəstədir. O, Senel Depresiya xəstəliyindən əziyyət çəkir və 2022-ci ildən Naxçıvan 1 saylı RPX-da qeydiyyatdadır. Qafarova Səkinə M.Mustafa qızının xəstəliyi başladığından ailəsi onu məcbur qalıb 2023-cü ildən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Hal-hazırda da Qafarova Səkinə M.Mustafa qızı həmin vaxtdan xəstəxanada müalicə alır. xx.xx.1953-cü il təvəllüdlü Qafarova Səkinə M.Mustafa qızı uzun illərdir ki, yuxarıda adı qeyd edilən xəstəlikdən əziyyət çəkir, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. xx.xx.1953-cü il təvəllüdlü Qafarova Səkinə M.Mustafa qızının bu xəstəliyi beyin ilə əlaqədardır və son vaxtlar əlləri də tutmur. Bu səbəbdən də özü öz yemiyini yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daimi onu nəzarətdə saxlamaq lazımdır. Qafarova Səkinə M.Mustafa qızı xəstəliyi ilə əlaqədar öz hərəkətlərini bilmədiyi üçün onun adından bəzi sənədləşmə işləri aparılmalıdır. Bununla bağlı Ərizəçi dövlət orqanlarına hər dəfə müraciətlər etdikdə çətinliklə üzləşir. Həmin dövlət orqanlarından bacısına bildirirlər ki, Ərizəçi xəstə bacısı Qafarova Səkinə M.Mustafa qızının qəyyumu olduqda sənədləşmə işi asanlaşacaq. Buna görə də ərizəçi X1 xx.xx.1953-cü il təvəllüdlü bacısı Qafarova Səkinə M.Mustafa qızını xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qafarova Səkinə M.Mustafa qızı xx.xx.1953-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur, anası X8, atası X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1953-cü il tarixində 08 № ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ambulator, stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, Qafarova Səkinə M.Mustafa qızında “senil depressiya” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli 2519 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən Qafarova Səkinə M.Mustafa qızında “senil demensiya nəticəsində (F00.1)” aşkar olunur. Qafarova Səkinə M.Mustafa qızı öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Qafarova Səkinə M.Mustafa qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Qafarova Səkinə M.Mustafa qızının anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında Qafarova Səkinə M.Mustafa qızının psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Qafarova Səkinə M.Mustafa qızı (X3) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş Qafarova Səkinə M.Mustafa qızının üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (1) bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2828/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2828/2024
30.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver