Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-284/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, ünvanında yerləşən fərdi yaşayış evinə (Abonentin kodu: **********00201) hesablanmış 3434,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, hazırda faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlanmamışdır. Cavabdeh təşkilatdan ona cərimə borcunun olduğu bildirilmişdir. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildirdilər ki, guya sayğacdan kənar xətdən istifadə etmişdir. Nəticədə abonent koduna itirilmiş qaz sərfıyyatına görə 3434,40 manat borc yazılıb və bu pulu ödəməlidir. Qaz xəttinə tərəfindən heç bir müdaxilə edilməyib və barəsində tərtib edilmiş aktlar tamamilə əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdə qeyri-qanuni olaraq sayğacdan kənar istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, və xx.xx.2021-ci il tarixli qərarlarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 16632 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, 10/6430 saylı ekspert rəyinə görə, baxış zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçüiük Sovxozunda yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində həmçinin, Cavabdeh İB-yə məxsus 57 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar aşkar edilmədi. Lakin, 57 mm-lik ümumi paylayıcı xəttin üzərində bir ədəd 5 sm uzunluğunda sonluğu qaynaq edilmiş 15 mm-lik boru vardır. Fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri leqal müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilmədiyinə, həmçinin evdə sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərinin sayı, növü və istifadə müddətləri barədə məlumatlar təqdim olunmadığına görə, Cavabdeh İB-yə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmadı. Mülki işin materiallarında olan şəkillərdə görünən qaz xəttinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçüiük Sovxozunda yerləşən fərdi yaşayış evinə aidiyyətinin olub-olmaması mühəndis texniki ekspertizanın predmetinə aid deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qaydaların 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçı X6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, ünvanında yerləşən fərdi yaşayış evi ünvanında qazdan qanunsuz istifadə halının aşkar edən qazpaylayıcı (cavabdeh X7) qanunla nəzərdə tutulmuş qaydada qazın verilməsini dayandıraraq, dəymiş ziyanın ödənilməsini tələb etmək, bundan sonra qazın verilməsini bərpa etmək əvəzinə, hər ay yeni akt tərtib etməklə kifayətlənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbl qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli, ******* saylı aktla hesablanmış 295,20 manat cərimə istisna olunmaqla, qalan aktlar üzrə hesablanmış cəmi 3139,20 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixli, 10/5546 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə dövlət büdcəsnin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi qismən təmin edildiyinə görə cavabdehdən ödənilməli olan 46,20 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərinin 91,80 manat hissəsi tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, ünvanında yerləşən fərdi yaşayış evinə (Abonentin kodu: **********00201) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3139,20 (üç min bir yüz otuz doqquz manat 20 qəpik) manat borcun silinməsi cavabdeh X5 həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X2 dövlət rüsumuna görə 46,20 (qırx altı manat 20 qəpik) manat dövlət nəfinə tutulsun. Ekspertiza tədqiqatının dəyərinin 91,80 (doxsan bir manat 80 qəpik) manat hissəsi cavabdeh X2, 8,20 9səkkiz manat 20 qəpik) hissəsi İddiaçı tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-284/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-284/2022
08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver