Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2856/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il protokoldan çıxarış, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.metr olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; birgə nikah dövründə əldə edilən Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv.m olan mənzilə, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletə 1/2 (ikidə bir) hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək iddia tələbində qeyd edilən əmlak olan: ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı 2/3 (üçdə iki) payı, Cavabdeh1 1/3 (üçdə bir) payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh1 xx.xx.2007-cı il tarixdə nikaha daxil olmuş, xx xxxxxxxx 2016-cı ildə 2 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsinin 97 nömrəli aktına əsasən nikah pozulmuşdur. Onların birgə nikahda olduğu müddət ərzində Cavabdeh1 xx xxxxx 2012-ci il tarixdə Cavabdeh3ndən ünvan 1 mənzil 88 ünvanında 3 otaqlı, sahəsi 120,0 kv.m olan 16 mərtəbəli binadan müqavilə əsasında dəyəri 70000 (yetmiş min) AZN olan mənzil almışdır. İş materiallarına daxil olan Cavabdeh3 MTK-nın verdiyi maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxx 2012-ci il tarixində həmin mənzilin dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. İddiaçının vəkili tərəfindən ünvan 1 mənzil 88 ünvanında 3 otaqlı, sahəsi 120,0 kv,m olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə verilən sorğuya xx xxxxxx 2020-ci il tarixli **********10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, həmin mülkiyyət Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il protokoldan çıxarışı, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-cİ il tarixli maliyyə arayışı əsasında xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına çıxarış almışdır. Bundan sonra, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanmış və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına çıxarış almışdır. Hal-hazırda mənzil Cavabdeh1 mülkiyyətindədir. Lakin, Cavabdeh3 MTK-ya verilən sorğunun xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli cavabında isə qeyd olunmuşdur ki, hazırda Kooperativdə 2012-ci il və ondan qabaq mövcud olmuş sənədlər saxlanılmadığından həmin mənzilin sənədləşdirilməsi bağlı məlumat vermək mümkün deyil. Həmçinin, birgə nikah dövründə **-VE-*** nömrə nişanlı “Crysler Concorde” seriyalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosiklet Cavabdeh1 adına əldə edilmişdir. X1 və Cavabdeh1 ilə birgə nikah dövründə Cavabdeh1 adına xx xxxxx 2012-cİ il tarixdə Cavabdeh3ndən ünvan 1 mənzil 88 ünvanında 3 otaqlı, sahəsi 120,0 kv.m olan 16 mərtəbəli binadan müqavilə əsasında dəyəri 70000 (yetmiş min) manat olan xx xxxxx 2012-ci il tarixində maliyyə arayışına əsasən mənzilin dəyərini tam ödəmişdir. Lakin 3 (üç) gün sonra cavabdeh, birgə nikah dövrü ərzində iddiaçının xəbəri olmadan və notarial qaydada razılığı olmadan həmin mənzili Cavabdeh1 anası iş üzrə digər Cavabdeh2 adına rəsmiləşdirmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilən sorğuya xx xxxxxx 2020-ci il tarixli **********10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, həmin mülkiyyət Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il protokoldan çıxarışı, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışı əsasında xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına çıxarış almışdır. Həmçinin, sonradan Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanmış və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına çıxarış almışdır. Bu bağışlama müqaviləsini bağlayaraq gələcək birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü zamanı həmin mənzil Cavabdeh1 hədiyyə şəklində verilməsi görüntüsü yaratmaq məqsədi olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdehlə nikahda olduqları vaxt, ünvan 1 mənzil 88-in qaynanası, Cavabdeh2 İlyas qızının mülkiyyətində olduğunu bilmişdir. Daha sonra 2020-ci ilin yanvar ayında Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış 100 nömrəli müqaviləni aşkar etdikdə ona məlum olmuşdur ki, həmin mənzil onun əri Cavabdeh1 tərəfindən satın alınmış, beləliklə onların birgə nikahı dövründə əldə edilmişdir. Hesab edir ki, həmin mənzilin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməməsi üçün həmin mənzili sonradan qaynanası Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək, rədd edilməsini xahiş etdi. O həmçinin, iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə müraciət edərək əqdlərin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət və nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən 3 illik iddia müddəti ötürüldüyündən İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi”-nə dair iddia ərizəsinə iddia müddətini tətbiq edərək, iddiadan imtina barəsində qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X7 iddiaya etiraz edərək, rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh1 xx xxxx 2007-ci il tarixdə nikaha daxil olmuş, xx xxxxxxxx 2016-cı il tarixdə 2 saylı Bakı "ASAN" xidmət mərkəzinin qeydiyyat şöbəsinin 97 nömrəli aktına əsasən hər ikisinin razılığı ilə nikahları pozulmuşdur. Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış 100 nömrəli müqavilədən görünür ki, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m. olan mənzilə dair həmin müqavilə xx xxxxx 2012-ci il tarixdə bağlanmışdır. Cavabdeh3 MTK-nın öhdəçilik 100 cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh3 MTK-ya xx xxxxx 2012-ci il tarixdə yaşayış sahəsinin tam dəyərini təşkil edən 70000 manatdan ilkin pay miqdarı olan 47170 manat ödənilmiş və 22830 manat qalan borcun ödənilməsi öhdəsinə götürülmüşdür. ”Cavabdeh3” MTK-nın arayışından görünür ki, Cavabdeh1 xx xxxxx 2012-ci il tarixdə 16-cı mərtəbə, 3 otaqlı, 88 saylı 120 kv.metrlik ümumi yaşayış sahəsinin tam dəyərini, yəni 70000 AZN məbləği kooperativə ödəmişdir və Cavabdeh3 MTK-ya heç bir borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********10 saylı məktubundan görünür ki, ünvan 1 mənzil 88 ilkin olaraq Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli xx.xx.2012-ci il tarixli protokolundan çıxarışa, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 88 saylı mənzil xx xxx 2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 88 saylı mənzil xx xxxxx 2015-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. ünvan 1 88 saylı mənzil xx xxxxx 2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, X6 tərəfindən etibarsız hesab edilməsi tələb edilən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 3A, 88 saylı mənzilə dair cavabdeh "Cavabdeh3" MTK-nın üzvlərinin ümumi iclasının xx xxxxx 2012-ci il tarixli 05 nömrəli protokolundan çıxarışın, xx xxxxx 2012-ci il tarixli 25 saylı Forma 2 arayışının və xx xxxxx 2012-ci il tarixli 27 saylı maliyyə arayışının verildiyi tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi 2020-ci ilin mart ayınadək 7 il 11 ay müddət keçmiş və beləliklə əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Eyni zamanda, həmin əsas tələb üzrə iddia müddəti keçdiyindən onun əsasında əlavə tələb olan Cavabdeh2 adına verilmiş xx xxx 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsinə dair iddia müddəti də keçirilmiş hesab edilir. Bundan başqa etibarsız hesab edilməsi tələb edilən ünvan 1 88 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı xx xxxxx 2015-ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi 2020-ci ilin mart ayınadək 4 il 11 ay müddət keçmiş və beləliklə əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Eyni zamanda, əsas tələb üzrə iddia müddəti keçdiyindən onun əsasında əlavə tələb olan həmin mənzilə dair Cavabdeh1 adına verilmiş xx xxxxx 2015-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsinə dair iddia müddəti də keçirilmiş hesab edilir. Bundan başqa İddiaçı 99VE578 nömrə nişanlı Chrysler Condore seriyalı avtomobil və 10B367 nömrə nişanlı BMW S1000RR motosikletin 1/2 payının müəyyən edilməsini tələb etsə də, həmin nəqliyyat vasitələrinin birgə nikah dövründə əldəedilib edilməməsi və ümumiyyətlə onların mövcudluğu barədə hər hansı təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçının iddia tələbinin “Birgə nikah dövründə əldə edilən Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m. olan mənzilə, 99VE578 nömrə nişanlı Chrysler Condore seriyalı avtomobil və 10B367 nömrə nişanlı BMW S1000RR motosiklet olan 1/2 ikidə bir hissəsinə iddiaçı X2 payının müəyyən edilməsi” hissəsi ilə bağlı xüsusilə qeyd edilməlidir ki, bu tələblə bağlı iddiaçı tərəfindən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən 3 illik iddia müddəti ötürülmüşdür. Göründüyü kimi iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 nikahları xx xxxxxxxx 2016-cı il tarixdə 2 saylı ASAN-nın Qeydiyyat şöbəsində hər iki tərəfin razılığı və iştirakı ilə pozulmuş, iddiaçı tərəfindən isə məhkəməyə 2020-ci ilin mart ayında, yəni nikahın pozulduğu tarixdən 3 il 6 ay keçdikdən sonra müraciət edilmişdir. X2 mübahisəli mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsindən məlumatının olmasının təsdiqi kimi qeyd edilməlidir ki, iddia ərizəsinin qoşmasına onun tərəfindən etibarsız hesab edilməsi və ləğv edilməsi tələb edilən ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın notariat qaydada təsdiq olunmuş surətinin, xx xxxxx 2012-ci il tarixli, 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin əsli, xx xxxxx 2012-ci il tarixli, 100 nömrəli Cavabdeh3 MTK və Cavabdeh1 arasında bağlanmış müqavilənin əsli və Cavabdeh3 MTK tərəfindən verilən xx xxxxx 2012-ci il tarixli arayışın əsli əlavə edilmişdir. Qeyd olunanlardan görünür ki, həmin sənədlər əvvəldən X3 olmuş və o, mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsindən məlumatlı olmuş və bununla da, əqdin etibarsızlığı tələbi üzrə iddia müddətini ötürmüşdür. İddiaçı mübahisəli mənzilə Cavabdeh1 razılığı və ərizəsi ilə qeydiyyata alınmış və ilk günlərdən bu günədək həmin mənzildə yaşamışdır. Qeyd olunanlar İddiaçı mübahisəli mənzilin ilk günlərdən Cavabdeh2 adına rəsmiləşdirilməsindən məlumatlı olmasını sübut edir. Həmçinin, İddiaçı ilə Cavabdeh1 nikahları birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi olmadan tərəflərin hər ikisinin razılığı ilə qeydiyyat şöbəsində pozulmuşdur. Belə olan halda sonradan əmlak bölgüsünü tələb etmək olmaz. Cavabdeh1 nümayəndəsi və vəkili X7 həmçinin, iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə müraciət edərək əqdlərin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət və nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən 3 illik iddia müddəti ötürüldüyündən İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi”-nə dair iddia ərizəsinə iddia müddətini tətbiq edərək, iddiadan imtina barəsində qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və işdə olan sübutları araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh1 xx xxxx 2007-ci il tarixdə nikaha daxil olmuş, xx xxxxxxxx 2016-cı il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsinin 97 nömrəli aktına əsasən nikahları pozulmuşdur. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış 100 nömrəli müqavilədən görünür ki, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m. olan mənzilə dair həmin müqavilə xx xxxxx 2012-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Cavabdeh3 MTK-nın öhdəçilik 100 cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh3 MTK-ya xx xxxxx 2012-ci il tarixdə yaşayış sahəsinin tam dəyərini təşkil edən 70000 manatdan ilkin pay miqdarı olan 47170 manat ödənilmiş və 22830 manat qalan borcun ödənilməsi öhdəsinə götürülmüşdür. İş materiallarında olan Cavabdeh3 MTK-nın arayışından görünür ki, Cavabdeh1 xx xxxxx 2012-ci il tarixdə 16-cı mərtəbə, 3 otaqlı, 88 saylı 120 kv.metrlik ümumi yaşayış sahəsinin tam dəyərini, yəni 70000 AZN məbləği kooperativə ödəmişdir və Cavabdeh3 MTK-ya heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********10 saylı məktubundan görünür ki, ünvan 1 mənzil 88 ilkin olaraq Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli xx.xx.2012-ci il tarixli protokolundan çıxarışa, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 88 saylı mənzil xx xxx 2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 88 saylı mənzil xx xxxxx 2015-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 88 saylı mənzil xx xxxxx 2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən ünvan 1 88 saylı mənzildə qeydiyyatdadır. Cavabdeh2 və Cavabdeh1 həmçinin, həmin mənzildə qeydiyyatdadır. İş materiallarında olan AR DİN Baş Dövlət X11 xx.xx.2020-ci il tarixli 26058-1220 nömrəli məktubuna və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, DİN-in Baş Dövlət X11 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Cavabdeh1 adında **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı, 10-B-367 nömrə nişanlı “BMW S1000RR” markalı motosikl, “BMW 525 minik” markalı nəqliyyat vasitəsi qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx xxxx 2007-ci il tarixdə nikaha daxil olmuş, xx xxxxxxxx 2016-cı il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsinin 97 nömrəli aktına əsasən nikahları pozulmuşdur. Tərəflərin birgə nikahda olduqları müddətdə Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m. olan mənzilə dair 100 nömrəli müqavilə xx xxxxx 2012-ci il tarixdə bağlanmışdır. Sonradan, ünvan 1 mənzil 88 ilkin olaraq Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli xx.xx.2012-ci il tarixli protokolundan çıxarışa, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Tərəflərin birgə nikahı dövründə cavabdehin adına həmçinin, **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı, 10-B-367 nömrə nişanlı “BMW S1000RR” markalı motosikl rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınması üçün əsas olan Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli xx.xx.2012-ci il tarixli protokolundan çıxarışı, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində əsaslı hesab edilərək təmir edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qeyd edilən mənzillə bağlı Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə, 100 nömrəli xx xxxxx 2012-ci il tarixli müqavilə bağlandığı, habelə tərəflərin həmin mənzilə birgə hüququnun yarandığı halda, sonradan Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli xx.xx.2012-ci il tarixli protokolundan çıxarışı, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışı əsasında həmin mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il protokoldan çıxarış, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il protokoldan çıxarış, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışının etibarsızlığı məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatı ləğv edilməli; mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iddia tələbini ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B- 367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı 2/3 (üçdə iki) payı, Cavabdeh1 1/3 (üçdə bir) payının müəyyən edilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, adıçəkilən əmlakların tərəflərin birgə nikahı dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. İddiaçı birgə nikah dövründə əldə edilmiş sözügedən əmlak üzərində payların qeyri-bərabər olmaqla, 2/3 hissədə İddiaçı, qalan 1/3 hissədə isə Cavabdeh1 payının müəyyən edilməsini tələb etsə də, iddiaçı bu cür bölgünün aparılmasını zəruri edən halların mövcud olduğuna dair məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Odur ki, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzil və **- VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosiklet tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlak üzərində tərəflərin bərabər payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Kontitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili X4 əqdlərin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət və nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən 3 illik iddia müddəti ötürüldüyündən İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi”-nə dair iddia ərizəsinə iddia müddətini tətbiq edərək, iddiadan imtina barəsində qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bu müraciətin dəlillərini araşdıraraq hesab edir ki, iddia müddətinin tətbiqi barədə müraciət əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, işin faktiki hallarında əsasən, İddiaçı mübahisəli əmlaka dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il protokoldan çıxarış, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; həmin mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi tələbi üzrə iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı tərəfin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt, onun 2020-ci ilin yanvar ayında Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 100 nömrəli müqaviləni və əlavə sənədləri aşkar etdiyi və iddiaçı tərəfin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixli sorğunu verdiyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********10 saylı məktubunu aldığı vaxtdır. Odur ki, hazırki iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Həmin qərarda müəyyən edilmiş hüquqi mövqeyə görə, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məhkəmə tərəflərin ümumi əmlakının bölünməsi haqqında iddia tələbinə 3 illik iddia müddətinin tətbiq edilməsi barədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İddiaçı tərəfin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt, onun 2020-ci ilin yanvar ayında Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 100 nömrəli müqaviləni və əlavə sənədləri aşkar etdiyi və iddiaçı tərəfin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixli sorğunu verdiyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********10 saylı məktubunu aldığı vaxtdır. Odur ki, hazırki iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Odur ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciətləri nəzərə alınmamalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il tarixli protokoldan çıxarış, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilsin və xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatı ləğv edilsin. ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4ə- 103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilsin və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatı ləğv edilsin. Birgə nikah dövründə əldə edilən ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin üzərində İddiaçı ½ (ikidə bir) payı, Cavabdeh1 ½ (ikidə bir) payı müəyyən edilsin. **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı ½ (ikidə bir) payı, Cavabdeh1 ½ (ikidə bir) payı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2856/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2856/2020
23.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver