Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2869/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə **********00122 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış hissəsində məftilin aşkar edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 38880 m3 olması müəyyən edilmişdir.
3. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü il fevral ayı üzrə 5443,20 manat məbləğində borcunun olması əks olunmuşdur.
4. Habelə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2667/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən yuxarıda qeyd edilən akt əsasında iddiaçıya hesablanmış 4665,60 manat məbləğində borcun silinməsi qət edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00122) ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə əlavə hesablanmış 777,60 manat məbləğində borcun silinməsinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. O, vaxtı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yaşadığı ünvana gəlmiş, yaşadığı ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər. Daha sonra ona məlum olmuşdur ki, yaşadığı evdə quraşdırılmış qaz sayğacının guya düzgün işləməməsi əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 4665,60 manat məbləğində əsassız borc yazılmışdır. O, qeyd olunan borcun silinməsi tələbinə dair məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 4665,60 manat məbləğində borcun silinməsi qət edilmişdir. Yuxarıda qeyd olunan iş üzrə yekun məhkəmə aktı qəbul olunduqdan sonra cavabdeh heç bir əsas olmadan həmin borcu daha da şişirdərək ona 777,60 manat məbləğində əlavə borc da yükləmişdir. Lakin məhkəmə 2(011)-2667/2023 saylı iş üzrə xx.xx.2023-cü ıl tarixli yekun məhkəmə akt qəbul etdikdən sonra ona məxsus abonent saldosunun qalıq və aktlar bölməsində 2023-cü ilin fevral ayı üçün göstərilən 4.665,60 manat borc heç bir əsas olmadan 5443,20 manat kimi göstərilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunmuş, 5443,20 manat borcun 4.665,60 manat hissəsi silinmiş, 777,60 manat hissəsi isə bu günə qədər silinməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz verərək, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu qeyd etmiş, buna görə də işə ümumi icraat qaydasında baxılmasını xahiş etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
7. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
8. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
9. Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
10. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
11. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
12. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
13. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
14. 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
15. 4.3-cü bəndinə əsasən Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
16. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
18. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
24. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
25. Məhkəmə öncə cavabdehin iddia ərizəsinə yazılı etirazına münasibət bildirirərək qeyd edir ki, cavabdeh mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etsə də, məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirilməsi üçün əsaslar mövcud deyil. Belə ki, cavabdeh iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt əsasında onun abonent koduna hesablanmış 4665,60 manat borcun silinməsi barədə iddia ərizəsilə məhkəməyə müraiət etmiş və iddia ərizəsinə əlavə etdiyi abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü il fevral ayı üzrə 4665,60 manat məbləğində borcunun olması əks olunmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 2667/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən yuxarıda qeyd edilən akt əsasında iddiaçıya hesablanmış 4665,60 manat məbləğində borcun silinməsi qət edilmiş, qətnamə xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün İcra Şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə tam icra edilərək 4665,60 manat məbləğində borc silinmişdir. Hazırki iddia ərizəsi ilə məhkəmməyə edən zaman iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş abonent saldosu əsasında isə müəyyən edilir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt əsasında ümumilikdə 5443,20 manat məbləğində borc hesablanmışdır. Sözügedən borc məbləği barədə məlumat 2023-cü il tarixdə məhkəmə tərəfindən işə baxılarkən cavabdeh tərəfindən təqdim edilmədiyindən, eləcə də, iddiaçıya təqdim edilmiş abonent saldosunda onun sözügedən akt əsasında yalnız 4665,60 manat məbləğində borcunun olması öz əksini tapdığından iddiaçı hazırda qalan 777,60 (5443,20 – 4665,60 = 777,60) manat məbləğində borcun silinməsini tələb etməkdə də haqlıdır. Hazırda iddiaçının silinməsini tələb etdiyi borc da xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış borcun qalıq hissəsi olduğundan hazırkı mübahisəyə də yuxarıda göstərilən maddi hüquq normaları tətbiq ediləcəkdir.
26. Məhkəmə 777,60 manat məbləğində borcun silinməsi ilə bağlı qeyd edir ki, həmin borc cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt əsasında hesablanmışdır. Məhkəmə borcun silinməsi qənaətinə gələrkən onu qeyd edir ki, borcun hesablanmasına əsas olmuş aktda qeyd edilən pozuntunun törədilməsində, sayğacın yararsız hala düşməsində iddiaçının təqsirinin olub-olmaması artıq məhkəmə tərəfindən əvvəl araşdırılmış və Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsində buna qiymət verilərək, sayğacın yararsız hala düşməsində iddiaçının təqsirinin olmadığı müəyyən edilmişdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
28. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsində (iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 518,4- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00122) dair İddiaçı hesablanmış 777,60 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı