Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2878/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinə görə yaranmış 450.59 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ’’Azərsu" ASC tərəfindən Cavabdeh (abonent kodu: **********600) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 450.59 (dörd yüz əlli manat əlli doqquz qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana xx.xx.2019-cu il tarixində İSS-20 markalı, 19074606 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək öz izahatında bildirmişdir ki, Cavabdeh suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh mütəmadi olaraq qismən ödənişlər etmişdir və halhazırda qeyd olunan bu borc illər ərzində yığılan borcdur. xx.xx.2011-ci il tarixdə cavabdehin 318,10 manat borcu olub və həmin borc Prezidentin fəmanına əsasən silinib. Cavabdehdən 2011-ci ildən bugünədək olan borc tələb olunur. Cavabdehin xx.xx.2011-ci il tarixinədək olan borcu silinib. xx.xx.2011-ci il tarixə cavabdehin borcu yoxdur. Cavabdehin abonentin katında göstərilən borcları vardır, o cümlədən 2012-ci il üçün 64,80 manat, 2013-cü ilə 64,80 manat, 2014-cü ilə 64,80 manat, 2015-ci ilə 48,60 manat, 2016-cı ilə 80,57 manat, 2017-ci ilə 54 manat, 2018-ci ilə 3,50 manat borcu vardır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələblərinə etiraz edərək öz izahatında bildirmişdir ki, onun 2011-ci ildə borcu olmadığı halda ona əsassız borc hesablanmışdır. Həmin dönəmdə o, bir sıra kommunal ödənişlərdən azad idi. Daha sonra borcların silinməsi barədə Prezidentin fərmanından sui-istifadə edərək həmin əsassız hesablanmış borc iddiaçı təşkilat tərəfindən silimişdir. Onun həmin dövrdə borcu olmadığına görə əsassız yazılmış borcun sonradan silinməsinə etiraz edir. Buna görə də 2011-ci ildən sonrakı dövrdə sudan istifadəyə görə pul vəsaitləri ödəməmişdir, o cümlədən 2011-2015-ci illərdə pul ödəməmişdir. 2011-ci ildə ona əsassız hesablanaraq sonradan silinmiş borc məbləği həddində borclarını etiraz əlaməti olaraq ödəməmişdir. Həmin əsassız yazılaraq sonradan silinmiş borc həcmində borcları ödəmədikdən sonra yenidən pulu ödəməyə başlamışdır. Bu səbəblərdən hazırda ondan tələb olunan borc tələbi təmin edilməli deyil. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16082150 saylı müqavilə üzrə Cavabdeh adlı **********600/16082150 saylı abonentə məxsus ətraflı abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 450,59 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, 16082150/**********600 saylı abonent kodu üzrə Cavabdeh İddiaçı ASC tərəfindən borcunun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı ASC-yə 285,50 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələblərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh 2011-ci ildən sonra hesablanmış borcu ödəmədiyini mübahisələndirmir. Cavabdeh bildirmişdir ki, uzun müddət, o cümlədən 2011-2015-ci illər ərzində su təchizatına görə borcları ödəməmişdir. Cavabdeh bunu 2011-ci ildə ona əsassız, yəni istifadə etmədiyi xidmətlərə görə hesablanmış və daha sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanına əsasən silinmiş borc ilə əlaqələndirmişdir. O bildirmişdir ki, həmin silinmiş borc məbləğinə bərabər pul vəsaitini sonrakı illər ərzində etiraz əlaməti olaraq ödəməmişdir. Buna görə də cavabdehin 2011-ci ildən sonra 2017-ci ilədək su təchizatına görə borclarını ödəməməsi işin mübahisəsiz halıdır. 2017-ci il üçün 40 manat və daha sonrakı illər üçün müvafiq ödənişlər cədvəldə öz əksini tapmışdır. Bununla da, cavabdeh 2011-ci ildən sonrakı dövrdə borcların hesablanmasını deyil, 2011-ci ilədək ona hesablanmış və sonradan xx.xx.2011-ci il tarixdə silinmiş 318 manat borc məbləğini mübahisələndirir. Halbuki, iddia tələbləri xx.xx.2011-ci ilədək deyil, xx.xx.2011-ci ildən sonra sonra hesablanmış borcun tutulması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilmiş ümumi qaydaya əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı mülki işdə iddia tələbləri xx.xx.2011-ci il tarixdən sonra hesablanmış borcun tutulması ilə bağlı olduğundan və iddia tələbləri xx.xx.2011-ci il tarixinədək hesablanmış borcun qanunauyğunluğunun yoxlanılmasını əhatə etmədiyindən, sonuncu tələblər məhkəmə araşdırmasının predmetini təşkil etmir. Bu səbəbdən də həmin tələblərə hazırkı iddia tələbləri çərçivəsində məhkəmə tərəfindən hüquqi qiymət verilməli deyil. İddiaçının cavabdehdən 450,59 manat məbləğində borc tələbinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddia tələbi 450,59 manat məbləğində borcun tutulması ilə bağlıdır. Lakin daha sonra o bildirmişdir ki, həmin borc xx.xx.2011-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş 16082150 saylı müqavilə üzrə Cavabdeh adlı **********600/16082150 saylı abonentə məxsus xx.xx.2023-cü il tarixli (çap tarixi) ətraflı abonent kartından görünür ki, 450,59 manat məbləğində borc 2022-ci ilədək olan dövrü əhatə edir. Ümumilikdə 450,59 manat borc məbləğini əks etdirən cədvəldə 2023-cü ilə aid göstəricilər əks olunmamışdır. Bundan başqa iş materiallarında olan ətraflı abonent kartında təsvir edilmiş cədvəlin “qalıq” bölməsində abonentin qalıq borcu 2012, 2013, 2014, 2015, 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər üzrə müvafiq olaraq 64,80, 64,80, 64,80, 48,60, 54, 3.50, -11,50, 2,50, -2, -4 manat kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin 2016-cı il üzrə 80,57 manat borcu olmuşdur. Buna baxmayaraq qeyd edilmiş cədvəl üzrə ümumi borc iddia tələblərində qeyd edildiyi kimi 450,59 manat olmasına baxmayaraq, 2016-cı ilə dair qeyd cədvəldə qeyd edilməmişdir. Daha sonra məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 450.59 manat borcun yarandığını qeyd etsə də həmin məbləğdə borcun mövcudluğuna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin izahatının məzmunundan görünür ki, xx.xx.2011-ci il tarixinə cavabdehin borcu olmamışdır, borc xx.xx.2011-ci ildən sonra hesablanmışdır. Qalıq borclar illər üzrə ətraflı abonent kartının “qalıq” bölməsində göstərilmişdir. Həmin “qalıq” bölməsi üzrə xx.xx.2011-ci ildən sonra hesablanmış borcun məbləği 285,50 manat təşkil edir. (2011-ci il üzrə borc qeyd edilməmişdir, 2012-ci il üçün 64,80 manat, 2013-cü ilə 64,80 manat, 2014-cü ilə 64,80 manat, 2015-ci ilə 48,60 manat, 2016-cı il cədvəldə qeyd edilməmişdir, 2017-ci ilə 54 manat, 2018-ci ilə 3,50 manat, 2019-cu ilə -11,50 manat, 2020-ci ilə 2,50 manat, 2021-ci ilə -2 manat, 2022-ci ilə -4 manat). xx.xx.2011-ci il tarixdən sonra qeyd edilmiş cədvəl üzrə 285,50 manat məbləğindən daha artıq məbləğdə borcun mövcudluğuna dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyinə görə iddia tələbləri 285,50 manat pul vəsaitinin tutulması hissəsində təmin edilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.8-ci maddəsinə görə yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********600) 285.50 (iki yüz səksən beş manat əlli qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2878/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2878/2023
05.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver