Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-291/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdehlərCavabdeh1, Cavabdeh2 qarşı “təmir xərclərinin ödənilməsi tələbinə dair” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50.82 kv.m olan 1 otaqlı mənzilin təmirində istifadə olunan tikinti materialları və ustaların xidmət haqqı üçün 25000 manat, “xxxxxx” MMC-yə kommunal xidmətlər üçün ödədiyi 1500 manat, mənzil kommunal xidmətləri üçün hər ay 20 manat olmaqla, cəmi 240 manat və dövlət rüsumu üçün 30 manat olmaqla, ümumilikdə 26770 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2011-ci il tarixdə “xxxxxxxxxxxxx” MMC-ilə aralarında bağlanmış 342 nömrəli müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 «A» ünvanında yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50,82 kv.m olan 1 otaqlı mənzilin dəyərini tam ödəməyi, MMC isə həmin mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən iddiaçı “xxxxxxxxxxxxx” MMC-yə ödəməli olduğu 20.328 (iyirmi min üç yüz iyirmi səkkiz) manatın, ilkin olaraq 11850 (on bir min səkkiz yüz əlli) manatını əvvəlcə, məbləğin qalan hissəsini isə 11 ay ərzində hər ay 771 manat ödəmişdir. Bundan sonra qeyd etdiyi mənzili dəyişmək məqsədi ilə “xxxxxx” MMC-ilə aralarında xx xxxxxx 2012-ci il tarixli 89 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya Bakı şəhəri, Gəncə prospekti 2935 «A» ünvanında yerləşən 14 mərtəbəli yaşayış evinin 2ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50.82 kv.m olan 1 otaqlı mənzil təhvil verilməli, iddiaçı da öz növbəsində müqavilədə nəzərdə tutlmuş pulu ödəməyi üzərinə götürmüş və mənzilin dəyərini MMC-yə tam ödəmişdir. Bundan sonra həmin mənzil iddiaçının istifadəsinə verilmişdir. Mənzildə lazımi təmir işləri apardıqdan sonra o, ailə üzvləri ilə birlikdə oraya köçmüşdür. 2017-ci il tarixində Cavabdeh1 iddiaçıya qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddia tələbi təmin edilmiş və xx xxxx 2018-ci ildə iddiaçı həmin mənzildən çıxarılmışdır. Daha sonra isə Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında evi X1. X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935 A ünvanında yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 5-ci mərtəbəsindəki, 117 saylı 1 otaqlı 50.82 kv.m olan mənzildə yaşayır. Mənzilə köçməzdən əvvəl orada əsaslı təmir işləri aparmışdır. Təmir işləri həyata keçirilməzdən əvvəl “xxxxxx” MMC-ilə aralarında bağlanmış müqaviləyə əsasən, tikinti materiallarının qorunması, daşınması, təmir işlərinin aparılması üçün mənzili elektrik enerjisi və su ilə təmin etmək və s. xidmətlərin göstərilməsi üçün bina rəhbərliyinə 1500 manat məbləğində ödəniş etmişdir. Tikinti materialları və ustaların xidmət haqqı üçün isə 25000 manat məbləğində xərc çəkmişdir. Bundan əlavə 2017-ci ildən mənzil kommunal xidmətləri üçün hər ay 20 manat olmaqla xidmət haqqı ödəmişdir. Mənzili hazırki vəziyyətinə gətirmək üçün ümumilikdə 26740 manat xərc çəkmişdir. İddiaçının təmir eldiyi mənzildən hazırda mənzilin yeni sahibləri istifadə edir. Bu isə onların əssasız varlanmasına səbəb olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanındakı binanın 2-ci bloku, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 50,82 kv.m olan məzildə yaşadığı müddətdə orada təmir etmişdir. Məhkəmə qətnaməsi əsasında həmin mənzili boşaldığı zaman özü ilə apara biləcək bəzi əşyaları aparmışdır. Bunların arasında kombi aparatı, əl-üzyuyan, unitaz (komplekt), şüşəli duş kabin, smestitel/su kranı olmuşdur. Bu əşyalar məhkəmə ekspertiza rəyində qeyd edilərək onların dəyəri ümumi təmir xərclərinə əlavə edilsə də, həmin əşyalar daha sonra cavabdehlər tərəfindən orada quraşdırılmışdır. Cavabdeh1 nümayəndəsi X21 iddia ərizəsinə etiraz edərək, iddianı qismən qəbul etdiyini bildirdi. Belə ki, X18 verdiyi izahatında göstərdi ki, İddiaçı tərəfindən mənzildə edilmiş təmirin dəyəri 25000 manat dəyərində olmamışdır. İddiaçı tərəfindən tələb edilən məbləğin şişirdirildiyini hesab edir və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli, 89 nömrəli müqavilənin sürətindən görünür ki, “xxxxxx” MMC tərəfindən Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 50,82 kv.m olan 1 otaqlı mənzil İddiaçı təhvil verilmiş, o da qarşılığında müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxx” MMC tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş 221 nömrəli maliyyə arayışının surətindən görünür ki, Gəncə prospekti, 2935 A ünvanında tikilən hündürmərtəbəli yaşayış evinin Bakı Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi layihəyə əsasən, 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 50,82 m2 olan 1 otaqlı mənzilin müqavilə dəyəri tam ödənilmişdir. Mülki iş materiallarında olan “Kommunal Xərclərinin ödənilməsi barədə” xx.xx.2014cü il tarixli Müqavilənin surətindən görünür ki, müqavilə üzrə tərəflər İddiaçı və “xxxxxx” MMC-dir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə 1500 manat məbləğində ödəniş də “xxxx” MMC-yə edilmişdir. İş materiallarında olan “Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (mənzil tikinti kooperativinin, digər ixtisaslaşmış istehlak kooperativinin) üzvü olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (mənzil tikinti kooperativi, digrə ixtisaslaşmış isthelak kooperativi) arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilə bir tərəfdən İddiaçı, digər tərəfdən “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən bağlanılmışdır. Müqavilə üzrə İddiaçı hər ay üzrə ödəniş haqlarını “İcraedici təşkilat” – “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür.İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə yerləşən çoxmənzilli yaşayış binası mənzil-kommunal xidmətlərinin təşkili üzrə xidmət haqqının ödənilməsinin təsdiq edilməsi haqqında qəbzlərin surətində geyd edilir ki, İddiaçı 2017-ci ilin iyun ayından 2018ci ilin iyun ayınadək 117 saylı mənzil üzrə 240 manat məbləğində xidmət haqqı ödəmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən 50,82 kv.m ümumi sahəsi olan 1 otaqlı mənzili Cavabdeh2 satmağı, alıcı isə qarşılığında müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası MƏrkəzinin xx.xx.2020-ci il tarixli, 29063 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən mübahisəli mənzil faktiki olaraq təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın birinci sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən mübahisəli mənzildə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 14914 manat məbləğində dəyəri müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(011)-164/2014 saylı qətnaməsinə əsasən, xx xxxxxx 2006-cı il tarixli 155 saylı müqaviləyə əsasən Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50,82 m2 olan bir otaqlı mənzilin X11 təhvil verilməsi vəzifəsinin “xxxxxxxxxxxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Həmin mülki iş üzrə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən “xxxxxx” MMC-yə ünvanlanan xx.xx.2012-ci il tarixli ərizə ilə İddiaçı Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 2-ci blokunun, 4-cü mərtəbəsində ümumi sahəsi 50,82 kv.m olan mənzili qarşılıqlı razılaşma əsasında həmin binanın 2-ci blok 5-ci mərtəbəsində ümumi sahəsi 50,82 kv.m olan mənzillə dəyişdirilməsinə etiraz etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(103)-5594/2014 saylı qətnaməsi ilə üçüncü şəxs “xxxxxx” MMC-nin direktoru X7 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(011)-801/2016 saylı qətnaməsilə (hakim Misirzadə Namidar Əlöysət oğlu) ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Gəncə pr., 2935 A ünvanda tikilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 1 otaqlı mənzildən Zeynalova (Ağayeva) Lalə Tahir qızına məxsus əşyaların çıxarılması (boşaldılması), qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.Həmçinin, qətnamə ilə işin həqiqi halları araşdırılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında tikilən yaşayış binasının 2-ci blok, sahəsi 50,82 kv.m olan 1 otaqlı mənzili binanın 5-ci mərtəbəsində deyil, 4-cü mərtəbəsində yerləşir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(103)-5792/2016 saylı qətnaməsilə (sədrlik edən E.Q.Nəbiyev, hakimlər: R.Ə.Qurbanov və S.F.Hacıyev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2 (011)-801/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, X8 xx.xx.2006-cı il tarixli 155 saylı müqavilə əsasında Bakı şəhəri Gəncə pr., 2935 A ünvanda “xxxxxxxxxxxxx” MMC-dən aldığı mənzil Cavabdeh1 məxsus əşyaların yerləşdiyi mənzildir və həmin mənzil yaşayış binasının 4-cü mərtəbəsində yerləşir. Onda Cavabdeh1 yaşayış binasının 5-ci mərtəbəsinə bağlanmış xx.xx.2006-cı il tarixli 174 saylı müqavilə üzrə bir otaqlı mənzili bir mərtəbə yuxarıda - 5-ci mərtəbədə yerləşməlidir. Hal-hazırda 5-ci mərtəbədə həmin mənzildə İddiaçı yaşayır. Artıq qeyd olunduğu kimi o, “xxxxxxxxxxxxx” MMC-nin direktoru X9 və mühasibi Valentina Volkova tərəfindən aldadılmış, onlar xx.xx.2011-ci il tarixli 342 saylı müqavilə ilə X2 mənzili təkrarən İddiaçı satmışdırlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-663/2017 saylı qətnaməsinə əsasən (hakim X5), cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvandakı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzildən çıxarılması, iddiaçı Zeynalova (Ağayeva) Lalə Tahir qızının Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvandakı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Belə ki, həmin mülki iş üzrə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935A saylı məhəllədə 12 mərtəbəli yaşayış binasının 117 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Həmin mənzil təmir edilmişdir, İddiaçı həmin mənzildə arvadı və azyaşlı uşağı ilə yaşayır. Eyni zamanda, mülki işin faktiki hallarından, işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı Zeynalova (Ağayeva) Lalə Tahir qızı ilə “xxxxxxxxxxxxx” MMC-si arasında xx xxxxxxx 2006-cı il tarixli, 174 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “xxxxxxxxxxxxx” MMC-si Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsi, 1 otaqlı mənzili satıcıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 2-ci blok, 5-ci mərtəbədə yerləşir və 1 otaqdan ibarət olmaqla 50.82 kv.m ümumi sahəsi vardır. Həmin mənzilin ümumi dəyəri 12486.47 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı cavabdeh İddiaçı ilə “xxxxxxxxxxxxx” MMC-si arasında xx xxxx 2011-ci il tarixli, 342 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən“xxxxxxxxxxxxx” MMC-si Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsi, 1 otaqlı mənzili satıcıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 2-ci blok, 4-cü mərtəbədə yerləşir və 1 otaqdan ibarət olmaqla 50.82 kv.m ümumi sahəsi vardır. Eyni zamanda, məhkəmə satıcı “xxxxxxxxxxxxx” MMC ilə alıcı X19 arasında bağlanmış xx.xx.2006-cı il tarixli 174 saylı müqavilənin qüvvədə olmasına qiymət verərək həmin müqavilənin hər-hansı məhkəmə qərarı ilə etibarsız hesab edilmədiyini əsas götürmüş və İddiaçı mübahisəli mənzilə dair hər-hansı hüquq müəyyənedici sənədinin mövcud olmadığına qiymət verərək iddia tələbinin əsaslı olduğunu, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən ümumi sahəsi 50.82 kv.metr olan bir otaqlı mənzildən İddiaçı ailə üzvləri ilə birlikdə çıxarılmalı və Zeynalova (Ağayeva) Lalə Tahir qızı həmin mənzilə köçürülməli olması barədə qətnamə qəbul etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(103)-5747/2017 saylı qətnaməsinə əsasən (sədrlik edən: X4, hakimlər: X6 və X16), cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8532/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən, cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5747/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilmiş halları və qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığını nəzərə alaraq, hesab edir ki hazırkı iş üzrə iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiçı İddiaçı Balaşırın oğlunun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti “2935 A” ünvanında yerləşən evin 2— ci blok, 5-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzili, həmin mənzil onun faktiki sahibliyində olduğu dövrdə, təmir etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir, qeyd edilən mənzildə aparılan təmir işlərinin dəyəri 14914,0 manat məbləğində müəyyən edilir. Lakin, tərəflərin, xüsusilə də iddiaçının məhkəmə iclasında verdiyi izahatıdan aydın olmuşdur ki, ekspet tərəfindən təmir xərclərinə daxil edilmiş əşyaların bir qismi, yəni 700 manat dəyərində 1 ədəd kombi, 500 manat dəyərində 1 ədəd əl-üzyuyan (moydadır), 700 manat dəyərində 1 ədəd şüşəli duş kabin, 240 manat dəyərində 1 ədəd unitaz, 120 manat dəyərində 3 ədəd su kranı, ümumilikdə 2260 manat dəyərində olan əşyalar iddiaçı tərəfindən mənzili tərk etdiyi zaman çıxarılaraq aparılmışdır. Odur məhkəmə hesab edir ki, ekspertiza nəticəsində iddiaçı tərəfindən yuxarıda qeyd edilən mənzildə aparılan təmir xərclərinin dəyərindən yuxarıda göstərilən əşyaların dəyəri çıxılmalı və qalan məbləğ, yəni 12654 (14914-2260=12654) manat məbləğində vəsait Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən evin 2-ci blok, 5-ci mərtbəsində yerləşən 1 otaqlı mənzilin ilkin alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən mənzilin təmiri nəzərə alınaraq, mənzilin dəyəri, yəni 35000 manat məbləğində pul notariusun depozit hesabına köçürməklə Cavabdeh1 ödənildiyindən, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddianın “xxxx” MMC-yə kommunal xidmətlər üçün ödədiyi 1500 manat, mənzil kommunal xidmətləri üçün 240 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması ilə bağlı iddia tələbinə qiymət verərək, belə qənaət gəlir ki iddia bu hissədə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan “Kommunal Xərclərinin ödənilməsi barədə” xx.xx.2014-cü il tarixli Müqavilənin surətindən görünür ki, müqavilə üzrə tərəflər İddiaçı və “xxxxxx” MMC-dir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə 1500 manat məbləğində ödəniş də “xxxx” MMC-yə edilmişdir. Digər tərəfdən mülki iş materiallarında olan “Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (mənzil tikinti kooperativinin, digər ixtisaslaşmış istehlak kooperativinin) üzvü olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (mənzil tikinti kooperativi, digər ixtisaslaşmış istehlak kooperativi) arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilə bir tərəfdən İddiaçı, digər tərəfdən “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən bağlanılmışdır. Müqavilə üzrə İddiaçı hər ay üzrə ödəniş haqlarını “İcraedici təşkilat” – “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı 2017-ci ilin iyun ayından 2018-ci ilin iyun ayınadək “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə 240 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən evin 2-ci blok, 5-ci mərtəbəsində yerləşən mənzil üzrə mənzil kommunal xidmətlərindən özü faydalandığına görə iddiaçı mənzil kommunal xidmət haqqına görə ödədiyi pul məbləğini geri tələb etməkdə haqlı deyil. Digər tərəfdən iddiaçı 2014-cü ildən 2018-ci ilədək ödədiyi 1500 manat kommunal haqqı və 240 manat mənzil kommunal xidmət haqqını ödədiyini iddia etsə də, bununla bağlı qanunvericiyilin tələblərinə uyğun olan müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənişlərin ödənilməsi barədə sənədlərin əsli təqdim edilməli olduğu halda, məhkəməyə həmin sənədlərin əsli təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və işə baxılması ilə keçirilən ekspertiza tədqiqatının dəyəri də cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı tərəfindən təmir xərcləri üçün ödənilmiş 12654 (on iki min altı yüz əlli dörd) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-291/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-291/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver