Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2913/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə hesablanmış 4276,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanında quraşdırılmış “İtron” tipli, “G-4” markalı 1102AQİ********** saylı qaz sayğacına baxış keçirilmiş, ******* saylı akt tərtib olunaraq qaz sayğacı çıxarılmış və yerinə yeni “İTRON” G-4 X9 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Daha sonra smart qaz kartına pul yükləmək istədiyində, karta yüklənmiş məbləğdən borca silinməsi məlum olmuşdur. Bu barədə Cavabdehnə müraciət etdiyində 4276.80 manat məbləğində borcun hesablandığı məlum olmuşdur. Belə ki, “İTRON” G-4 markalı 1102AQ1********** saylı qaz sayğacına baxış keçirilmiş və tərtib olunmuş aktla əsasən guya sayğacın düzgün istifadə edilməməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfıyyatına görə borc hesablanmışdır. Əsassız hesablanmış borca dair məlumatın verilməsini tələb etdikdən sonra isə Cavabdeh İB tərəfindən mənzilə baxış keçirilmiş, 2021-ci il tarixində akt tərtib olunaraq qaz sayğacında hər hansı bir kənar xətt aşkar edilmədiyi qeyd edilmişdir. Buna baxmayaraq, hazırki günə cari borcu 4276.80 manat təşkil edir. Halbuki, sözü gedən torpaq sahəsində bir neçə fərdi yaşayış evi vardır ki, onların hər birinə məxsus da ayrıca qaz sayğacı mövcuddur. Digər qaz sayğaclarına hesablanmış borc məbləği əsassız yerə ona məxsus qaz sayğacına yüklənmiş, və ödənilməsi tələb edilmişdir. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qismində pul ödənilmişdir. Azərbaycan Respublikasının vətəndaşı kimi Konstitusiya hüquqları kobud surətdə Cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının yaşadığı mənzildə qaz sayğacına müdaxilə olunduğunu, buna görə də itirilmiş qaz sərfiyyatına görə borc hesanlandığını göstərdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanına dair **********00000 nömrəli abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırılmış İtron “G-4” markalı 1102AQİ********** nömrəli qaz sayğacı yeni “İTRON” G-4 markalı **********4 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İstehlakçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. X3 xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 26568 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş 2021-ci il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar aktı”nın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanına baxış keçirilmiş, sayğacdan kənar xəttin aşkar olunmadığı, əvvəllər mövcud olmuş kənar xəttin qonşuya məxsus olduğu və kəsildiyi, hazırda hər iki qonşunun qazdan qanuni yolla istifadə etdiyi qeyd edilmişdir. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qaz sərfiyyatına görə borcu 4276,80 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 3/1237 saylı ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik izlər vardır. Rəyin tədqiqi hissəsində qeyd edilənə əsasən, aşkar edilmiş izin müdaxilə nəticəsində yaranmasını, izin yaranma mexanizmini və yaranma müddətini müəyyən etmək mümkün deyil. xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən ünvan 1 ünvanını təbii qazla təmin edən qaz xəttinə yerində baxış keçirilmiş və qaz xəttinə müdaxilə olunması ilə bağlı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus ünvan 1 ünvanında istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən bağ evində qaz xəttinə sayğaca müdaxiləni sübuta yetirilmədiyi tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 4276,80 (dörd min iki yüz yetmiş altı manat 80 qəpik) manat borcun silinməsi cavabdeh X5 həvalə edilsin. Cavabdeh X2 dövlət rüsumuna görə 62,77 (altmış iki manat 77 qəpik) manat dövlət nəfinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdeh X2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2913/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2913/2022
15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver