Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2914/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən onun ünvan 1 ünvanına quraşdırılmış abonent hesabına (abonent kodu: **********10380) cərimə kimi yazılmış olan ümumilikdə 3.939,84 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********10380) iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri həmin yaşayış evinə yoxlama apararkən müxtəlif vaxtlarda aktlar tərtib edərək müəyyən etmişlər ki, həmin ünvanda qaz sayğacından kənar qazdan istifadə edilmişdir. Bu əsasla iddiaçıya haqsız yerə 2021-ci ilin yanvar ayında 820.80 manat, fevral-oktyabr aylarında 273.60 manat, noyabr və dekabr aylarında 328.32 manat olmaqla, ümumilikdə 3.939,84 manat cərimə borcu yazılmışdır. İddiaçı hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. Belə ki, həmin ünvandan heç vaxt qazdan qeyriqanuni istifadə etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, 2022-ci ilin aprel, may və iyun aylarında ünvanına quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə etmişdir. Evində təbii qazla işləyən 3 gözlü qaz sobası və su qızdırıcısı vardır. Cavabdeh İB tərəfindən yazılan cərimə əsassız olaraq şişirdilmişdir. İddiaçı xx.xx.2025-ci i tarixində məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə yanlışlıqla 2022-ci il qeyd etmişdir. Lakin 2021-ci ilin aprel, may və iyun aylarında ünvanına quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə etmişdir. Evində təbii qazla işləyən 3 gözlü qaz sobası və su qızdırıcısı vardır. Cavabdeh İB tərəfindən yazılan cərimə əsassız olaraq şişirdilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarına onun iştirakı olmadan baxılıb əsassız yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar istifadə edilib. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə olunub. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya “qalıq və aktlar” bölməsində 2021-ci ilin yanvar ayına 820.80 manat, fevral ayına 273.60 manat, mart ayına 273.60 manat, aprel ayına 273.60 manat, may ayına 273.60 manat, iyun ayına 273.60 manat, iyul ayına 273.60 manat, avqust ayına 273.60 manat, sentyabr ayına 273.60 manat, oktyabr ayına 273.60 manat, noyabr ayına 328,32, dekabr ayına 328,32 manat olmaqla, 2021-ci il üzrə ümumilikdə 3.939,84 manat borc qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3374/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən İddiaçı **********10380 saylı abunə koduna hesablanmış 1.762,56 (bir min yeddi yüz altmış iki manat əlli altı qəpik) manat məbləğində cərimə borcunun silinməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən İddiaçı **********10380 saylı abunə koduna 28 fevral 2022-ci il tarixində hesablanmış 293.76, 31 mart 2022-ci il tarixində hesablanmış 293.76 manat və 29 aprel 2022-ci il tarixində hesablanmış 293.76 manat olmaqla, ümumilikdə 881.28 (səkkiz yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcunun silinməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, 2021-ci ildə İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3939,84 manat məbləğində borc tələb edilmişdi. İddiaçı tərəfindən 2021-ci ilin aprel, may və iyun ayında ünvanına quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş aktla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, yuxarıda qeyd edilmiş qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktları qanunsuz hesab edərək, həmin aktlar əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 3.939,84 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ünvan 3 ünvanında 3 gözlü qaz sobası və su qızdırıcısından istifadə edilmişdir. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş, sayğacdan kənar, kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin qidanlamasını araşdırmamışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə görünür ki, PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat qeyd olduğundan, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 12 x 90= 1296 m3 , kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat olduğundan, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 2.6 x 6 x 90= 1404 m3 müəyyən edilməlidir. 28 noyabr 2016-cı il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupunun illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün 10 qəpik, illik istehlak həcminin 2200 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 10 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 20 qəpik, illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 25 qəpik müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən 6-cı maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək istehlak olunmuş təbii qazın dəyəri bu qərardan əvvəl qüvvədə olmuş illik istehlak həcmləri və tariflərlə hesablanması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edilən dövrdə qazın hər m3 üçün qiymətinin 10 qəpik olduğunu nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın həcmi 270 manat (2700 x 0.10 = 270) müəyyən edilməlidir. Odur ki, ünvan 3 (abonent kodu: **********10380) ünvanı üzrə qaz sərfinə görə hesablanmış 3.668,84 (3.939,84 – 270 = 3.668,84 ) manat borc silinməlidir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus ev ilə əlaqədar ona dəymiş zərərə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən edilmiş təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etməsi barədə faktın etirafını nəzərə alaraq hesab edir ki, 270 manat məbləğində borc vəsaiti iddiaçının özünə aid edilməli, qalan məbləğ 3.668,84 (3.939,84 – 270 = 3.668,84) manat məbləğində borc **********10380 saylı abonent hesabından silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 3.668,84 manat olduğundan cavabdehdən 56.68 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 (abonent kodu: **********10380 olan) ünvanı üzrə qaz sərfinə görə hesablanmış 3.668,84 (üç min altı yüz altmış səkkiz manat səksən dörd qəpik) manat borc silinsin. Cavabdehndən 56.68 (əlli altı manat altmış səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2914/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2914/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver