Məhkəmə qərarları › İş №2(011)-2916/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2916/2022

29.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2916/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabunçu rayonu, Kürdəxanı kəndi, Yeni yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 503,40 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 evində ailəsi ilə birlikdə yaşayır, xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən istifadəsində olan smart tipli qaz sayğacı yeni sayğac ilə əvəz edilmişdir, yeni sayğac quraşdırıldıqdan sonra ona bildirilmişdir ki, sayğacın nasazlığı nəticəsində 503,40 manat borcu yaranmışdır, qaz sayğacına müdaxilə etmişdir və buna görə də 503,40 manat borc hesablanmışdır, qaz sayğacı yaşayış evindən kənarda yol tərəfdə onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır, abonent saldosuna əsasən aydın görünür ki, hər ay smart karta ödənişlər müqabilində təbii qazdan istifadə etmişdir, smart tipli qaz sayğacının təyinatı bundan ibarətdir ki, öncə ödəniş edib sonra qazdan istifadə edilsin, cavabdehin əməkdaşlarının bildirdiklərinə görə əgər sayğac nasazdırsa hansı qanuna əsaslanaraq nasaz sayğaca görə ona borc hesablanır, istifadəsində olan sayğaca müdaxilə etməmişdir və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir, mövcud qanunvericiliyə əsasən, bütün məsuliyyət bütövlükdə cavabdehin üzərindədir və belə olan hdal onun təqsirini sübuta yetirmədən sayğacın nasazlıq səbəbini onun təqsirindən olmasını bildirmək qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı təbii qazdan sayğaca müdaxilə və sayğacdan kənar əlavə qaz xətti vasitəsilə istifadə etdiyinə görə itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 503,40 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının abonent hesabına qeyd edilmişdir, əməkdaşlar tərəfindən akt qəbul edilmiş və müəyyən edilmişdir ki, sayğac mənfiyə işləyir, iddiaçı bu faktı imzası ilə təsdiq etmişdir, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sayğacının mənfiyə işləməsi nəticəsində 2517 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır – 2517 m3 x 0,20 man = 503,40 manat. Sonda R.V.Əliyev iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvana Zenner G-4 markalı 10002AQ**********9 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gasrep sənədindən görünür ki, abonent İddiaçı məxsus Kürdəxanı kəndi, Kürdəxanı, Yeni massiv Bina 6710 mənzil, **********00000 abonent kodu üzrə cari borc 0 təşkil edir, 2020-ci ilin 8-ci ayı üzrə 503,4 manat borc yazılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonentin saldosundan görünür ki, iddiaçının **********00000 saylı abonent hesabına 08/2020-ci il tarixdə 503,40 manat ödəniş olunmuş, akt əsasında borc yazılmamışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2020-ci il tarixdə yenisi ilə əvəz olunmuşdur, hazırda iddiaçı Zenner G-4 markalı qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir, onun **********00000 saylı abonent koduna təbii qaz sərfiyyatına görə borcu 2020-ci ilin avqust ayına 503,40 manat olmuşdur, borc həmin ay (08/2020) onun tərəfindən ödənilmişdir, hazırda İddiaçı Cavabdeh İB-yə olan cari borcu “0” manat təşkil edir. Bununla belə, iddiaçıya məxsus abonent koduna cavabdeh tərəfindən akt əsasında əsassız olaraq borc hesablanmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə müvafiq olaraq Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ona məxsus Sabunçu rayonu, Kürdəxanı kəndi, Yeni yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 503,40 manat borcun silinməsinə dair” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “ona məxsus Sabunçu rayonu, Kürdəxanı kəndi, Yeni yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 503,40 manat borcun silinməsinə dair” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar