Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2933/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi, fərdi ev (abonent kodu: **********00006) ünvanına hesablanmış 3273,60 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi, fərdi ev (abonent kodu: **********00006) ünvanı üzrə hal-hazırda faktiki olaraq abonent istifadəsi iddiaçıya məxsusdur. Bir müddət öncə Cavabdeh nümayəndələri həmin evdə qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməsini bəhanə edərək iddiaçının evinə cərimə yazmışlar. Halbuki onun evində sayğaca heç bir kənar müdaxilə olmamışdır. Sübut kimi iddiaçıya heçnə təqdim edilməmiş yalnız abonentin saldosu və aktın surəti verilmişdir. İddiaçı bildirir ki, həmin evdə yaşadığı müddətdə kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, sizin sayğacda problem olub və siz bununla bağlı borc ödəməlisiniz. Qaz İdarəsinin əməkdaşları iddiaçıya qaz sayğacının zədələndiyini və bu səbəbdəndə əlavə sərfıyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Həmin evdə təbii qazdan istifadəyə görə heç zaman problem olmamışdır. Bu səbəbdəndə əlavə sərfıyyat haqqı kimi borcun silinməsini xahiş edirəm. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, sayğacında sızma olduğundan məcbur qalaraq təbii qazdan saygacdan kənar 30 gün müddətində istifadə etmişdir. Sayğacında olan problem ilə bağlı cavabdehə məlumat vermişdir. Evində istifadə ediyi cihazlar hamam otağını isitmək üçün dəmir soba və digər soba olmuşdur. Cavabdeh tərəfindən yazılmış borc şişirdilmiş məbləğdə olduğundan iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında“ ******* saylı aktdan görünür ki, sayğacın çıxarılma səbəbi sayğacın çıxış borusunun deşik olmasıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacın çıxış plastmas borusunda deşik aşkar olunub. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri qanuni istifadə edilib. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar rezin boru vasitəsi ilə təbii qazdan istifadə olunub. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar qeyri qanuni istifadə edilib. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar qeyri qanuni istifadə eildiyi aşkarlanıb. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkarlanıb. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkarlanıb. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar qeyri qanuni istifadə eildiyi aşkarlanıb. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar qeyri qanuni istifadə eildiyi aşkarlanıb. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2018-ci ilə 1468.80 manat, 2019-cu ilə 1494 manat, 2020-ci ilə 310.80 manat məbləğində borc hesablanmışdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MÜLKİ Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 30 gün müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı aktlar tərtib edilmiş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3273,60 manat məbləğində borc tələb edilmişdir. İddiaçı tərəfindən məhkəmənin iclasında təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. Belə ki, iddiaçı izahatında qaz sayğacında sızma olduğundan kənar xəttdən istifadə etdiyini etiraf etmişdir. İş materiallarında olan aktlardan bəlli olur ki, iddiaçıya ilk akt xx.xx.2018-ci il tarixində tərtib edilmişdir. Ona görə də dəymiş ziyan hesablanarkən yalnız ilk akt əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ilk aktda göstərilmiş dəmir sobanın orta günlük iş rejiminin 18 saat və ümumiyyətlə qaz cihazlarının istifadəsinin hesabat müddətinin 180 gün hesablanması ədalətli deyildir. Məhkəmə Mülki Məcəllənin 21.3-cü maddəsində qeyd olunan zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınmalı olması ilə bağlı normaya istinad edərək qeyd edir ki, əgər ilk aktın, yəni xx.xx.2018-cu il tarixli aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin (1468,80 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 3273,60 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB bir neçə il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Məhkəmə hesab edir ki, 25 may 2018-ci il tarixli akta əsasən PQ-2-in maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 0.6 x 6 x 30= 108 m3 müəyyən edilməlidir. QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.5 x 8 x 30= 360 m3 müəyyən edilməlidir. Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.4 x 12 x 30= 504 m3 müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın həcmi 117 manat (972 (108+360+504) x 0,12 = 116.64 ) müəyyən edilməlidir. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00006 olan) hesablanmış 3156.60 (3273,60 -117=3156.60) manat borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsi 3156.60 manat olduğundan cavabdehdən 51.57 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi ünvanı üzrə İddiaçı (abonent kodu **********00006 olan) hesablanmış 3156.60 (üç min yüz əlli altı manat, altmış qəpik ) manat məbləğində borc silinsin. Cavabdehndən 51.57 (əlli bir manat, əlli yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2933/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2933/2023
30.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver