Məhkəmə qərarları › İş №2(011)-297/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-297/2022

04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-297/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-518 KOD 30306018 saylı Dövlət X8 və X6, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A, KOD30306018 saylı X1 ilə yanaşı X11, X29 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 və X22 Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-518 KOD 30306018 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,33 ha torpaq sahəsi verilmişdir. Ərizəçi2, X10, X29 və X12 Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-324A KOD30306018 saylı Şəhadətnaməyə əsasən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna dair JN-518 KOD 30306018 saylı Dövlət Aktında və Torpağa Mülkiyyətinə verilməsinə dair JN-324A KOD 30306018 saylı Şəhadətnamədə mülkiyyət sahiblərinin adı, ata adı səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna dair JN- 518 KOD 30306018 saylı Dövlət X2 əvəzinə səhvən X5, X29 əvəzinə səhvən X14 yazılmışdır. Ərizəçi Dövlət Aktında və Şəhadətnamədə qeyd olunmuş mülkiyyətçilərinin adında və ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********22 nömrəli 06 sentyabr 2021-ci il tarixli imtina məktubu almışdır. X9 11.04.2006-cı il tarixdə X11 isə 29.07.2009-cu il tarixdə ölmüşdürlər. Dövlət Aktında və Şəhadətnamədə yanlışlığı aradan qaldıra bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi2 və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 363764 nömrəli “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X11 29.07.2009-cu il tarixində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 191572 nömrəli “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X29 11.04.2006-cı il tarixində ölmüşdür. İş materiallarında olan АЗ seriyalı 554352 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1963-cü il tarixində anadan olmuşdur, onun atası X11, anası isə X23r. İş materiallarında olan ИЕ seriyalı, 585533 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X38 13.02.1932-ci il tarixdə anadan olmuşdur, atası X35, anası isə Dadaşova Gülsənəmdir. İş materiallarında olan ИЕ seriyalı, 039922 nömrəli “Nikah haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X13 və X39 arasında nikah 17.02.1951-ci il tarixində 7 nömrəli aktı qeyd rəsmiləşdirilmişdir. Nikah rəsmiləşdirildikdən sonra ərə Aydəmirov, arvada Aydəmirova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06.09.2021-ci il tarixində **********2 nömrəli məktubundan görünür ki, DT və XKsi tərəfindən verilmiş JN032A Kod 30306018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN518 KOD30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 2692 nömrəli 27.08.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 27.08.2021-ci il tarixli 657/658 saylı ərizəsinə əsasən və Quba rayonu İHB-nın Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən veriliş 18.05.2021-ci il tarixli, 307/308 saylı arayışa əsasən X28, 29.07.2009-cu il tarixdə vəfat etmiş X3, 11.04.2006-cı il tarixdə vəfat etmiş X20 qanun üzrə vərəsələri sırasında daxildir. İş materiallarında olan JN-518 KOD30306018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, X11 və X24 Quba Rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 avqust tarixli 08 nömrəli Qərarı ilə Quba rayonunda yerləşən 1,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında JN-324A nömrəli KOD30306018 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair ŞƏhadətnamə”nin surətindən görünür ki, X19, X33, X16, X17 Quba rayon Aqrar İslahat Komissiyasının 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0,08 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-895/13 nömrəli 18.02.2022-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X4 (müraciətdə adı “Abdulməcid”, ata adı “Teymur” kimi göstərilsə də, ölümü və nikahı haqqında akt qeydlərində ata adı “Teymurşah”, habelə sonuncu akt qeydində adı “Abdulmecid” kimi qeyd edilmişdir), 17.08.1951-ci ildə Quba rayonunun Alpan icra nümayəndəliyində Dadaşova (Aydəmirova) Kübrə Mikayıl qızı (müraciətdə adı “Kubra” kimi göstərilsə də, akt qeydlərində “Kübrə” kimi qeyd edilmişdir) ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Həmçinin qeyd edirik ki, 11.04.2006-cı ildə vəfat etmiş Kübrə Aydəmirovanın ölümü 13.04.2006-cı ildə, 29.07.2009cu ildə vəfat etmiş Abdulməcid Aydəmirovun ölümü isə 03.08.2009-cu ildə adıçəkilən icra nümayəndəliyində qeydə alınmışdır. Beləliklə ərizəçinin izahatları və işin materialları ilə torpağa mülkiyyət hüququna dair JN-518 KOD 30306018 saylı Dövlət X8 və X6, Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 324A, KOD30306018 saylı X1 ilə yanaşı X11, X29 və Ərizəçi2 məxsus olması faktı tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, ərizəçilər torpağa mülkiyyət hüququna dair JN- 518 KOD 30306018 saylı Dövlət X8 və X7 və Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 324A, KOD30306018 saylı Şəhadətnamənin, X15 ilə yanaşı X11, X29 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malikdir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mülkiyyət hüququna dair JN-518 KOD 30306018 saylı Dövlət X8 və X7, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A, KOD30306018 saylı X1 ilə yanaşı X11, X29 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar